Salam Mirzə Xəzər bəy
Salam Mirzə Xəzər bəy.
Bilmirəm, yeridir ya yox, amma hesab etdim sizə mütləq 1 məktub yazmalıyam, necə ki, süzin üçün maraqlı olacaqdır, Azərbaycan üçün də dövlətçilik əhəmiyyəti var.
Hörmətli Mirzə Xəzər bəy. Vaxtilə, 1988-ci ildə, siz "Azadlıq" radiosunda işlədiyiniz vaxt, bir səhvə yol verdiniz, Azərbaycan Demokratik Respublikasının bayrağını dəqiq və düzgün təsvirini verə bilmədiniz, nəticədə, Azadlıq meydanında sizin dediyiniz variantda bayraq dalğalandı. Sonra 1990-cı ildə, əvvəlcə Naxçıvanda, ilin sonuna yaxın, 29 noyabrda isə, Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin müvafiq fərmanı ilə bütün Azərbaycan Respublikasında rəsmi dövlət bayrağı kimi qəbul olundu.
Amma əslində, ADR-nın bayrağı tamam başqa cür idi. Onun dəqiq təsvirini biz öz veb-saytımızda yerləşdirmişik, lütfən, baxa bilərsiniz:
http://sites.google.com/site/ipekchi/99/32
Hörmətlə, Aydın Məmmədov, "İpəkçi" qəzetinin və www.ipekchi.info saytının redaktoru
Şəki, 06.06.2010
“AZADLIQ” BLOKUNUN MİTİNQ CƏHDİ. XƏSARƏT ALAN VAR
foto: musavat.com
Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu “Azadlıq” bloku iyunun 5-i Bakıda mitinq keçirməyə cəhd göstərib. Aksiyaçılar əvvəlcədən elan olunmuş məkana - “Nərimanov” kinoteatrının qarşısına deyil, paytaxt meriyasının binası qarşısına toplaşmaq istəyiblər.
“Media forum” saytı xəbər verir ki, metronun “İçərişəhər” stansiyasından çıxıb Bakı Şəhər İcra Hakimiyyətinin binasına sarı yürüş etmək istəyən 50-yə yaxın aksiyaçı polisin müqaviməti ilə üzləşib. Saxlanılanlar var. AXCP üzvü Vaqif Xalıqov xəsarət alıb, burnu zədələnib.
Aksiyanı beynəlxalq təşkilatların - Avropa Şurasının, ATƏT-in təmsilçiləri də izləyir. Əraziyə paytaxt polisinin və Çevik Polis Alayının qüvvələri cəlb olunub.
Bakı Şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun iyunun 5-də mitinq keçirməklə bağlı müraciətinə iyunun 2-də cavab verib. Meriya aksiyanı Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüzdəki meydançada keçirməyi məsləhət görüb.
Meriyaya müraciətdə aksiyanın şəhərin mərkəzi meydanlarında keçirilməsinə şərait yaradılmasını istədiyindən “Azadlıq” bloku iyunun 5-i saat 15.00-da “Nərimanov” kinoteatrının qarşısına sanksiyalaşdırılmamış aksiya təyin etmişdi.
