Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirzə Xəzər: Avtoritar rejimləri ən çox azad söz qorxudur

Mirzə Xəzər 08 Avq 2010

1 comment

mirze xezer 55-1-1

2010-08-07

Təhminə Paşayeva

Mirzə Xəzər: "Azərbaycanda mətbuat azadlığı olsaydı, jurnalistlər həbsxanalara atılmazdı"


«Azərbaycana qayıtmaram. Çağırılmamış qonaq vəziyyətinə düşmək niyyətində deyiləm. Ikinci dəfə belə vəziyyətə düşməyi qüruruma sığışdırmaram»

Avtoritar rejimləri ən çox söz azadlığı, azad söz qorxudur. Tanınmış jurnalist, “Amerikanın səsi” və “Azadlıq” radiolarının Azərbaycan bölməsinin keçmiş rəhbəri Mirzə Xəzər müsahibəsində belə deyib. Bununla yanaşı o, ölkədəki söz və mətbuat azadlığı sahəsindəki mövcud durumla bağlı fikirlərini də bildirib.


- Mirzə müəllim, əvvəlcə özünüz barədə qısaca məlumat verərdiniz. Harada yaşayırsızınız, indi nə işlə məşğulsunuz?
- 62 yaşım var. 36 ildir xaricdə yaşayıram. Evliyəm, üç uşağım var. Uşaqların ikisi Bakıda anadan olub. Hazırda Almaniyanın Münhen şəhərində ailəmlə birlikdə yaşayıram.
Məşğuliyyətimə gəlincə, əsasən saytımla məşğulam. Çox vaxt dincəlirəm. Başqa işim yoxdur.


- Bildiyimizə gorə, səhhətinizdə müəyyən problemlər olmuşdu. Keçmiş olsun, indi necəsiniz?
- Bəli, iki ay yarım xəstəxanada ağır günlər yaşadım. Indi tam yaxşılaşmamışam, babatam.


- Sonuncu dəfə Bakıya nə zaman gəlmisiniz?
- Sonuncu dəfə Bakıda 2004-cü ilin əvvəlində olmuşam. Dörd həftə qaldım və fevralın 13-də Bakını tərk etdim.


- Azərbaycana dönmək, burada fəaliyyət göstərmək istərdiniz?
- Xeyr, istəmərəm. Əvvəlcə dediyim kimi, mən 2004-cü ildə Bakıya, orada qalıb işləmək üçün gəlmişdim. Qəzet buraxmağa başladım. Lakin mənə xəbər göndərdilər ki, qəzeti bağlayım və dərhal Bakını tərk edim. Bu, açıq hədə-qorxu idi. Qorxduğum üçün yox, qüruruma sığışdırmadığım üçün Azərbaycanı tərk etdim. Çağırılmamış qonaq vəziyyətinə düşmək niyyətində deyiləm. Ikinci dəfə belə vəziyyətə düşməyi qüruruma sığışdırmaram.


- Ölkədəki söz azadlığı ilə bağlı fikirləriniz necədir?
- Azərbaycanda söz azadlığı çox aşağı səviyyədədir. Azərbaycanda avtoritar idarə üsulu mövcuddur. Avtoritar rejimləri ən çox söz azadlığı, azad söz qorxudur.

- Mirzə müəllim, Azərbaycan mediasını gəlişmiş media saymaq olarmı?
- Azərbaycan mediasının inkişaf etmiş peşəkar mediaya çevrilməsi üçün çox vaxt lazımdır. Azərbaycan mediası hələ öz inkişaf yolunu başa çatdıra bilməyib, yolun başlanğıcındadır.


- Sizcə, ölkəmizdə azad mətbuat var?
- Xeyr, Azərbaycanda azad mətbuat yoxdur. Azad mətbuat, mətbuat azadlığı olsaydı, jurnalistlər həbsxanalara atılmazdı. Sərbəst, sözün əsl mənasında azad və müstəqil mətbuat qeyri-demokratik ölkələrdə rejimin bir nömrəli düşməninə çevrilir. Bu üzdəndir ki, bu ölkələrdə mətbuatı cilovlamaq, onu bir mərkəzin nəzarətinə vermək üçün səy əsirgənmir.

- Maraqlıdır, Mirzə Xəzər Azərbaycanın hansı mətbu orqanlarının informasiyalarını, məqalələrini oxuyur?
- Əsasən internetdə səhifələri olan qəzetləri və agentliklərin məlumatlarını oxuyuram. “Mediaforum” saytını, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri də daxil, bir sıra mənbənin məlumat və məqalələrini oxuyuram.

- Azərbaycanda insan haqları ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda insan haqları sahəsində mövcud vəziyyət məni qətiyyən qane etmir.

- Indiki gənclərimizin əzmkarlığını necə qiymətləndirirsiniz? 1988-ci ildəki gəncliyimizlə indiki gəncliyimiz arasında nə kimi fərqlər var?
- Indiki gənclərin mübarizə ruhu artıq 17 ildir susdurulur, əzilir, boğulur. Gəncləri sındırmaq və onları itaətkar kütləyə çevirmək üçün güclü iş aparılır. Itatətkar kütləni idarə etmək çox asandır. Bu səbəbdəndir ki, demokratik ölkələrdə təhsil almış gənclərin də gözünü qorxutmaq və onları susudurmaq üçün Adnan Hacızadəni və Emin Millini həbsə atdılar. 1988-ci ildəki gənclik sovet sisteminin zülmünə meydan oxuyub meydanlara çıxırdı. Onları hərəkətə gətirən amil Qarabağ idi, milli ləyaqət idi.


