İran Dövlət Televiziya və Radio Verilişləri İdarəsinin rəsmisi Azərbaycana buraxılmayıb
İran İslam Respublikası Dövlət Televiziya və radio Verilişləri İdarəsinin rəsmi nümayəndəsi Əhməd Kazemi dekabrın 10-da Bakı təyyarə limanında gömrük idarəsi əməkdaşları tərəfindən Bakıya daxil olmaq imkanından məhrum edilmişdir. İranın „Presstv.ir“ portalının məlumatına görə, Əhməd Kazemi elə həmin gün təyyarə ilə Tehrana qayıtmağa məcbur edilmişdir.
İran portalının iddiasına görə, Azərbaycan rəsmiləri prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun İrana səfəri zamanı Bakı ilə Tehran arasında əldə edilmiş razılıqları pozmuşlar. Razılaşmaya əsasən, İran ilə Azərbaycan arasında media sahəsində münasibətlərin genişləndirilməsi imkanlarını axtarıb tapmaq üçün birgə media komitəsi yaradılmasını nəzərdə tutur. Əhməd Kazemi həmin komitədə İranı təmsil etməli idi.
„Mirzə Xəzərin Səsi“ qəzeti
Əvvəlki məqalə: Dekabr sevinc ayıdır, həyat davam edir...
Sonrakı məqalə: Azərbaycanda yoxsulluq problemi həll edilib, özü də birdəfəlik...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6257
