Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: ZALIM ŞAHIN MƏMLƏKƏTİ

Mirzə Xəzər 07 İyn 2010

no comments

melahat2_839978572

Məlahət Ağacanqızı


Telekanallar küçələrdən tapılan körpələr haqqında qaynar xəbərlər yaymaqda sanki yarışa giriblər. Televiziya “Ailə-zorlama” məsləhətxanasına çevrilibsə, küçəyə atılan körpələr haqqında da məlumatlar verməlidirlər ki, tamaşaçılar daha yüksəkdən “nırç- nırç” edib hönkürsünlər. İndi tamaşaçını ailə münaqişəsi hadisələri ilə kim çox ağlada bilirsə, elə bilir ki, xeyirli iş görür. Ağıllandırmağı bacarmırlar, dəli etməkdən də əl çəkmirlər. Bəsdi də, zorla evlərə qeybətlə, dığ-dığla, zıqqıltı ilə girdiniz! Guya həmin dərdləri televiziyasız həll etmək üçün yer yoxdur? İnsanları sırtıqlaşdırmaq qəhrəmanlıq deyil axı. İndi çoxu evdə qəsdən dava salır, bir-birinin qulağını dişləyir ki, qonşular onu televiziyada görsün. Hətta unudulan şair və yazıçılar, deputatlar da yada düşmək üçün bıçaq, balta alırlar. ”Öpərəm, əzizlərəm” qafiyələri “kəsərəm, doğrayaram” ifadələri ilə əvəzlənib...


Buzovna zibilliyindən göbəyi düşməyən körpə haqqında xəbər yayılanda nitqi tutulan tamaşaçıya o da çatdırıldı ki, cəsur polislər həyatlarını təhlükə altına qoyub qorxulu cinayətkarları - körpənin ata-anasını axtarırlar. Dağa-daşa düşmək nəyə lazım? Körpənin atası qızmış bir məmur, anası isə bir tələbə qızdır...
Adətlərimizə görə körpəyə 40 gün içində ad qoyulmazsa böyüyəndə o, yalançı olar. Odur ki, dədə həkim körpənin qulağına üç dəfə “ soyadın Əliyev ,adın Əlyar” pıçıldayandan sonra ölkəni gələcək bəladan – bir yalançı vətəndaşdan xilas etmiş olub. Yəqin ki, uşağın atasının adını – Bakı , anasının adını- Buzovna, yazıblar. Nə qəşəng! Zibillikdən tapılan körpələrə çəkinmədən Əliyev soyadı verilirsə, demək bomjlardan da pis gündəyik. Artıq ata-analar “Heydər, İlham” adlarını körpələrinə qoymurlar. Doğma körpəsini 2-3 min manata, yad adı 50-100 manata almaq ən peşəkar yaltaq valideynə də sərf eləmir. Qabaq heç olmasa evdən, maşından verib valideynləri yola gətirə bilirdilər. İndi isə ata-analar üzə durub, “qoymuruq!” deyib hay-küy salırlar. Ona görə də həkimlər məcbur olub zibillikdən tapılan yiyəsiz körpələri xoşbəxt ad və soyadlarla şərəfləndirirlər. Bədbəxtlər neyləsinlər, onlar da yaltaqlıq planı verməlidirlər.


Üç-dörd ay əvvəl telekanallar Sumqayıtda İlham Əliyevin “İnternet klub”da bıçaqlandığını yayanda aləm bir-birinə dəymişdi. Sonra məlum olmuşdu ki, bıçaqlanan 17-18 yaşlı gəncmiş, ”nauşnik” i yerə saldığına görə bıçaqlanıb. Qanunların dəyəri olmayan ölkədə - fəxri ADlar da dəyərini itirər. Bu gün bir parça çörək üçün maşın şüşələrini silənlər, çəkisindən ağır yük daşıyanlar, ayaqqabı təmizləyənlər... 17,7 il əvvəl xoşbəxt ölkə vəd edən BAŞçıların adını daşıyırlar. Yazıqlar olsun bizə! Adın xoşbəxtliyinə inanan valideynlərə kiçik bir məsləhət: ”Heydər, İlham” adları ilə övladlarınız var-dövlət sahibi olmadı, bəlkə “Kəmaləddin, Ziya, Bəylər” adlarını sınaqdan keçirəsiniz? Onların var-dövlətindən, ağalığından beynəlxalq aləm danışır...

Hökumət vicdan məhbusu Eynulla Fətullayevə 25 min avro təzminat vermək üçün can çəkir, Avropa Məhkəməsini haqsızlıqda suçlayır, amma Avropanın erkəklərinə azəri qızını bəyəndirmək üçün ona 1 milyonluq don geyindirir. Avropanın diqqətini paltar parıltısı ilə cəlb etmək olmaz, onlar İNSANlıq parıltılarını sevirlər. Eynullanın VİCDAN parıltıları qarşısında 25 min avro nədir ki?! Uzağı müğənni əlcəyinin bir tayının parası. Yeri gəlmişkən, dünyada ən bahalı əlbisə Merlin Monro üçün tikilən paltar sayılır. Müğənninin birbaşa əynində tikilən, brilyant qaşlarla bəzədilən paltara sonradan auksionlarda 1 milyon dollar qiymət qoyulub. O da məşhur aktrisanın müəmmalı ölümünə görə elə bahalaşıb yəqin. Adi yolka lampoçkaları qoyulan paltar necə olub ki, bir milyon avroya başa gəlib? Bəlkə Azərbaycandan Oslaya Səfurə Əlizadənin donunu işıqlandırmaq üçün “Azərenerji” işıq ötürüb, ona görə? Elə də olsa, axı gərək 1 milyon avro etməyə idi, “osyol” deyilik, fikirləri özlərinə getməsin...
Haqq-ədalətdən yazan jurnalistlərin həbsinə, zibilliklərə körpələrin atılmasına, qadının ərinin cinsi orqanını kəsməsinə, ərin arvadının qulağını dişləyib qopartmasına, atanın qızını zorlamasına...heç kəs təəccüblənməsin: ZALIM ŞAHın məmləkətində insanlıqdan uzaq İŞlərin meydan sulaması normal sayılmalıdır...

Əvvəlki məqalə: Salam Mirzə Xəzər bəy

Sonrakı məqalə: Zamin Hacı: ZAMAN “AVTOŞLUĞU”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5165

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin