Məlahət Ağacanqızı: Vurma cədvəlini bilməyən prezident
Bəlkə də, Heydər Əliyev oğlunun prezident olmasını istəməsəydi, səhvsiz dahi diktator kimi tarixdə qala bilərdi.Amma o,İlham Əliyevin nəinki prezident olmasını, həm də hakimiyyətdə uzun müddət qalması üçün plan də vəsiyyət edib getdi.Və bu, Heydər Əliyev siyasətinin ən böyük səhvi oldu. Misir Mərdanovun təhsilin başına açdığı oyunlar vəsiyyətnaməni kəlmə-kəlmə gözümüzün qabağında canlandırır: ”Çalışın ölkədə adamlar heç adlarını yaza bilməsinlər...” Artıq 4-5ilə təhsillə bağlı vəsiyyətə tam əməl olunacaq: imza
yerinə millət kütləvi halda mürəkkəbli “barmaqbasdı”ya keçəcək. Şərt deyil ki,həmin vəsiyyətnamə yazılı şəkildə əlimizin altında olsun və biz də köşə yazanda arada bəzi bəndlərindən istifadə edək.Şifahi şəkildə gördüyümüz “bəndlər” daha çoxdur və tutarlı dəlillərdir: nazir balalarının vəhşiliklərinə,harınlıqlarına göz yummaq, narkomaniyanın genişlənməsinə şərait yaratmaq,ağıllı insanları şərləyib həbs etmək,öldürmək,ölkədən didərgin salmaq, intiharlar üçün səbəbləri çoxaltmaq,qadınları xarici ölkələrə əxlaqsız
evlərə yollamaq, diplomları kartof-soğan kimi bazarlarda satmaq... və başqa eybəcərliklər gündən- günə niyə artır? Ona görə ki, prezident bütün bu eybəcər məxluqlar içində qüsursuz və savadlı görünsün.Görünür də! İlham Əliyevin nə vaxtsa etdiyi“ərköyünlüklər”,indiki məmur balalarının etdikləri yanında çox sönük görünür.Artıq bəziləri elə düşünür ki, prezidentin ətəyində namaz qılmaq olar.Adamlar məmur övladlarının harınlıq xəbərləri ilə tanış olduqca istər-istəməz Heydər Əliyevə rəhmət oxuyurlar:”Allah rəhmət
eləsin o kişiyə!O boyda ad –sanı ola-ola oğluna ayı kababı yedirtmədi...” Yeni harınlara elə gəlir ki,haram para hesabına kiminsə yemədiyini yemək,kiminsə geymədiyini geymək,kimnisə minmədiyini minmək hünərdir.Sanki ayı əti yeyən ayı kimi nərildəyə bilər və ya müğənniyə bahalı hədiyyə bağışlasa, “kişi” sayılar.Zavallılar,heç olmasa tez-tez getdiyiniz xarici ölkələrdəki milyonçuların nə yediyi,nə geydiyi ilə maraqlanın və yırtıcı heyvan həyatınızdan utanıb yerə girin! İspanaq yeməyi çox sevən türkiyəli iş adamı
Hasan Süzər,ispanağa olan sevgisinə görə onu qınayanlara deyirdi ki,”mən ispanağı xəsisliyimdən deyil,sevdiyimdən yeyirəm.Və yediyim ruhuma zövq, canıma xeyir verirsə,niyə ondan imtina etməliyəm?” 83 yaşında dünyasını dəyişən Hasan Süzər Türkiyədə ən məşhur hotel-muzey- “Pera Palas” ın sahibi idi. Hoteldə Atatürkün, Aqata Kristinin qaldığı otaqlar muzey kimi qorunur. Məktəblilər həmin otaqları pulsuz-parasız ziyarət edirlər...Bizdə isə hətta dövlət büdcəsində olan muzeylər də məktəbliləri pulsuz içəri buraxmır...
Ölkəni çapıb-talayan məmurları prezident fəxri ad,orden-medalla mükafatlandıranda ,belə qənatə gəlmək olur ki, İlham Əliyev heç vurma cədvəlini də bilmir.Əgər bilsəydi, bir dirək basdırmaq,bir ağac əkmək üçün xərclənən milyonların hesabını sorardı.Əslində o,hesablama apara bilsəydi, mükafat verdiklərinə ən ağır cəzaları verməli idi.Bilmir vurma cədvəlini,yəqin onun da öz hesabı,öz vurma cədvəli var.Ona görə də Heydər Əliyev zamanında gizlində oğurluq etməyə də qorxanlar,İlham Əliyev hakimiyyətində milyardları
açıq-aşkarda kisələrinə yığırlar,milyonları çəkinmədən göyə sovururlar.Yalnız pələng dərisi geymiş tülkü hökumətin ormanında qorxaq pişiklər ayı kababı yeyə bilər,bahalı yaxtanı oyuncaq kimi dənizə ata bilər...
Yırtıcı məmurlar vətəndaşları, xarici iş adamlarını soymaq üçün yarışa giriblər. Acgözlər türk iş adamı Hüseyn Arabulun nəinki ciblərini boşaltdılar,hətta dərisini soyub,ağzını tikib ölkəsinə yolladılar.Və cəlladlara elə gəldi ki,Hüseyn abi Türkiyəyə çatan kimi öləcək.Amma Allah-təladan cənab Arabula vəhy gəlib ki,”Cəhənnəm,Qır qazanı görmək istəyən Azərbaycana getsin”mövzusunda yüksək enerjili bir kitab yazsın.O da analoqu olmayan bir əsər yazıb: deyilənə görə , kitabın səhifələrini “AZERİ” məmurları çevirəndə
onları “tok” vuracaq...
Əvvəlki məqalə: O`Kamil: Hamısı istidəndi...
Sonrakı məqalə: GƏNCLƏR PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞ ETDİLƏR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5172
