„İlham Əliyev yenə yoxa çıxıb“
„İlham Əliyev yenə yoxa çıxıb!“ „Azadlıq“ qəzeti İlham Əliyev üçün darıxıb. Qəzetin apardığı istintaq əməliyyatı nəticəsində aydın olub ki, dövlət başısının harada olduğu aydın deyil. Dövlət başsız qalıb. Rəsmilər İlham Əliyevin nədən iş başında olmadığı barədə məlumat vermirlər. Narahat olmayın, hara getsə yenə Azərbaycana qayıdacaq. Azərbaycandan başqa dünyada heç bir ölkə və xalq belə prezidentə qucaq açmaz…
***
Heydər Əliyev haqqında MONUMENTAL məddah əsərləri sayəsində məslək yolunda sürətlə göylərə yüksələn Hüseynbala Mirələmovun mirası, deyəsən, təhlükədədir. Şamo Arif, ona “Şərəfsiz” sərlövhəli yazı həsr edən Hüseynbala Mirələmovu saxtakar adlandırıb. Unutmayaq. 1990-cı il Qara Yanvar günlərində Hüseynbala Mirələmov və başqaları susanda, Şamo Arif qorxmadan “Azadlıq” radiosuna geniş məktub yazıb, SSRİ rəhbərliyini kəskin ifadələrlə lənətləmişdi...
Mirzə Xəzər
04.08.2011
Əvvəlki məqalə: Hüquq müdafiəçisinin məhkəməsində rüsvayçılıq
Sonrakı məqalə: Q. Səfərov: Erməniləri diz çökdürən igidimiz!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5761
