Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Eynullanı haqsız tənqid edənlər kaş QADIN olaydılar!

Mirzə Xəzər 11 Avq 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı



Şahvələd Çobanoğlu köşəsində İlham Əliyevin “Sirlər xəzinəsi” ndən “Qatıq satan qadının dastanı” nı təhlil edib maraqlanır ki, ”axı qatıq satmaq nə vaxtdan dəlilik olub?” Çox dərin sualdır, cavabı da çox ağırdır. Dəyərli yazar o sualın cavabını hamıdan yaxşı bilir, biz də babat bilirik: 1993-cü ildən sonra, qatığa ağ deyənlərə, ağ qatıq satanlara “dəli” deyib dəlixanaya salırlar. 17 ildir “Qara Plan”la hakimiyyətə gələn, düşmənə ağ bayraq göstərib, evlərə əsgərlərin qara tabutlarını yollayan rəhbərlər “qatıq qaradır” deyir. Ancaq “qatıq qaradır!” deyənlər guya cəmiyyət üçün qorxulu deyil, onlar azad-firavan hər yerdə gəzə bilərlər. İndi məmləkətdə “qara qatıq” çalmaqla, satmaqla milyonlar əldə edən kişilər peyda olub. Qadınlara fikriniz getməsin, çünki ən kasıb qadın da heç vaxt qara qatıq satmaz .Ona görə də ağ qatıq satan qadınları DƏLİxanaya, qara qatıq satan kişiləri isə DEPUTATxanaya salırlar. Hələ bu harasıdır? Bir azdan ağ yumurta satanları qara yumurta istehsalına başlayanlar şərləyib ömürlük həbs etdirəcək.
”Azadlıq” qəzetində Eynulla Fətullayevin ”Qara qatıq” yazısı yayımlanan kimi qara qatıq fanatları üsyana qalxdılar. Hal-hazırda qara qida məhsullarının fanatları, redaksiyanın şüşələrinə ,Eynullanın qara qatıq haqqında dastan yazdığı kameranın qapısına çırpmaq üçün qara yumurta axtarırlar. Amma çox çətin məsələdir. Çünki qatığı qara etmək asandır: maya yerinə qara neft tökmək olar, amma toyuğa qara neft içirdib qara yumurta almaq mümkün deyil. Üstəlik toyuq da ölə bilər. Məlumat üçün deyim ki, bizim toyuqlar hər il may ayında göy rəngdə, bayramlarda isə qırmızı rəngdə ikisarılı yumurta edirlər :may ayında bolluca qara tut yedikləri üçün, bayramlarda isə çuğundur salatı yediklərinə görə ailəmizə rəngli yumurtalar bəxş edirlər. Toyuqlar bayramdan sonra yeməklərin artığından bol-bol dənlədikləri üçün yumurtalarının rəngi dəyişir. Adamlar var ki, seçkidən əvvəl artıq qalan qara yeməklərlə bolluca qidalanır, sonra da beş il hökumətin qara planları üstündə kürt oturur. Əksəriyyət də kişilər. Bəzi kişilər qadınların guya şeytanla, fələklə qohum olduqlarını, ayaqlarının sürüşkən, ağıllarının dayaz olduğunu ... desə də, özlərindən xəbərləri yoxdur. Həmin “titulları” üzərində daşıyan Qadın, fələkdən betər hakimiyyətin qarşısında əyilib-qalxan, mandat əldə etmək üçün şeytan kimi yüz cür cildə girən, vəzifə üçün ayağı sürüşən, var-dövlət görəndə ürəyi gedən kişilərdən min dəfə qeyrətli və ağıllıdır. Yaltaq məşhurlardan birini yaxınları danlayıb ki, bəsdir də bir parça çörək üçün bu qədər alçaldın, axı sən kişisən ! O isə zarafatla, analoqu olmayan cavab verib: ”Şükür edin ki, qadın deyiləm, yoxsa “çox işlər” görərdim, biabır olardınız...” Həqiqətən də, yaxşı ki, bəzi kişiləri Allah qadın yaratmayıb, yoxsa çox evlər yıxardılar. Əgər yolunu azan qadın kiminsə bədbəxtliyi üzərində özünə xoşbəxtlik koması tikirsə, yolunu azan kişi kiminsə bədbəxtliyi üzərində mülk, ofis tikir, telekanal açır. Eynullanı haqsız tənqid edənlər kaş Qadın olaydılar! Çünki ən səviyyəsiz qadın da ağı qaradan seçə bilir, paxıl olmur, Vətənin mərd oğullarını ata kimi, qardaş kimi, kişi kimi sevməyi bacarır.

