Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“MƏNİ SOYUNDURUB ÜÇ GÜN AYAQLARIMDAN ASIBLAR”

Mirzə Xəzər 21 May 2010

no comments

adna_mehkeme_873007878

Nadir Əliyev ona verilən dəhşətli işgəncələrdən danışdı
Fərda Qədirovun valideynləri məhkəməyə çağırılıblar


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qanlı olayın törədilməsində təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov və Ariz Qabulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Dünənki prosesdən əvvəl C.Amirovun vəkili Hüseynxan Mustafayev bildirdi ki, Gürcüstanın Azərbaycandakı səfirliyində olaraq müvəkkilinin məhkəmədə iştirakla bağlı xahişini səfirin diqqətinə çatdırıb. Ona bildiriblər ki, növbəti prosesdə səfirliyin nümayəndəsi iştirak edəcək. Xatırladaq ki, Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov Gürcüstan vətəndaşlarıdır. Bu səbəbdən də C.Amirov Gürcüstanın Azərbaycandakı səfirinin prosesdə iştirak etməsini ötən proseslərdən birində xahiş etmişdi. Həmişə olduğu kimi digər təqsirləndirilənlərdən ayrıca əyləşdirilən N.Əliyev mətbuat nümayəndələrinə üzünü tutaraq prosesdə deyəcəyi sözləri olduğu kimi geniş ictimaiyyətə çatdırılmasını xahiş etdi.


Gürcüstan vətəndaşı olan şahid Ədaələt Qurbanov Marnueli Bakı avtobusunda işləyib. O dedi ki, adını sonradan bildiyi Fərda Qədirovu ona Elvar adlı sürücü təqdim edib. Deyib ki, Fərda Bakıya getmək istəyir. O da öz növbəsində F.Qədirovu Ariz Qabulovla tanış edib. Bundan sonra onların nə danışdıqlarından xəbəri olmayıb.

Şahid dövlət ittihamçısı Nəriman Ələkbərovun suallarını cavablandırdı:
- Avtobusda gizli nəsə keçirmək olur?
- Gürcüstan gömrüyü elədir ki, oradan nəsə keçirmək olmur.
- İstintaq materiallarında silahın Gürcüstanda alınması tam sübuta yetirilib və Azərbaycanda baş verən hadisədə həmin silahdan istifadə olunub. Bəs silah necə keçirilib?
- Gürcüstan gömrüyündə xüsusi avadanlıq quraşdırılıb. Həmin avadanlıq vasitəsi ilə avtobusda olan yüklər və onların içindəki hər bir əşyanı görmək olur. Bu mümkün deyil.


Cavidan Amirov:
- Mənim dövlət ittihamçısına sualım var. Dövlət ittihamçısı deyir ki...

Hakim:
- Otur aşağı, sənin dövlət ittihamçısına sual vermək ixtiyarın yoxdur.

Cavidan Amirov:
- İmkan verin sözümüzü deyək. Dövlət ittihamçısı deyir ki, tam sübuta yetirilib. Nə sübuta yetirilib? Silahı kim keçirib? Silahı keçirən adamı çıxarın ortalığa. Məni fəhləlikdən tutub gətirib oturtmusuz burada, 23 maddəni də vermisiz. Sübut olunub, sübut olunub deyirsiz. Nə sübut olunub?

Hakim:
- Otur aşağı.
Bundan sonra hakim bildirdi ki, Fərda Qədirovun yaxınlarının prosesdə şahid qismində ifadə vermələri üçün onların yaşadıqları Rusiyanın Podolsk şəhərindəki ünvanlarına teleqramla məlumat verildiyini açıqladı. Bundan başqa Gürcüstanın Marneuli vilayətində yaşayan şahidlər Elvar Məmmədov, Arif Qabulova da teleqram göndərilib. Hərbi xidmətdə olan ADNA-nın 4 tələbəsi ilə bağlı hərbi komissarlıqlara müraciət olunub. Hakimə müracət edən N.Əliyev danışmaq istədiyini bildirdi:
- Hamı öz dərdindən danışır, bizə də imkan verin danışaq. Əllərimə baxın nə vəziyyətdədir. Mənə işgəncə...

Hakim sözünü kəsir:
- Sizə izah etdim ki, əlavə şahidlərin məhkəmədə dindirilməsi məsələsinə əsas şahidlərdən sonra baxılacaq. Sizin işgəncə ilə bağlı dedikləriniz də araşdırılacaq. Sərbəst ifadənizdə deyərsiz.
- Mənim müdirim olmuş Budaqov İlqarı bura çağırın. Məni həbs edəndən sonra 3 gün lüt soyundurub ayaqlarımdan asıblar. Cinsi orqanıma “tok” veriblər. Əllərimə baxın nə günə salıblar. Mənə “butulka” soxublar. Belimdəki işgənçə izlərini aprelin 30-dan mayın 15-nə kimi mənimlə “bandotdel”də kamerada qalan oğlan görüb.