"Media forum"
Seymur Həziyev: Ac Eynulladan tox Əliyevə mesaj
Eynulla Fətullayev dünəndən acdı. Əliyevlər rejimi isə on doqquz ildir ki, doymur. Yəni acdırlar. Eynulla qidadan imtina edib, mədəsi acdır, özünə yazıq. Əliyevlər hakimiyyətdən yapışıblar, gözləri doymur, millətə yazıq. Eynulla Ilham Əliyevi danışdırmaq istəyir. Onun Avropa insan haqları məhkəməsinin baş redaktor haqqındaki qərarına rəyini bilmək istəyir. Ilham Əliyevin rəyi şübhəsiz bizə aydındır. Elə Eynullaya da. Onun rəyi olmasaydı, kim indiyə kimi ölkənin üç qəzetçisindən birini həbsdə saxlaya bilərdi? Yoxsa bu ölkədə Ilham Əliyevin rəyindən kənar məhkəmə var? Amma Eynulla düz eləyir, Ilham Əliyev şəxsən danışmalıdı və deməlidir ki, Eynulla Fətullayev mənim sistemim üçün qorxulu adamlardandı. Onu mən həbs eləmişəm və azadlığa buraxmaq kimi bir fikrim də yoxdur. Qoy Avropada gündə yüz qərar versinlər. Mənim heç eynimə də deyil... Ilham Əliyev bu sözləri deməlidir. Onu buna məcbur etmək lazımdır... Amma o susduqca daha dərin bataqlığa batır. Çünki, heç olmasa, deməlidir ki, heç mənim Eynullanın həbsindən xəbərim yoxdu. Məncə bu onun ən özünəməxsus və məntiqli rəyi ola bilər. Fakt budur ki, Eynulla narkoman olmamışdan əvvəl terrorçu olub. Ilham Əliyev isə hələ də diktator olaraq qalır. Bu ölkədə dəyişməyən adam Ilham Əliyev, dəyişməyən dəyər isə diktaturadır. Elmar Hüseynovun qətli ilə bağlı ən tutarlı fikirlərinə diqqət ayrılmayan Eynulla ölkədə bir yazı ilə xaos yaradacaq adam imiş. Bu sistem elə hər şeyi bu məntiqi sıra ilə anlayır. Ya da bizi də özündən sayıb belə anlatmaq istəyir.
Ac Eynulla Fətullayev tox Ilham Əliyevdən xəbər gözləyir. Toxun acdan xəbər olmasa da, acın toxdan bir məlumatı olar. Ac bilir ki, toxun gözü doymalıdır. Mədə problemi yoxdur. Cəlaləddin Rumi deyirdi ki, uzaq yoldan gəlirsənsə, çarığın danışsın. Qarnın acdırsa, Allah doyursun. Gözün acdırsa, gördüklərinə yazıq. Bəli, bu hakimiyyətin gördüklərinə yazıq. Hər gördüyünü qamarlamaq xisləti belələrinin qoynuna çox günah yığar. Amma gözü könlü tox ikən başqaları üçün həyatını, azadlğını fəda edən insanların mərtəbəsi
hara, Ilham Əliyevin BBC-də, “Vaşinqton Post”da bəhs edilən və onu heç bir mənada doyurmayan mülklərinin ona verdiyi yüksəklik imkanları hara.
Bu sətirləri yazanda ağlımnan keçdi ki, Eynullaya münasibətim necə olub? Bir o qədər də xoş deyildi. Bunun faciəvi bir səbəbi də yoxdur. Amma bizim iki çəkici bir zindana vurmağımız hər şeyi dəyişib. Bunu özüm də hiss eləməmişəm... Bu bir döyüş hazırlığıdı... təhlükə eyni yerdəndi.
Yeri gəlmişkən hakimiyyət qara camaata belə bir tezis sırıyıb ki, indiki hakimiyyət talayıb doyub, amma kim onları əvəz eləsə ac olacaq, yenidən talan edəcək. Qardaşlarım, sağınıza, solunuza baxın, görün onlar doyublarmı? Doysalar arayışlar pulsuz olar... Həkimlər, müəllimlər rüşvət almaz... Ramiz Mehdiyev bu yaşında təqaüdə çıxar. Ilham Əliyevin yaxınları gəlirlərin yenidən bölüşdürülməsi üzrə daxili müharibə aparmazlar. Yəni aclıq insanın mədəsində olmur, gözündə olur. Məncə, hər şey aydındır. Acın toxdan xəbər gözləməsinə gəlincə, onu deyə bilərəm ki, Eynulla öncədən qalib gəlib.
“Azadlıq” qəzeti