Bu günlərdə yas məclisində(təəssüf ki, Allah, vicdan, o biri dünya yalnız yas məclislərində, cənazə görəndə yada düşür) olmuş bir hadisə eşitdim :ölüm ayağında olan bir nəfər şərləyib həbs etdirdiyi adamı yanına çağırtdırıb deyir ki, “ömrüm boyu sənin ayağının altını qazıdım, səni haqsız yerə incitdim, amma sən bir dəfə də qapıma gəlib məndən hesab sormadın. İcazə ver, günahdan qurulan evimə qədəm basan o müqəddəs ayaqlarından öpüb təmizlənim ,adam kimi can verim...”
Ey Allahın XOŞBƏXT BƏNDƏlərini sevməyən paxıllar, vicdansızlar! Bir gün günahlarınız sizə Allah bəndəsi kimi can verməyə mane olanda müqəddəslərin ayağını öpməyə üz qoyun!

Mirzə Xəzər: Avtoritar rejimləri ən çox azad söz qorxudur

Mirzə Xəzər 08 Avq 2010

1 comment

mirze xezer 55-1-1

2010-08-07

Təhminə Paşayeva

Mirzə Xəzər: "Azərbaycanda mətbuat azadlığı olsaydı, jurnalistlər həbsxanalara atılmazdı"


«Azərbaycana qayıtmaram. Çağırılmamış qonaq vəziyyətinə düşmək niyyətində deyiləm. Ikinci dəfə belə vəziyyətə düşməyi qüruruma sığışdırmaram»

Avtoritar rejimləri ən çox söz azadlığı, azad söz qorxudur. Tanınmış jurnalist, “Amerikanın səsi” və “Azadlıq” radiolarının Azərbaycan bölməsinin keçmiş rəhbəri Mirzə Xəzər müsahibəsində belə deyib. Bununla yanaşı o, ölkədəki söz və mətbuat azadlığı sahəsindəki mövcud durumla bağlı fikirlərini də bildirib.


- Mirzə müəllim, əvvəlcə özünüz barədə qısaca məlumat verərdiniz. Harada yaşayırsızınız, indi nə işlə məşğulsunuz?
- 62 yaşım var. 36 ildir xaricdə yaşayıram. Evliyəm, üç uşağım var. Uşaqların ikisi Bakıda anadan olub. Hazırda Almaniyanın Münhen şəhərində ailəmlə birlikdə yaşayıram.
Məşğuliyyətimə gəlincə, əsasən saytımla məşğulam. Çox vaxt dincəlirəm. Başqa işim yoxdur.


- Bildiyimizə gorə, səhhətinizdə müəyyən problemlər olmuşdu. Keçmiş olsun, indi necəsiniz?
- Bəli, iki ay yarım xəstəxanada ağır günlər yaşadım. Indi tam yaxşılaşmamışam, babatam.


- Sonuncu dəfə Bakıya nə zaman gəlmisiniz?
- Sonuncu dəfə Bakıda 2004-cü ilin əvvəlində olmuşam. Dörd həftə qaldım və fevralın 13-də Bakını tərk etdim.


- Azərbaycana dönmək, burada fəaliyyət göstərmək istərdiniz?
- Xeyr, istəmərəm. Əvvəlcə dediyim kimi, mən 2004-cü ildə Bakıya, orada qalıb işləmək üçün gəlmişdim. Qəzet buraxmağa başladım. Lakin mənə xəbər göndərdilər ki, qəzeti bağlayım və dərhal Bakını tərk edim. Bu, açıq hədə-qorxu idi. Qorxduğum üçün yox, qüruruma sığışdırmadığım üçün Azərbaycanı tərk etdim. Çağırılmamış qonaq vəziyyətinə düşmək niyyətində deyiləm. Ikinci dəfə belə vəziyyətə düşməyi qüruruma sığışdırmaram.