Dövlət ittihamçısı Abdulla Yusifov:
- Nağıl danışma, otur aşağı, əxlaqsız.


N.Əliyev:
- Mənim heç kimə, Allahdan başqa heç kimə ümidim qalmayıb. 10 ildir ki, namaz qılıram. Çiyinlərimdəki mələklərdən başqa heç kimə inanmıram. Məni asıblar, “butulka” soxublar, heç özüm də bilməmişəm nə demişəm. Özümdən xəbərim olmayıb.
Bundan sonra hakim şahid qismində dindiriləcək ADNA tələbəsi Kənan İsayevin səhhəti ilə bağlı prosesə gələ bilməyəcəyini açıqladı:
- Kənanın anası məhkəməyə məlumat verib ki, hadisə zamanı onun başına güllə dəyib. Bundan sonra hər iki gözündən olub. Anası dedi ki, məhkəməyə gəlməsini istəmirlər. Onun psixikası da pozulub. Hadisə zamanı həyat yoldaşını itirən Şahməmmədova da prosesə gəlməkdən imtina edib. O deyir ki. bir daha o, hadisəni yaşamaq, yada salmaq istəmir. Ona görə də prosesə gəlmir. Onun da ibtidai istintaqa verdiyi ifadəsi elan olunacaq.
Növbəti proses 24 may saat 12:00-a təyin olundu.

E.QƏDİMOV "Yeni Musavat" http://www.musavat.com/new/Gündəm/77203-“MƏNİ_SOYUNDURUB_ÜÇ_GÜN_AYAQLARIMDAN_ASIBLAR”

Məlahət Ağacanqızı: “NİDAQ LİZA”-“ƏZİLƏN QADIN”

Mirzə Xəzər 21 May 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 

 

 


Hökumətin “ujas” tamaşalarına vərdiş edən vətəndaşlarımız astroloqdan, ekstrasensdən çox bilir. Millət göydəki ulduzlara baxmadan da ölkənin uçurumun kənarında olduğunu görür.Camaat çox əla bilir ki, kim Qarabağa erməniləri sel kimi buraxıb, ”daşqınlar” törətdi. Kimlər insanları illərlə qurduqları yurd-yuvasından ayaqyalın, başıaçıq didərgin saldı. Qarabağda qalan ev-eşikləri ermənilər yox,vəzifədə olan Azərbaycan məmurları(mollaları) yağmaladı. İndi də kibrit qutusu kimi bir-birinin üstünə yığılan ,asqıranda dağılmaq təhlükəsi olan,salonlarda toz basan mebelləri,qab-qacağı,pal-paltarı,xülasə, zir-zibili satmaq üçün camaatın üstünə su buraxıblar. Dünyada baş verən təbii fəlakətlərin Azərbaycana dəxli yoxdur.Təbiəti günahkar sayanlar utansınlar!Eşşək-milləti aldadanlardır! Xırdalan bataqlığı üzərində tikilən həbsxana evlərə 5-6 rayonun əhalisini yerləşdirmək olar.Elə ona görə də hələlik 5-6 rayonu “su basıb”. Qırmızı üzlü yorğan-döşəklə dolu yük maşınları üzü Bakıya tərəf şütüyəndə məmurlarımız sevindiyindən başı üstə dayanır. Camaatımız normadan artıq təzə yorğan-döşək salmağı çox sevir,ona görə də ölkəmizdə normadan artıq qaranlıq işlər olur. Nəyimiz olmasa da,yumşaq yorğan-döşəkdən ,yastıqdan boluq.Hara getsək yorğan-döşəyimizi qoltuğumuza vurub özümüzlə aparırıq. Biz onsuz da bir millət kimi yumşaq döşəyə dönmüşük, döşək nəyimizə lazımdır?Kimin qarnında sancısı olur,kürəyi qaşınır,ağnamaq üçün könlündən Azərbaycan boyda DÖŞƏK keçir... I Qaçqın Köçü Zəngəzur və Göyçədən,II Qaçqın Köçü Qarabağdan yorğan-döşək daşıyanda rəhbərlərimiz yarıyuxulu idilər.İndi isə elə yatıblar ki,artıq III Qaçqın Köçü Mil –Muğan düzlərindən üzü Bakıya tərəf yol gəlir.Bakı camaatı qaçqın köçlərini görüb dilxor olmasınlar: IV Əliyev hakimiyyətində Bakı əhli qırmızı yorğan-döşək dolu maşınlarını Xəzər sularına tərəf sürəcəklər.Yuxunuz şirin,yeriniz quru olsun, ölülər!

