Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

CUMHURİYYƏT BAYRAMI QEYD EDİLDİ

Mirzə Xəzər 28 May 2010

no comments

mamed

foto: "Yeni Musavat"

"...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar".


Bəli Məhəmməd Əmin əfəndi heç bir zaman şübhə etmirdi ki, Azərbaycan öz istiqlaliyyəti günəşinə qovuşacaq. Bu gün Novxanıya axışan cumhuriyyət aşiqləri şərqdə ilk demokratik cumhuriyyət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 92- ci illiyini qeyd etdilər.



Səhər saatları olmasına baxmayaraq Novxanıdakı M.Ə. Rəsulzadə parkında izdihamlı vəziyyət yaranmışdı. Ölkəmizdəki bir çox gənclər təşkilatı parkı ziyarət edib, ulu öndərin heykəli önünə tər qərənfillər qoydular. Daha sonra anım məraiminə qatılan Müsavat partiyasının başqanı İsa Qəmbər parka toplaşan kütlə qarşısında çıxış etdi.

isa2

foto: "Yeni Musavat"

Müsavat başqanı çıxışında bildirdi ki, Xalq Cumhuriyyətinin memarları olduqca ağır bir şəraitdə respublika qurublar: “Ulu öndər Məmməd Əmin Rəsulzadə və cumhuriyyətin digər memarları sübut etdilər ki, vətən ona rəhbərlik etmək üçün deyil, vətən onu qoruyub saxlamaq, inkişaf etdirmək üçündür. Onların zamanında Azərbaycann ərazi bütövlüyü qorunurdu. Ona görə də biz Rəsulzadənin və onun silahdaşlarının bizə əmanət etdiyi istiqlalımızı, müstəqilliyimizi qorumaqla yanaşı demokratiya ilə ölkəmizin müstəqilliyini gücləndirməliyik”.

Anım mərasiminə toplaşanlar daha sonra ulu öndərin kənd qəbirstanlığında uyuyan yaxınlarının məzarlarını ziyarət edib, ruhlarına dualar oxudular.


Fərahim İLQAROĞLU source: "Yeni Musavat" http://www.musavat.com/new/Son_xəbər/77662-CUMHURİYYƏT_BAYRAMI_QEYD_EDİLDİ_(FOTOLAR)

28 MAY MİLLİ BAYRAMINIZ MÜBARƏK OLSUN, ƏZİZ OXUCULAR!

Mirzə Xəzər 28 May 2010

no comments

MEResulzade%20(10)

MİLLİ BAYRAMINIZ MÜBARƏK OLSUN, ƏZİZ OXUCULAR!

 

Məlahət Ağacanqızı: TƏBİƏT uçmağa çağırır BİZi!

Mirzə Xəzər 26 May 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı

Telekanallarımız “qadınların kritik günləri” deyib, gün- güzərana dəxli olmayan məhsulları canfəşanlıqla o qədər reklam etdilər ki, Ana təbiətin kritik günləri başladı. Amma sarsaq reklamlar və çal-çağır gecə-gündüz davam edir. Ölkənin kritik durumuna göz yumub susanlar, arxa çevirənlər çoxdur: şairlər, yazıçılar, aşıqlar, müğənnilər...”Yıxılıb ekrana Zəlimxan qağa”mız haradadır? Nə əcəb sazlı–sözlü dəstəsini başına yığıb Kürü vəsf etmir? Kür fəxri ad, orden - medal, təqaüd verə bilmədiyinə görəmi təriflənmir? Bəlkə general Kür “SU çevrilişi” etdiyinə görə xalq şairlərinin diqqətini çəkmədi? Bəlkə Kür, Araz, Mil, Muğan... deyəni MTN-ə çağırıb sorğu - sual ediləcəklərindən qorxurlar? Axı cəsur Kür hökumətin üzünə tüpürmək üçün bəndləri vurub dağıdır. Ana TƏBİƏTin qüruru, hissləri ilə oynayanın altı islanar. Təbiətin texnikadan, rüşvətdən, haqsızlıqdan zəhləsi gedir .Ana təbiətin dahi övladı Kür demir ki, ona poema-dastan həsr olunsun, heykəli-büstü qoyulsun. Diyor ki, bundan sonra Zəlimxan qağa sazı köksünə basıb dınqıldatmasın, ayıbdır. Bilal Əliyev bir ağız “yaşa, Kürüm, yaşa...”oxusun. Niyə rəqqasələri, müğənniləri Kürün hüzuruna aparmırlar, amma səhərdən –axşama kimi prezidentin qabağında oynadırlar? Prezident bir yaltaq mahnıya, şeirə görə onlara ev, torpaq, medal bağışladığı üçünmü onu “çox istəyirlər?” Kür belə -belə analoqu olmayan iyrəncliklərdən bezib cuşa gəldi, qəzəbləndi, yüzlərlə evi, torpağı yararsız hala saldı, minlərlə insanı evsiz-eşiksiz qoydu. Məmurlar hisli-paslı müğənniləri parıldatmaq üçün Kürün boğazından kəsib onu lil, çamur içində qoyanda bilmirdilər ki, qisas qiyamətə qalmaz? Bu dəqiqə ölkədə Baş Ali Komandan cənab Kür Mil Muğanovdur...