- Ölkədəki söz azadlığı ilə bağlı fikirləriniz necədir?
- Azərbaycanda söz azadlığı çox aşağı səviyyədədir. Azərbaycanda avtoritar idarə üsulu mövcuddur. Avtoritar rejimləri ən çox söz azadlığı, azad söz qorxudur.

- Mirzə müəllim, Azərbaycan mediasını gəlişmiş media saymaq olarmı?
- Azərbaycan mediasının inkişaf etmiş peşəkar mediaya çevrilməsi üçün çox vaxt lazımdır. Azərbaycan mediası hələ öz inkişaf yolunu başa çatdıra bilməyib, yolun başlanğıcındadır.


- Sizcə, ölkəmizdə azad mətbuat var?
- Xeyr, Azərbaycanda azad mətbuat yoxdur. Azad mətbuat, mətbuat azadlığı olsaydı, jurnalistlər həbsxanalara atılmazdı. Sərbəst, sözün əsl mənasında azad və müstəqil mətbuat qeyri-demokratik ölkələrdə rejimin bir nömrəli düşməninə çevrilir. Bu üzdəndir ki, bu ölkələrdə mətbuatı cilovlamaq, onu bir mərkəzin nəzarətinə vermək üçün səy əsirgənmir.

- Maraqlıdır, Mirzə Xəzər Azərbaycanın hansı mətbu orqanlarının informasiyalarını, məqalələrini oxuyur?
- Əsasən internetdə səhifələri olan qəzetləri və agentliklərin məlumatlarını oxuyuram. “Mediaforum” saytını, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri də daxil, bir sıra mənbənin məlumat və məqalələrini oxuyuram.

- Azərbaycanda insan haqları ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda insan haqları sahəsində mövcud vəziyyət məni qətiyyən qane etmir.

- Indiki gənclərimizin əzmkarlığını necə qiymətləndirirsiniz? 1988-ci ildəki gəncliyimizlə indiki gəncliyimiz arasında nə kimi fərqlər var?
- Indiki gənclərin mübarizə ruhu artıq 17 ildir susdurulur, əzilir, boğulur. Gəncləri sındırmaq və onları itaətkar kütləyə çevirmək üçün güclü iş aparılır. Itatətkar kütləni idarə etmək çox asandır. Bu səbəbdəndir ki, demokratik ölkələrdə təhsil almış gənclərin də gözünü qorxutmaq və onları susudurmaq üçün Adnan Hacızadəni və Emin Millini həbsə atdılar. 1988-ci ildəki gənclik sovet sisteminin zülmünə meydan oxuyub meydanlara çıxırdı. Onları hərəkətə gətirən amil Qarabağ idi, milli ləyaqət idi.


- Mirzə Xəzər həm də bir hüquqşünas kimi Qarabağ probleminin sonunu görürmü? Siz nə təklif edərdiniz?
- Mən Qarabağ probleminin sonunu görmürəm. Qarabağ məsələsini həll etmək hakimiyyətdə olanların borcu və vəzifəsidir. Bu səbəbdən, mən heç bir təklif verə bilmərəm.

- Mirzə müəllim, məqalələrinizin birində maraqlı belə bir fikrə rast gəldim: “Qədir bilmək sənət deyil, mədəniyyətdir”. Azərbaycan xalqı üçün sizin çoxÿböyük xidmətləriniz olub. Bəs bu xalq sizin qiymətinizi bildimi?
- Bəli, xalq bildi. Amma Azərbaycanda xalq hakimiyyəti mövcud deyil. Meydanda əksəriyyəti (çoxluğu) təşkil edən, lakin iradəsi əlindən alınmış XALQ var, bir də XALQın iradəsini əlindən alıb hakimiyyət sürən azlıq. Azərbaycanda XALQın rəyi, XALQın iradəsi nəzərə alınmır. Hakimiyyətə sahib çıxanlar öz iradələrini xalqa qəbul etdirirlər. Məni unutdurmaq, adımı hər yerdən silmək üçün istər hakimiyyətdə, istərsə də hakimiyyət xaricində olan müəyyən qüvvələr və fərdlər əllərindən gələni edirlər. Mətbuat günü münasibətilə mənə elektron poçtla göndərilən bir məktubun müəllifi məhz bu haqsızlığı nəzərdə tutub yazırdı: “Bu gün Azərbaycan mətbuatında meydan sulayan istedadsız və cəsarətsiz paxıllar nə qədər Sizi unutdurmağa çalışsalar da, mümkün olmayacaq”. Kiminsə haqqını yemək təkcə ədadələtsizlik deyil, daha çox günahdır. Günahın altından çıxmaq isə olduqca çətindir.