 

 

 

 

Məşhur “Mona Liza”əsərində modelin üzündə olan sirli təbəssüm haqqında müxtəlif fikirlər deyilib,məlumatlar yazılıb. Maraqlı məlumatlardan biri odur ki,qadının üzündə olan müəmmalı təbəssüm bətnində olan körpəsinə görədir. Leonardo da Vinçinin anasının azərbaycanlı olduğu haqqında xəbərlər yayılanda bir damcı da şübhə etmədən inandım.Çünki bir maraqlı faktı da mən bilirəm: “Mona Liza” nı tərsinə yazanda“azil anom”oxunur.Əslində isə rəssam“əzilən anam”yazmaq istəyib.Yəqin anası oğluna qul kimi satıldığını danışandan sonra dahi rəssam dünyadan intiqam almaq üçün məşhur “Mona Liza”nı çəkib.Əsrlərdir “Cakonda” dünya üçün sirli tapmacaya çevrilib. Bətnində sevdiyi adamın körpəsi olduğuna görə sevinən,amma onu Vətəndən uzaqda dünyaya gətirəcəyinə görə kədərlənən qadın ancaq qul kimi satılan azərbaycanlı ola bilər.Azərbaycanın milyonçu məmurları da son vaxtlar sirli təbəssümlə gülümsəyirlər: Kəmaləddin Heydərovun,Hacıbala Abutalıbovun,Misir Mərdanovun...üzündəki təbəssüm “Mona Liza” əsərini kölgədə qoyub. Onların üzlərinə təbəssüm yayan beyinlərində olan var-dövlətlərinin say-hesabıdır. Qadınlar körpə qığıltısını necə sevirsə,Azərbaycan məmurları da para xışıltısını elə sevir.Görməmişlər süni mayalanma yolu ilə qazandıqları var-dövlətlərini gecələr beşiyə qoyub yelləyir, laylalar, oxşamalar oxuyurlar:” Para dadı,bal dadı,para adamı aldadı.Beşikdəkinə mən qurban,bankdakı da bal dadı”.

 

 

 


Bir rəssam dostum inadla mübahisə edir ki,guya ən sirli təbəssüm Dmitri Medvedevin üzündə özünə yer eləyib. Amma insafən,prezidentlərdən ən dərin,yaddaqalan,dünyaya fora verən təbəssüm İlham Əliyevə aiddir. Sirli təbəssüm heç vaxt prezidentmizin üzündən əskik olmur.Ölkənin ən kritik anlarında da qəşəng-qəşəng gülümsəməyi, camaata təbəssüm bəxş etməyi, dərdləri unutdurmağı bacarır.Mən də İlham Əliyevə minnətdaram! Prezidentimizdən DƏRDə,problemlərə gülməyi öyrəndim: sayta yerləşdirilən qaşqabaqlı, qəmli şəkli təbəssüm dolu şəkillə əvəzləmək hər ölkənin dərdli vətəndaşına qismət olmaz.

 

 

 

P.S.Kaş qadasını aldığım Leonardo qağam sağ olaydı,başımı çiyninə qoyub çəkinmədən dərdlərimdən danışardım, yəqin ki, o da “Nidaq Liza”(Əzilən Qadın) adlı əsərini çəkmək haqda düşünərdi...

 

 

ÜÇ BEYNƏLXALQ TƏŞKİLAT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI BİRGƏ BƏYANAT VERİB

Mirzə Xəzər 18 May 2010

no comments


Beynəlxalq hüquq müdafiə təşkilatları – “Amnesty İnternational”, “Article 19” və “İnternational Pen” həbsdə olan jurnalist Eynulla Fətullayevin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun olaraq dərhal azadlığa buraxılmasını tələb edən birgə bəyanat yayıb. RATİ-nin məlumatına görə, təşkilatlar 2009-cu ilin dekabrında Eynulla Fətullayevə qarşı sürülən yeni ittihamları dayandırmağa çağırır: “Biz inanırıq ki, bu ittihamların hamısı jurnalisti susdurmaq üçün ortaya atılan saxta ittihamlardır. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin bir üzvü kimi məhkəmənin son qərarlarına riayət etmək öhdəliyi götürüb. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinin tələbidir”.


Məhbus jurnalist hazırda Qaradağ Rayon Məhkəməsində mühakimə olunur. 2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. Eynulla Fətullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.


Xocalıları təhqir etməkdə, terrorçuluqla hədələməkdə, milli, etnik, dini ədavəti qızışdırmaqda və vergidən yayınmaqda ittiham olunan Eynulla Fətullayev 2007-ci ildə Azərbaycan məhkəmələrinin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi bu il aprelin 22-də jurnalistin dərhal azadlığa buraxılması və ona 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan dövləti qərarla razılaşmır və məhkəmənin Böyük Palatasına şikayət verib.

"Media forum"

Əvvəlki məqalələr

Sonrakı məqalələr