Bir vaxtlar “təbiət ilhama çağırır məni” deyən şairlərin varisləri xalqı o qədər İLHAMlandırdı ki, artıq təbiət elliklə uçmağa çağır bizi. Bəli, biz artıq ZİYASIZlar ucbatından “yenə öz sürünü nizamla düzüb, yay kimi dartınıb, ox kimi süzüb” uçuruma baş alıb gedən ceyranlarıq, sel sularında üzən balıqlarıq. İnsan olmağımızdan iyrənib, quşa, balığa dönmək istəyən vətəndaşlarıq...


Düzdür, cənab Su bir çox yerləri ağına-qarasına, dilinə-dininə baxmadan vurub dağıdıb. Rusiyanın da bəzi şəhərlərini su basıb. Nə olsun! Heç veclərinə də deyil. Araq butulkalarını və” zakuska” larını götürüb su içində üzən evlərinin damında oturub “çastuşka” oxuyurlar. Millət isə onlara baxıb rep deyir : “nə qədər ki, Əliyev var, nə qədər ki, neft var –rus mujiki kef elə...” Qoy “mujiklər, serlər” kef eləsin, “şotu” Azərbaycan hökuməti ödəsin, KİŞİlər isə zindanlarda, qürbət diyarlarda, dərdli köşə yazmaqla çürüsünlər. Biz elliklə DƏRDə peyvənd olunmuşuq. Xəstəliklər, problemlər bizə vız gəlir. Camaatımız çətinliyə düşəndə, aclıq çəkəndə daha da dahiləşir, müdrikləşir: Yasamalda yaşayan bir tanış evinin üstündəki havanı satıb kef edir. “Hava sotu” ndan əldə etdiyi para ilə ev-eşiyini təmir edib və torpaq sahəsi də alıb. Söküb-tikmə işlərinin “baş memarı” Hacıbala Abutalıbov yəqin ki, bu “kəşf”dən xəbər tutan kimi “evrika” deyib havaya tullanacaq. Amma Bakının da su altında qalmasına az qalıb. Artıq Qız qalasının ən son qatında iki ayaq, bir ayaq üstə dayanmaq üçün milyonçular merə beh veriblər. Bəzi məmurlar bədən quruluşlarına görə çox xərcə düşüblər. Bakını su basanda AĞAları kiçik uçaqlar, helekopterlər Qız qalasının təpəsindən götürüb uzaqlara- adalara , QULları isə mələklər lap uzaqlara-göylərə aparacaq...


Uşaq vaxtı yuvalarına yem daşıyan, qışa azuqə tədarükü görən zəhmətkeş qarışqaları saatlarla müşahidə etməkdən böyük zövq alırdım. Qonşunun mənimlə yaşıd olan oğlu isə əlinə çəkic alıb qarışqaları əzərdi, üstlərinə qaynar su tökərdi. Mən ağlayardım, o isə gülərdi... Tam əminliklə deyə bilərəm: Azərbaycan məmurları uşaqlıqda balaca qızları ağlatmaq üçün yuvasına yem daşıyan qarışqaları çəkiclə əziblər, üstlərinə qaynar su töküblər...


Nənələrimiz arsızlara “ bu da lap eşşək kimi ... şaddır” deyərdilər. Ölkədə it yiyəsini tanımır, aləm qarışıb bir-birinə, amma bəziləri görməmişlər seçki dairələrindən şaddırlar. İstəyirlər ki, su içində üzən yaş seçici gələcək deputatının quru(lmuş) üzünü, adını tanısın. Eh, yəqin onlar da uşaqlıqda ağır çəkici, qaynar çayniki əllərindən qoymayıblar...


Əvvəlki məqalələr