Köhnə il getdi, təzə il gəldi. Köhnə vədlər getdi, İlham Əliyev təzə vədlər verdi
2012-ci il gəldi, nə gəldi! Xoş gəldi! Köhnə il və köhnə ildə verilən şirin vədlər tarixə qarışdı. 2011-ci ilin yerinə yetirilməmiş şirin vədlərini 2012-ci ilin şərbət kimi şirin vədləri əvəz etdi. Prezident İlham Əliyev yenə dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdi. Nə dedi?
Dedi ki:
1. “Bizim hərbi gücümüz, hərbi potensialımız artır. 2011-ci ildə hərbi xərclərimiz 3 milyard dolları keçib. Bu, Ermənistanın bütün xərclərindən çoxdur. Gələn il hərbi xərclər yenə də artacaq.
Dedi ki:
2. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın.
Dedi ki:
3. Bu gün Azərbaycanın hərbi potensialı bizə imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək. Sadəcə olaraq danışıqlara ümidlərimiz tükənməyib və bu danışıqlar hələ ki, davam etdirilməlidir”.
Bəs danışıqlar necə gedir? İlham Əliyev dedi ki:
1. Müsbət bəyanatlar var. Biz bu bəyanatları eşidirik, onları dəstəkləyirik.
Və dedi ki:
2. Əfsuslar olsun ki, hələ də dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər birmənalı şəkildə danışıqların pozulmasında günahkarın kim olduğunu açıq demirlər.
Bəs demokratiya, korrupsiya, rüşvətxorluq? İlham Əliyev bunları da yaddan çıxartmadı. Dedi ki:
1. “Azərbaycanda demokratiya uğurla inkişaf edir. Ölkənin modernləşdirilməsi üçün konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır”.
2. Azərbaycan idman dövləti kimi dünyada öz layiqli yerini tutub...
Möhtəşəm bəyanatdır! Sevinc və ümid dolu müjdədir! 2013-cü ilə bir il qaldı. 2012-ci ilin axırında İlham Əliyev köhnə vədlərə əlvida, təzə vədlərə xoş gəldin deyəcək...Və həyat bu minvalla davam edəcək...Belə vədlər verən prezidentdən incimək olarmı?
Yeni İliniz mübarək!
Mirzə Xəzər
01.01.2012
Azərbaycan xalqının dəyərli oglu
Azərbaycan xalqının dəyərli oglu Mirzə bəy sizi, 31 dekabr dünya Azərbaycanlılarin həmrəyliyi və yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə tutdugunuz cətin, lakin şərəfli yolda böyük ugurlar arzu edirəm. Azərbaycan xalqı öz müstəqilliyinin cətin günlərində sizin dinyanı lərziyəyə salan səsinizin şahidi oldub. Xalqımızın haqq səsini dünyaya catdırmaqda sizin xidmətləriniz böyükdür. Xalqımız bü xidmətləri hec vaxt unudulmayacaq. Azərbaycanda demokratiya və insan haqlarının qorunmasında sizin xidmətlərininizin böyükdür .Azərbaycanda demokratiya bərqərar olandan sonra sizinlə görüşmək arzusu ilə ayrılırıq
Hüquq müdafiəcisi Vidadi İsgəndərli
Bakı şəhəri 31 dekabr 2011 ci il. 14 saylı cəza cəkmə müəsisəsindən
Mirzə müəllim.
Mirzə müəllim. Rusiyada, olduğum yerdə, 40 deq önce Yeni il girdi. Bu Yeni ildə Sizə, dərin hörmət və məhəbbət duyduğum bir Şəxsə can sağlığı, uğurlar arzau edirəm!!! Və şadam ki, Allah mənə Sizinlə virtual olaraq Dostluq nəsib etdi, və bizim həmfikir oldugumuzdan məmnunam. Və Şirvan üstündə kökləndiyimizdən 2 qat məmnunam. Allah Sizi bizə əsirgəməsin!! (31.12.2011 Yashar Maharramov)
