Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

„APA“ Britaniyada Azərbaycanla əlaqədar yeni qalmaqala aydınlıq gətirir

Mirzə Xəzər 05 Okt 2011

no comments

Mark Fild 061011 

Mark Fild

 

 

„APA“ agentliyi „The Guardian“ qəzetinin Britaniya parlamentinin deputatı Mark Fild barədə yaydığı məlumata xüsusi şərh həsr edib. Şərhdə qeyd olunur ki, Mark Fild parlament üzvü olmaqla yanaşı 2010-cu ildən etibarən həm də Böyük Britaniya-Azərbaycan dostluq qrupunun sədridir. Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti indiyə qədər iki dəfə Azərbaycana səfər edib və ən yüksək səviyyədə görüşlər keçirib. Bu səfərlərin texniki təşkilatçısının Avropa Azərbaycan Cəmiyyəti olduğu isə həmin vaxt işıqlandırılan xəbərlərdə qeyd olunub. Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti cəbhəyanı bölgədə səfərdə olub, azərbaycanlı məcburi köçkünlərlə görüşüb. Mark Fild deyib: “Biz burada, Azərbaycanın çox gözəl məkanında insanların qaldırdığı haqlı və ədalətli problemləri dinlədik. İstəyirik ki, bu 20 illik münaqişə həllini tapsın, insanların, xüsusilə uşaqların firavan və xoşbəxt gələcəkləri olsun”. "APA"nın yazdığına əsasən,  Mark Fildlə birlikdə Azərbaycana gələn, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, lord Con Kuluni isə deyib ki, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlarla yaxından tanışdır: Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Britaniya parlamentində dəfələrlə Azərbaycanın lehinə çıxışlar etmişəm.”

 


„APA“nın şərhində oxuyuruq: Əlbəttə ki, bu bəyanatların, səfərlərin, reallıqları öz gözü ilə görən parlamentarların Böyük Britaniya parlamentindəki çıxışları, təşkil etdiyi debatlar, indiyə qədərki sükutun pozulması erməni diasporunu narahat etməyə bilməz.

 

Və təhlilin sonunda „APA“ sual verir: Bəs bizimkilər niyə sifarişinin haradan gəldiyi bəlli olan bu materialları nöqtəsinə-vergülünə toxunmadan yayırlar? Axı müasir informasiya əsrində axtarış sistemlərinə “Mark Fild” və ya “AAC” yazmaq çətin deyil. Axı söhbət konkret şəxslərdən yox, ölkənin marağından, başımız üstündə bayraq elədiyimiz Dağlıq Qarabağ problemindən gedir...

 

 

Öz qeydimiz:  

 

Xarici dövlətlərdə hər hansı ölkənin mənafe və maraqları üçün lobbiçilik etmək, lobbi yaratmaq qəbahət deyildir. Dünyanın bir sıra ölkəsinin öz problemlərini, özlərini əcnəbilərə tanıtmaq, çatdırmaq və himayə qazanmaq üçün lobbiçilik fəaliyyətinə külli miqdarda vəsait xərclədiyi sirr deyildir. (MXS)

 

"Mirzə Xəzərin Səsi" qəzeti

06.10.2011


 

Əvvəlki məqalə: Britaniyada Azərbaycanla əlaqədar yeni qalmaqal

Sonrakı məqalə: Təbriz: Urmiyə etirazları bitdi, hicab nümayişləri başladı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/6122

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin