Dekabr sevinc ayıdır, həyat davam edir...
Dekabr sevinc ayıdır. Heç kim narahat olmasın! Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça, Balıqlar – bütün bürclər üçün dekabr sevinc ayıdır. Mən heç narahat deyiləm, çünki iki bürcüm var – biri rəsmi, biri cismi. Biri vəfasız çıxsa, o biri vəfasını göstərib məni qoruyar. Dekabrın 12-si tarixi gündür. 1098-ci ildə Birinci Xaç yürüşü zamanı xaçpərəst süvariləri Suriyanın Maaeafat al-Numan şəhərinə soxulub 20 min nəfər sakini qılıncdan keçirtmişlər. Ərzaq ehtiyatı qurtaranda səlibçilər insan əti yeməyə məcbur oldular. Dekabrın 12-də…1941-ci il dekabrın 12-də Böyük Britaniya Bolqarıstana, Macarıstan və Rumıniya Amerika Birləşmiş Ştatlarına, Hindistan isə Yaponiyaya müharibə elan etmişlər. Dekabrın 12-də…627-ci ildə Nineviya döyüşündə Bizans imperatoru Herakliy İran qoşunlarına qalib gəlmişdir. Dekabrın 12-də…1915-ci il dekabrın 12-də Amerikanın məşhur müğənnisi və aktyoru Frenk Sinatra anadan olmuşdur. 1977-ci il dekabrın 12-də Vinston Çörçillin həyat yoldaşı Baronessa Spenser-Çörçill vəfat edib. Dekabrın 12-də…1928-ci il dekabrın 12-də görkəmli qırğız yazıçısı Çingiz Aytmatov anadan olub. 1574 il dekabrın 12-də Osmanlı sultanı II Səlim vəfat edib. Dekabrın 12-də... 1792-ci il dekabrın 12-də Fransa kralı XVI Lui Milli Assambleyanın qərarı ilə xəyanət ittihamə altında məhkəməyə verilmişdir. Dekabrıın 12-də...2003-cü il dekabrın 12-də Azərbaycanın 3-cü prezidenti Heydər Əliyev vəfat etmişdir. Allah rəhmət eləsin.
Görün haradan haraya gəldik! Bürclə başladıq rəhmətlə bitirdik. Təbiətin öz qanunları var, insan onu dəyişə bilməz, gücü çatmaz... Gələn gedir, gedən isə qayıtmır. Amma siz narahat olmayın, həyat davam edir! Dekabr sevinc ayıdır...
Mirzə Xəzər
09.12.2011
Əvvəlki məqalə: İlham Əliyev Banqladeşdən ölkəyə işçi qüvvəsi gətirmək istəyir
Sonrakı məqalə: İran Dövlət Televiziya və Radio Verilişləri İdarəsinin rəsmisi Azərbaycana buraxılmayıb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6256
