Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

«Bədbəxt adam» hakimiyyətin sifarişilə hazırlanıb»

Mirzə Xəzər 13 Avq 2010

no comments


2010-08-13

Ramin DEKO


Miralim Bəhramov: «Mirşahinin Eynullanın jurnalist olmaması barədə fikri onun özünün peşəkarlığını şübhə altına alır»

“Azərbaycan xalqı siyasi məhbus Eynulla Fətullayevi milli qəhrəman Mübariz Ibrahimov qədər, bəlkə də ondan artıq sevir. Mirşahinkimilər ona min dəfə çirkab atsın. Artıq Azərbaycan xalqı kimin kim olduğunu çox gözəl bilir. ANS hakimiyyətin ehtiyat kanalıdır. Hakimiyyətdəkilər öz sözlərini mirşahinkimilərin dili ilə deyirlər”, - bu sözləri dünən Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun (RATI) mətbuat mərkəzində keçirilən toplantıda Miralim Bəhramov deyib.
Baş ofisi Isveçdə yerləşən Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının siyasi məhbusların hüquqlarını Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyinin təmsilçisi olan M.Bəhramov Mirşahin Ağayevin müəllifi olduğu “Bədbəxt adam” filminə etiraz etdiklərini açıqladı. Onun sözlərinə görə, bu film ölkənin azad düşüncəli, demokratik fikirli ictimaiyyətinin qəzəbinə səbəb olub: “Film ictimai qınağa məruz qalmalıdır. Bu cür qərəzli və açıq-aşkar sifarişli film özünü ”vicdanlı, qərəzsiz, obyektiv" adlandıran telekanalın devizinə ziddir. Telekanalın mövqeyi hələ xalqın mövqeyi demək deyil".


Onun fikrincə, Mirşahin hakimiyyətin sifarişi ilə bu filmi hazırlayıb: “Mirşahinin Eynulla Fətullayevin jurnalist olmaması barədə bəyanatı onun özünün peşəkarlığını şübhə altına alır. ANS telekanalını ictimai qınağa çəkmək lazımdır ki, növbəti dəfə adamları çaşdırmasınlar”.

M.Bəhramov təmsil etdiyi komitənin bəyanatını da elan edib: “Mirşahin Eynulla Fətullayevdən fərqli olaraq şəxsi maraqları naminə istedadını tamahının girovuna çevirib. ”Vicdanlı, qərəzsiz, obyektiv" devizi ilə işlədiklərini dəfələrlə təkrarlayan ANSçilərin fəaliyyətində, əslində müstəqillikdən əsər-əlamət qalmayıb. Proqramlarda ölkədə baş verənləri malalamaqla məşğul olan, xalqın ehtiyac içərisində boğulduğu bir vaxtda çal-çağırlı toylar kralından, meyxanalardan, cürbəcür əcaib verilişlərdən yorulmayan ANS təmsilçiləri Eynulla Fətullayevin nə vaxtsa kilsədə şam yandırmasını az qala dövləti cinayətə çevirirlər. Özünü jurnalist etikasına yaraşmayan formada aparan Mirşahin yaxşı bilir ki, hər hansı jurnalist tərəfindən kilsədə şam yandırılması heç də faciə deyil. Çünki jurnalistin əsas missiyalarından biri də xalqlar arasında sülh yaratmaq, qan tökmək yox, barışığa çağırışdır. Əsl faciə isə erməni qarışığı olanların ölkəyə rəhbərlik etməsi, rəsmi dövlət məmurlarının Irəvanda qol götürüb oynaması, harınlaşmış nazir qızlarının ermənilərlə eşqbazlıq etməsi, yüksək rütbəli vəzifə sahiblərinin ermənilərlə işbirliyi quraraq onlara taxıl, yanacaq satması, düşmənlərlə mütəmadi görüşərək xalqın mənafeyinə zidd əməllər törətməsidir. Xüsusi sifarişlə hazırlanmış bu bədnam verilişdə Eynulla Fətullayevin hüquqlarının müdafiə edilməsi də rişxəndlə qarşılanır, bu təmənnasız insanlara ləkə yaxılmağa çalışılır. Ilk baxışda Eynulla Fətullayevi, əslində isə həqiqəti müdafiə edən bu insanlar heç bir rejimdən qorxmayaraq, heç bir yala aldanmayaraq insani mövqe tutur, namərdlik yox, xalqımıza xas olan mərdlik nümayış etdirirlər. Biz, özünü müstəqil adlandıran, əslində isə hakimiyyətin əlində oyuncağa çevrilmiş televiziyaları, mətbuat orqanlarını tam obyektiv olmağa, vətənpərvər insanları isə ləyaqətli insan, cəsarətli jurnalist Eynulla Fətullayevi daha əzmlə müdafiə etməyə çağırırıq".


Komitənin həmsədri məhkum jurnalist Eynulla Fətullayevin hüquqlarını Müdafiə Komitəsinin fəaliyyətindən narazılığını da dilə gətirib: “Nəyə görə komitə filmlə bağlı münasibətini bildirməyib?”

"Azadlıq" qəzeti: http://azadliq.info/cemiyyet/2957.html

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Eynullanı haqsız tənqid edənlər kaş QADIN olaydılar!

Sonrakı məqalə: EYNULLA FƏTULLAYEV MİRŞAHİNƏ CAVAB YAZDI

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5187

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin