Hormetli Mirze bey salam
Hormetli Mirze bey salam! Gonderdiyiniz unvanlara gore cox saq olun. Eveller radionu cehd edirdim acam ,ancaq alinmirdi.1saat olar ki,ayrildim radiodan.Men sanki 90-ci illere qayitdim .Allahdan arzum ,dileyim budur ki,sizi qedir bilen xalqima cox gormesin!!! O facieli gunlerde sizin sebrle gelen zenglere cavab vermeniz ,bunu sizden basqa hec kim ede bilmez.H. Billurinin "Bir insan taniyirdim" serine azaciq duzelis veredim " Bir insan taniyiram''. O sizsiniz Mirze bey!!!!!! Cox sag olun Mirze bey. Hormetle qiziniz Kemale! 31.10.2011
„20 ildir biz dövlətçiliyimizi formalaşdıra bilməmişik“. Günahkar kimdir
Millət vəkili İqbal Ağazadə „Media forum“da çıxan yazısında bildirir ki, „tam 20 ildir biz dövlətçiliyimizi formalaşdıra bilməmişik.“ Niyə „biz“, İqbal bəy? Bəs „ulu öndər“in qurduğu, formalaşdırdığı, onun varisinin inkişaf etdirdiyi dövlətçilik haradadır? Bəs hanı dahilik, uzaqgörənlik, məharət, genetik kod və sairə mədhiyyələr? Hanı dünyanı heyran qoyan Əliyev „dühası“nın məhsulu olan dövlətçilik? Yoxdur? Niyə yoxdur? İqbal Ağazadə deyir ki, çünki „ordumuz bizi xarici müdaxilədən, məhkəməmiz isə haqsızlıqdan qoruya bilməyib.“ Səhv edir? Yox, düz deyir. Sonra yazır ki, „…valideyn, qohum-əqrəba öz övladına, yaxınına sahib çıxdığı kimi dövlət də vətəndaşına sahib çıxmağı bacarmalıdır.“ Heydər Əliyevin qurduğu iddia edilən dövlət bunu bacarırmı? İqbal bəy deyir ki, yox: „Sadəcə, dövlət millətə babalıq edə bilmədiyi üçün kimsə fərdi və qrup maraqlarından uzağa getməyib yalnız özünü və çevrəsini, qohumlarını və dostlarını, faydasını və çıxarını düşünür.“ Səhv edir? Yox, düz deyir.
Bəs kimdir günahkar? Millət vəkili hər yerdə „biz“ deyirsə deməli onun fikrincə, günahkar „ulu öndər“ və dahi varislər, dövlətə və məhkəmələrə nəzarət edənlər deyil, heç bir şeyə nəzarət etməyən, xarici müdaxilənin və məhkəmələrin qarşısında hüquqsuz və gücsüz qalan bizlərik...
İqbal Ağazadə haqlıdır: „Bir gün dövlət atalıq edə biləcəksə, onda biz də vətəndaş ola biləcəyik – bayrağını sevən, haqqının tapdanmasına izn verməyən, “canım sənə fəda, Vətən” deyə bilən vətəndaş...“ Əks təqdirdə "ulu"ların və onların varislərinin aqibəti Qəzzafinin aqibətindən fərqli olmayacaq. İqbal Ağazadə haqlı olaraq yazır:
"Qəzzafi onu tutan üsyançılara “mən sizin babanızam” deyirdi. 42 il bir ölkəyə rəhbərlik etmiş şəxs doğrudan da babadır. Sadəcə olaraq Qəzzafini öldürən oğul və nəvələrinin göstərdiyi tərbiyə bu idi. Qəzzafi onlara bu cür tərbiyə vermişdi. Belə övladlarının olmasını istəmirsənsə düzgün tərbiyə verməlisən ki, sonunda oğul-uşaq, nəvə-nəticə üzünə ağ olmasın, səni ayaq altına atmasın, səni başının üstündə gəzdirsin."
Mirzə Xəzər
30.10.2011
İqbal Ağazadə: “...MƏN SİZİN BABANIZAM...”
...Üç cür tərbiyə var: İqbal AĞAZADƏ fərdi tərbiyə, qrup tərbiyəsi və dövlət tərbiyəsi. Üç cür maraq var: fərdi maraq, qrup marağı və dövlət marağı.
Son zamanlar vətəndaşlardan, siyasi cəhətdən aktiv olan insanlardan bir ifadəni tez-tez eşidirəm: “əşi, biz dövlət deyilik” və ya “biz hələ çox geridə qalmışıq, haqlarımızı belə müdafiə edə bilmirik”. İlk baxışdan hər kəs o qədər haqlı görünür ki... Amma...
İnsanları fərdi cəhətdən valideynləri tərbiyə edir, onlara həyatda ayaqda durmağı öyrədir, elm, təhsil verir, onları peşə sahibi edir, ailə quranda, seçim edəndə öz məsləhətləri ilə hər zaman onların yanında olur. Övlad da aldığı tərbiyəyə görə həyatda mövqe tutur, insanlarla münasibətlərini tənzimləyir. Bəzən də tərbiyə verməli və ya tərbiyə almalı olanın özü qüsurlu olur. Belə hallara da rast gəlirik.
Amma ümumən Azərbaycanda valideyn-övlad münasibətləri cəmiyyəti o qədər də narahat etmir, əksinə, biz az da olsa bu ilişkilərdən qürur duyuruq. Biz yaxşı oğul, yaxşı ata, yaxşı qız, yaxşı ana, yaxşı qardaş və yaxşı bacıyıq. Biz fərdi tərbiyə gördüyümüz üçün fərdi maraqları da qorumağı bacarırıq. Fərdi qaydada maraqlarımızı kiminsə tapdamasına heç cür izn vermir, buna dərhal etiraz edirik.