- “Fitnənin anatomiyası, mərdliyin anatomiyası, namərdliyin anatomiyası” adlı yazınızdan çıxış edərək belə bir sual verim. Sizcə, Azərbaycanda bunlardan hansı daha çoxdur: Minnət edən, minnət götürən, yoxsa minnət qoyan?
- Azərbaycanda minnət qoyanlar çox güclü, amma az, minnət götürənlər isə gücsüz və çoxdur. Cəmiyyətdə mənəviyyat təhrif edilib. Mənəviyyatı təhrif edilmiş cəmiyyətdə namərdlik müsbət, mərdlik isə mənfi təzahür vəziyyətinə gəlir.

- Ölkəmizdə hansı sahədə, hansı rəngdə inqilab olmasının tərəfdarısınız?
- Inqilabın rəngi olmur. Zorakı inqilab olur və dinc inqilab olur. Mən dinc inqilabın tərəfdarıyam.


- Yenidən media məsələlərinə qayıdaq. Siz uzun müddət “Azadlıq” radiosunda da çalışmısınız. Çalışdığınız dövrdəki “Azadlıq” radiosu ilə indiki “Azadlıq” radiosunun arasında nə kimi fərqlər var?
- 2003-cü ildə radiodan ayrılandan bəri “Azadlıq” radiosuna qulaq asmamışam. Fikir yürüdə bilmərəm.

- Azərbaycanda yenidən çalışmaq üçün təklif gəlsə, qəbul edib, vətənə dönərsiniz?
- Qəbul etmərəm, vətənə qayıtmaram.

- Indi də keçək dostlara. Dostlarınız çoxdurmu? Azərbaycanda necə, dostlarınız varmı? Azərbaycandakı dostlar daha çox vəfalı çıxdı, yoxsa xaricdəki?
- Dostlarım var. Azərbaycanda da dostlarım var idi... Xaricdəki dostlarım vəfalı çıxdılar.

