Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Vüsalə Mahirqızı: Boynumuzdakı kəndir

Mirzə Xəzər 17 Avq 2011

no comments

kendir  

   

 

Vüsalə Mahirqızı  

   

   

Uşaqlar özlərini öldürür... İnsanın ətini ürpəşdirən xəbərlərdi. Nə yazıq ki, son vaxtlar tez-tez yazırıq bunu. Bəzi psixoloqlar, siyasətçilər “yazmayın, sətirlərinizdən qan damır” desə də, yazmaq məcburiyyətindəyik. Bir başından o biri başına cəmi 5 saatlıq yol olan ölkədə bir sabah iki məktəblinin intihar xəbəri yayılırsa, bu, baş xəbərdi və ciddi araşdırma mövzusudu.  

   

Bu gün Balakəndə 14 yaşlı qız, Bakıda isə 11 yaşlı oğlan canına qəsd eləyib. Özü də dərman içməyiblər, özlərini suya atıb boğulmayıblar, ciddi-ciddi, düşünərək, hazırlaşaraq, sona qədər inad göstərərək intihar eləyiblər. İplə asıblar özlərini. Bu, bəlkə də ən qərarlı, ən ağır intihar formasıdı. Bir anlıq 50 tablet dərmanı ovuclayıb içmək olar, bir anda dənizə atılıb boğulmaq olar, amma bir anda qərar verib, iplə özünü asmaq olmaz. Normal məntiq deyir ki, bu intihara hazırlaşmaq lazımdı.  

   

...Bu uşaqların keçim qayğısı yoxdu, maddi problemlər onlarlıq deyil, sevgi yaşında da deyillər, itkiləri ilə barışmamaq düşüncəsinə sahib olmaları üçün də çox kiçikdi yaşları... Onda niyə? Bəlkə ailə münaqişələri, ata-ananın ayrılmasından yaranmış psixoloji gərginlik, bəlkə də ailə tərbiyəsinin düzgün qurulmaması, uşaqlar arasında qoyulan ayrı-seçkilik... Bir də heç unutmamalı olduğumuz ciddi bir məqam... “Cənnət-cəhənnəm” təlqinli teleseriallar... 

 

Vusale-Mahirqizi-koshe2011 

Vüsalə Mahirqızı  

   

Jurnalist, oxucu, dinləyici üçün bunlar bəlkələrdi. Amma bizim pedaqoqlar, psixoloqlar, sosioloqların bu ehtimalları aydınlatması lazımdı. Ailə tərbiyəsində, təhsil sistemində, media təbliğatındakı boşluqları vaxtkən doldurmalıyıq. Axı o qədər də uzaq tarix deyil – dəhşət dolu 1937-ci ilin repressiyalarında, sürgünlərində valideynlərinə qısılıb, insanlıqdan uzaq hər zülmü çəkə-çəkə böyüyən uşaqlar. Niyə bircəciyi intihar etmirdi? Hətta intihara əl atan tək-tük böyüklərin belə əməllərini təkrarlamırdılar... Bizim uşaqlarımız qarşılaşdıqları ilk maneədə çıxış yolunu kəndirdə görürlərsə, gələcəyin nə vəd etdiyini deməyə çətinlik çəkirəm, açığı. Qardaşı ilə dalaşanda əlinə kəndir götürən oğlana sabah orduda döyüş üçün silah veriləndə, onu ilk çətinlikdə özünə tuşlayacağı qaçılmazdı. Valideynlər hələ formalaşmaqda olan uşağın qonşu ölkənin və onun yerli “distribütörünün” “cənnətə getməkdə xeyir var”, “əl-ayağınızı bu dünyadan kəsin, bura boşdu” vəəzli proqramlarından qorumalıdırlar. Əgər formalaşmış insanların bu proqramlara baxanda ölməyi gəlirsə, 10-15 yaşlı uşağın hansı psixoloji hisslər keçirdiyi aydın deyilmi?  

   

Dünyada ən zəhləm gedən məsələ uşağın, xüsusilə qız uşaqlarının əkə-bükə arvad kimi danışmaları, bəzənib gəzmələri, analarının da buna baxıb fəxr eləmələridir. “Bunu almağa pulumuz çatarmı?”, “atamın imkanı yoxdu”, “biz krediti necə verəcəyik?” kimi böyük-böyük suallar uşaqlara aid deyil. Onlar o problemləri həll etmək iqtidarında deyillər onsuz da, hər hansı dəstəkləri olmayacaq, bunları 5-6 yaşlı uşağın yanında müzakirə eləyib, paylaşan valideyn onun balaca ürəyini sıxmaqdan başqa nəyə nail olur ki?  

   

***  

   

Boşanmış ananın övladını ataya göstərməməsinin (mən bu məsələdə heç bir səbəb qəbul eləmirəm) adı vəhşilik deyil, bəs nədi? Qatı cinayətkar atanın belə dünyada ən son ziyan vuracağı insan övladıdı. İki-üç yaşlı uşağı anasından ayırıb, nənə, bibi əlində qoymağın adı barbarlıq deyil, bəs nədi? Uşağın gözü qarşısında ananın təhqir edilməsinin, döyülməsinin adını heç bilmirəm. Hələ ardıyca oğlan gələn, ilk sevgi məktubu alan 13-14 yaşlı qızın sağ yanağında “gül açan” silləni, “qardaşın bilsə, başını kəsər” təhdidini demirəm. On beş-on altı yaşlarında qızcığazın zorla, “qonşu qızı ərə getdi, sən qaldın” deyibən özündən 20 yaş böyük kişiyə ərə verilməsi adi hal almayıbmı? Azmı görmüşük, “mən oğlumu oxuduram, qızdan mənə nə xeyir” deyib, ayrı-seçkilik salan, qız doğan arvadını evdən qovan kişiləri?...  

   

... Biz bütün bunların hamısını eləyirik, nə yazıq ki... Biz uşaqlarımızı uşaqlıqlarını yaşamağa qoymuruq. Uşaqlarımız vaxtından əvvəl böyüyür, qocalır və... üsyan eləyir! Özünü öldürür...  

   

Qulağıma o uşaqların iniltiləri gəlir... 

 

 

Mənbə: lent.az 

 

Əvvəlki məqalə: Xəlil Rzanın "Davam edir" poeması - Mirzə Xəzərin ifasında

Sonrakı məqalə: Bakıda insan alveri qurbanlarının anım günü keçiriləcək

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5862

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin