Sarkozi gəldi də, getdi də, bəs nə qaldı...
Qəfil gəldi, qəfil getdi...Fransa prezidenti oktyabrın 7-də Azərbaycan torpağına qədəm basdı və oktyabrın 7-də Bakını tərk etdi. Pərt olmağa dəyməz. Yerevana əliboş gedən Fransa prezidenti Azərbaycana əlidolu gəlmişdi. Sarkozi Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” ordenini özü ilə gətirmişdi. Ermənistanla Azərbaycan arasında fərq qoyduğuna görə fəxr etmək lazımdır.
Sarkozi, ordeni Azərbaycanın birinci xanımına təqdim edəndən dərhal sonra təyyarəsinə mindi və üçüb getdi...Qarabağ yada düşmədi, Türkiyə-Ermənistan sərhəddi məsələsindən səs çıxmadı...Eynən Yuli Sezar kimi…Gəldi, gördü, getdi...
Mirzə Xəzər
07.10.2011
Əvvəlki məqalə: Təbriz: Urmiyə etirazları bitdi, hicab nümayişləri başladı
Sonrakı məqalə: „Hökumət fikir, söz və vicdan azadlığını təmin etməyə çalışır“, amma necə?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6124