source: "Azadlıq" qəzeti http://azadliq.info/aktual/2844.html

Məlahət Ağacanqızı: Mübariz İbrahimov sağ qala bilərdi

Mirzə Xəzər 07 Avq 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı

Vətənə hərbi xidmət borclarını başa vuran əsgərlər iyulun 1-dən başlayaraq evlərinə qayıtdılar. Təəssüf ki, qayıtmayanlar da oldu: hərbi xidmət zamanı şəhid olanların, intihar edənlərin, müəmmalı ölənlərin... ata-anası, qohum- əqrəbası hər “çağırış”, ”buraxılış” zamanı göz yaşı içində olacaq, onların göz yaşları heç vaxt qurumayacaq. Balaca oğlan uşaqları əsgərlikdən qayıdanların söhbətlərinə qulaq asmağa can atsalar da sonradan peşman olurlar. Sanki qarşılarında dayanan canlı skelet DİVlər diyarından qayıdıb və onlara qorxulu hadisələr danışır. Əsgərlərin söhbətlərinə qulaq asan analar balacalardan beşbetər qorxurlar. Hərə fikrində tez-tələsik oğlunun əsgərlik yaşına neçə il qalmasını hesablayır, hətta 2-3 yaşlı oğlan uşaqlarının valideynləri də həyəcanlanır. Çünki 18 yaşa qədər olan bütün oğlan uşaqları hakimiyyətin səhv siyasətinin qurbanlıq quzulardır. Ata-analar min bir zülmlə harınlar üçün qurbanlıq oğullar böyüdür. Azərbaycanda əsgərlik “lotereya oyunu”na çevrilib. Bu oyunda uduzanlar, ölənlər, xəstəliyə tutulanlar, şikəst olanlar kasıb-kusubun övladlarıdır. Əsgərlikdə baş verən eybəcərlikləri bilən ən kasıb valideyn də “cəhənnəmə, lap evimi sataram, amma uşağı əsgərlikdən saxlayaram” pıçıldamaqla rahatlanır. Ən böyük əxlaqsızlıq və cinayət, insanda Vətənə, torpağa, bayrağa olan sevgi hisslərini öldürməkdir. Bu hakimiyyət insanları ən müqəddəs hisslərdən məhrum etməyi qarşısına məqsəd qoyub. Elə olmasaydı, telekanallarda vətənpərvərlik verilişlərinə yer verilərdi, məktəblərdə vətənpərvərlik dərsləri keçirilərdi. Saxta ”atəşkəs” adı altında Vətənin seçmə, cəsur, igid övladları şəhid olur, ana-bacılar gözü yaşlı qalır, harınların başdanxarab, dezertir oğulları isə səhər Qəbələdə, axşam Parisdə əylənir. Atalarının xalqdan oğurladıqları var-dövlət hesabına restoranlarda, hotellərdə, kazinolarda, əxlaqsızlıq evlərində ... ”ad-san” çıxaranların, pul cıranların bütün orqanları qanla yox, neftlə “işləyir”. Özləri də yaxşı bilir ki, neft olmasa, hərə bir cür biabırçı vəziyyətdə donub qalar, hərəkət edə bilməz...


Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov iyunun 18-də Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmən hücumunu dəf edərkən şəhid oldu. Döyüş zamanı şəhid olan Mübariz İbrahimovun qəhrəmanlıqları haqqında camaat əfsanə kimi danışır. Həmin bölgədən hərbi xidmətdən qayıdan bir əsgər danışır ki: “Mübarizin düşmən üzərinə hücum etdiyi vaxt gözləmə mövqeyi seçən əsgərlər onu “prikrıvat” etsəydilər, o, sağ qayıda bilərdi. Ermənilərə cavab atəşi açmaq üçün bizim əsgərlər əmr almalıdır,o isə ya verilmir, ya da veriləndə çox gec olur...” Qolları bağlı ordunu, əlisilahlı düşmənlə üz-üzə qoyanlar görəsən, hansı qələbədən dəm vururlar? Bəyəm, silah əsgərə bir-birini öldürmək üçün verilir, yoxsa düşmən hücumlarını vaxtında dəf etmək üçün? Azərbaycan min ildə bir dəfə dünyaya gələn qəhrəman oğlunu-Mübarizini itirdi. Əməllərində mübariz olmayan hakimiyyətin MÜBARİZ oğulları şəhid olub, nəşi düşmən əlində qalar. Görəsən, hakimiyyətin harın məmurları “odnoklassniki” də Şəhid Qəhrəmanın ürək parçalayan şəkillərini görüblər? Çətin! Çünki “odnoklassniki. arsızlar” ın ürək parçalayan şəkillərlə işləri yoxdur, onlarınkı ancaq nəşə gətirən şəkillərdir, baxıb feyziyab olsunlar...

Nədən prezident dondurma, duz... sexlərinin qırmızı lentini kəsmək üçün Lənkərana, Masazıra gedə bilir, amma qəhrəman şəhidin qara lent bağlanan yurduna –Biləsuvara gedə bilmir? Yəqin, QARA lenti kəsmək üçün prezidentin qayçısı yoxdur... Düşmən əlində olan şəhidə ölkə prezidenti Milli Qəhrəman adı verib məzuniyyətə getdi. Sanki bir AD vermək kağızını möhürləməklə dövlət başçısının işi bitmiş sayılır. Niyə ölkədə matəm elan olunmur? Axı matəmdə məzuniyyətə çıxmaq olmaz, istilər məmurların sağlamlığına pis təsir edər. Qoy kim necə istəyir kef eləsin, fürsətdir. Vətən uğrunda şəhid olanların torpağa tapşırılmayan meyitləri isə Günəş kimi işıq saçsın. Bir gün o müqəddəs İŞIQdan zəlil olanlar çox olacaq...


Əvvəlki məqalələr

Sonrakı məqalələr