Qrup tərbiyəsi fərdi tərbiyənin nəticəsi olaraq formalaşır. Qohum, tayfa, el, mahal təəssübkeşliyi elə bu tərbiyənin məhsuludur. Fərdi tərbiyə kimi qrup tərbiyəsi də Azərbaycanda əsrlər boyu ənənə və adət şəkilini alıb, övladlar qohum tayfa, nəsil, el-oba təəssübkeşi olublar.
Təbii olaraq dövr, zaman qrup tərbiyəsinin yeni formasını – partiya, şirkət, cəmiyyət və sair formalarını üzə çıxarsa da, əski qrup tərbiyəsi öz əhəmiyyətini saxlayıb.
Biz yaxşı qohumuq: yaxşı əmioğlu, dayıoğlu, baba, nənə, əminəvəsi də... Biz əksər zamanda yaxşı partiyadaş da ola bilirik. Yavaş-yavaş bu qrup tərbiyəsini və maraqlarını da əxz edə bilirik. Qrup və fərdi maraqlar bizdə tərbiyədən gələn sistemli yaşam tərzinə çevrilib. Biz qrup və fərdi maraqlarımızı da sonsuza qədər müdafiə edə bilirik. Səbəb bizim aldığımız fərdi və qrup tərbiyəsinin əsaslı və ənənəli olmasıdır.
Bir də var dövlət tərbiyəsi və dövlət marağı.
Əsrlər boyu dövlətimiz olmadığı üçün biz vətəndaş tərbiyəsi görməmişik. Ərazimizdə müxtəlif dövrlərdə dövlətlər qurulsa da, onlar ya ideoloji cəhətdən bizə yad olub, ya da ömrü çox çəkməyib, insanları vətəndaş kimi tərbiyə etməyə yetərli olmayıb.
Dövlət vətəndaşı necə tərbiyə edir, özünü ona necə sevdirir, dövlət tərbiyəsi və marağı necə yaranır?
İlk növbədə valideyn, qohum-əqrəba öz övladına, yaxınına sahib çıxdığı kimi dövlət də vətəndaşına sahib çıxmağı bacarmalıdır. Dünyaya gəldiyimiz ilk gündən bizi böyüdən, hər bir pislikdən qoruyan, təhsil verən valideyn kimi dövlət də hər bir vətəndaşını qanunsuzluqdan qorumağı bacarmalıdır.
Dövlətin iki strukturu öz vətəndaşını qoruyur: ordusu və məhkəməsi. Ordu vətəndaşı xarici müdaxilədən, məhkəmə isə onu daxildə olan haqsızlıqdan qoruyur. Beləcə, dövlət vətəndaşa atalıq, babalıq edir.
İki sevgi təmənnasız olur – valideyn və dövlət sevgisi. Başqa bütün sevgilərdə insanlar həmişə təmənna umurlar. Dövlətimiz olmadığı üçün biz dövlət tərbiyəsi və marağının da nə olduğunu mənimsəyə, yaşam tərzinə çevirə bilməmişik. Tam 20 ildir biz dövlətçiliyimizi də formalaşdıra bilməmişik. Çünki ordumuz bizi xarici müdaxilədən, məhkəməmiz isə haqsızlıqdan qoruya bilməyib. Ona görə də “biz millət deyilik” deyənləri haqlı saymıram. Sadəcə, dövlət millətə babalıq edə bilmədiyi üçün kimsə fərdi və qrup maraqlarından uzağa getməyib yalnız özünü və çevrəsini, qohumlarını və dostlarını, faydasını və çıxarını düşünür.
Bir gün dövlət babalıq edə biləcəksə, onda biz də vətəndaş ola biləcəyik – bayrağını sevən, haqqının tapdanmasına izn verməyən, “canım sənə fəda, Vətən” deyə bilən vətəndaş...
...Üç gün öncə Liviya prezidenti Müəmmər Qəzzafinin həbs və ölüm səhnələrini, vətəndaşların onunla necə davranmasını bütün dünya izlədi. Bizim yerli mətbuatda da bununla bağlı xeyli yazı dərc olundu, sosial şəbəkələrdə çeşidli rəylər bildirildi. Əksəriyyət bu ölümə və meyitin təhqirinə qarşı çıxdı. Doğrudan da insanlıq adına utanc gətirən bir hadisə idi. Ən qəddar qatillə belə bu cür davranmaq heç bir çərçivəyə sığmaz. Caninin belə özünü müdafiə haqqı var. Ərəblər Qəzzafiyə bu haqqı da tanımadılar. Niyə, nədən suallarını vermək istəmirəm.
Qəzzafi onu tutan üsyançılara “mən sizin babanızam” deyirdi. 42 il bir ölkəyə rəhbərlik etmiş şəxs doğrudan da babadır. Sadəcə olaraq Qəzzafini öldürən oğul və nəvələrinin göstərdiyi tərbiyə bu idi. Qəzzafi onlara bu cür tərbiyə vermişdi. Belə övladlarının olmasını istəmirsənsə düzgün tərbiyə verməlisən ki, sonunda oğul-uşaq, nəvə-nəticə üzünə ağ olmasın, səni ayaq altına atmasın, səni başının üstündə gəzdirsin. “Mən sənin babanam” demək üçün babalıq etmək şərtdir.
Qəzzafi üçün ağlamayın...

