Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Təbriz: Urmiyə etirazları bitdi, hicab nümayişləri başladı

Mirzə Xəzər 06 Okt 2011

no comments

tabriz ilham 

fotoşəkil: Əhli-Beyt ABNA

 

Urmiyə gölünün qurumasına qarşı bir neçə həftə davam edən etiraz aksiyaları səngiyir və Təbriz yeni etiraz dalğasına səhnə olur. Urmiyə gölünün müdafiəçiləri ilə həmrəylik nümayiş etdirmək üçün Bakıda İran səfirliyinin qarşısında piketlər təşkil olunduğu kimi, indi də Təbrizdə Azərbaycan konsulluğunun qarşısında Azərbaycanda hicabın qadağan olunmasına qarşı etiraz aksiyaları keçirilir.

 

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən, əsas iştirakçıları gənclər və universitet tələbələrindən ibarət olan çoxlu sayda Təbriz sakini çərşənbə günü səhər, Azərbaycan Respulikasının Təbrizdə yerləşən konsulluğu qarşısında "Azərbaycan xalqı qəbul etməz zilləti", "Hicab müxalifləri ölməlidir, ölməli", "İslam Partiyası sədri azad olunsun", "Məhv olsun İsrail" və s. şüarlar səsləndirərək, Azərbaycan məktəblərində hicab qadağasını pisləməklə yanaşı, hicab məhbuslarının, xüsusilə də AİP sədri doktor Mövsüm Səmədovun tezliklə azadlığa buraxılmasını tələb etdilər.

 

Aksiyada Təbrizin tanınmış ruhanisi höccətül-islam vəl müslimin Nəzəri və Təbriz Azad İslam Universitetinin rektoru doktor Cavanpur Bakının „ islamofobiya siyasətini“ pisləyiblər.

 

„Mirzə Xəzərin Səsi“ qəzeti
06.10.2011

Əvvəlki məqalə: „APA“ Britaniyada Azərbaycanla əlaqədar yeni qalmaqala aydınlıq gətirir

Sonrakı məqalə: Sarkozi gəldi də, getdi də, bəs nə qaldı...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6123

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin