İrandan Azərbaycana təhdidlərin sonu görünmür
„Hizbullah Ənsarı“ təşkilatının baş katibi Höccətülislam Ruhulla Becani 4 noyabrda Azərbaycan Respublikasının Təbrizdəki konsulluğunun qarşısında etiraz aksiyası keçirəcəyini bildirib.
Höccətülislam Ruhulla Becani bildirib ki, „Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycan Respublikasının anti-islami siyasətlərinə etiraz olaraq bu respublikanın Təbrizdəki konsulluğunun fəaliyyətini dayandıracaq və işçilərini də çıxaracaqlar.“
Höccətüislam Becani əlavə edib: Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmiş və ümid edirdilər ki, inşallah Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək və bu addımlarından çəkinəcəklər.
Bu arada yəmənli inqilabçı İsam əl-İmad Tehranda səfərdə olduğu zaman Azərbaycanda orta məktəblərdə hicab qadağasına qarşı mübarizəni himayə edərək, deyibki, "Oyanış dalğası Azərbaycan Respublikasını da bürüyəcək."
Yəmənli müxalifətçi Səhər Kanalının müxbiri ilə müsahibədə deyib: " Siyasi və fikri baxımdan Azərbaycan inqilabçıları Misir, digər ərəb ölkələri və bütün islam dünyası inqilabçıları ilə eynidirlər. Ərəb ölkələrində xalq hərəkatları Azərbaycan Respublikası inqilabçılarında da böyük ümidin yaranmasına səbəb olub və bu gerçəklik Azərbaycan hökumətində dərin qorxu yaradıb. Buna görə də bu ölkə hökuməti təbii olaraq qorxu hissi keçirməlidir və bilir ki, bu oyanış dalğası Azərbaycanı da bürüyəcək və Azərbaycana hakim kəsilmiş zülm hökuməti bu oyanış qarşısında heç bir şey edə bilməyəcək."
"Mirzə Xəzərin Səsi" qəzeti, 01.11.2011
Fotoşəkillər: azeritv.irib.ir
Əvvəlki məqalə: Hormetli Mirze bey salam
Sonrakı məqalə: Muğan kəndləri və Gömrük İttifaqı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6187