- Mirzə Xəzər həm də bir hüquqşünas kimi Qarabağ probleminin sonunu görürmü? Siz nə təklif edərdiniz?
- Mən Qarabağ probleminin sonunu görmürəm. Qarabağ məsələsini həll etmək hakimiyyətdə olanların borcu və vəzifəsidir. Bu səbəbdən, mən heç bir təklif verə bilmərəm.

- Mirzə müəllim, məqalələrinizin birində maraqlı belə bir fikrə rast gəldim: “Qədir bilmək sənət deyil, mədəniyyətdir”. Azərbaycan xalqı üçün sizin çoxÿböyük xidmətləriniz olub. Bəs bu xalq sizin qiymətinizi bildimi?
- Bəli, xalq bildi. Amma Azərbaycanda xalq hakimiyyəti mövcud deyil. Meydanda əksəriyyəti (çoxluğu) təşkil edən, lakin iradəsi əlindən alınmış XALQ var, bir də XALQın iradəsini əlindən alıb hakimiyyət sürən azlıq. Azərbaycanda XALQın rəyi, XALQın iradəsi nəzərə alınmır. Hakimiyyətə sahib çıxanlar öz iradələrini xalqa qəbul etdirirlər. Məni unutdurmaq, adımı hər yerdən silmək üçün istər hakimiyyətdə, istərsə də hakimiyyət xaricində olan müəyyən qüvvələr və fərdlər əllərindən gələni edirlər. Mətbuat günü münasibətilə mənə elektron poçtla göndərilən bir məktubun müəllifi məhz bu haqsızlığı nəzərdə tutub yazırdı: “Bu gün Azərbaycan mətbuatında meydan sulayan istedadsız və cəsarətsiz paxıllar nə qədər Sizi unutdurmağa çalışsalar da, mümkün olmayacaq”. Kiminsə haqqını yemək təkcə ədadələtsizlik deyil, daha çox günahdır. Günahın altından çıxmaq isə olduqca çətindir.

- “Fitnənin anatomiyası, mərdliyin anatomiyası, namərdliyin anatomiyası” adlı yazınızdan çıxış edərək belə bir sual verim. Sizcə, Azərbaycanda bunlardan hansı daha çoxdur: Minnət edən, minnət götürən, yoxsa minnət qoyan?
- Azərbaycanda minnət qoyanlar çox güclü, amma az, minnət götürənlər isə gücsüz və çoxdur. Cəmiyyətdə mənəviyyat təhrif edilib. Mənəviyyatı təhrif edilmiş cəmiyyətdə namərdlik müsbət, mərdlik isə mənfi təzahür vəziyyətinə gəlir.

- Ölkəmizdə hansı sahədə, hansı rəngdə inqilab olmasının tərəfdarısınız?
- Inqilabın rəngi olmur. Zorakı inqilab olur və dinc inqilab olur. Mən dinc inqilabın tərəfdarıyam.


- Yenidən media məsələlərinə qayıdaq. Siz uzun müddət “Azadlıq” radiosunda da çalışmısınız. Çalışdığınız dövrdəki “Azadlıq” radiosu ilə indiki “Azadlıq” radiosunun arasında nə kimi fərqlər var?
- 2003-cü ildə radiodan ayrılandan bəri “Azadlıq” radiosuna qulaq asmamışam. Fikir yürüdə bilmərəm.

- Azərbaycanda yenidən çalışmaq üçün təklif gəlsə, qəbul edib, vətənə dönərsiniz?
- Qəbul etmərəm, vətənə qayıtmaram.

- Indi də keçək dostlara. Dostlarınız çoxdurmu? Azərbaycanda necə, dostlarınız varmı? Azərbaycandakı dostlar daha çox vəfalı çıxdı, yoxsa xaricdəki?
- Dostlarım var. Azərbaycanda da dostlarım var idi... Xaricdəki dostlarım vəfalı çıxdılar.

source: "Azadlıq" qəzeti http://azadliq.info/aktual/2844.html

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Mübariz İbrahimov sağ qala bilərdi

Sonrakı məqalə: Məlahət Ağacanqızı: Eynullanı haqsız tənqid edənlər kaş QADIN olaydılar!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5184

Şərhlər

(Cavab formasına keç)

  1. Məlahət 551 gün bundan əvvəl dedi

    Əziz Mirzə müəllim,Sizi “Azadlıq”da görmək çox xoş oldu.Vətəndən uzaqda olsanız da ,,Sizi sevənlərin qəlbində yaşayan dəyərli ZİYALIlardansınız.Uzun ayrılıqdan sonra yenidən mətbuata qayıtmağıma,yazmağıma,övladlarımla bərabər olmağıma görə Sizə minnətdaram!Əsl ZİYALInın şəfəq saçan işıqlı RUHu olur və onu söndürmək,unutdurmaq mümkün deyil.Saxta “ziyalılar”isə nə yaxında olmaları ,nə cild-cild kitabları ,nə tez-tez televiziya ekranlarında görünmələri,nə də orden-medallarının parıltısı ilə yadda qalmırlar,unudulurlar . Adım kimi əminəm ki,bir gün Sizi və Vətənə həsrət qalan bütün dəyərli Azərbaycan övladlarını bir yerə toplayan AZADLIQ GÜNÜ olacaq. Hörmətlə,Məlahət Ağacanqızı

Fikrinizi bildirin