Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ÜÇ BEYNƏLXALQ TƏŞKİLAT EYNULLA FƏTULLAYEVLƏ BAĞLI BİRGƏ BƏYANAT VERİB

Mirzə Xəzər 18 May 2010

no comments


Beynəlxalq hüquq müdafiə təşkilatları – “Amnesty İnternational”, “Article 19” və “İnternational Pen” həbsdə olan jurnalist Eynulla Fətullayevin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun olaraq dərhal azadlığa buraxılmasını tələb edən birgə bəyanat yayıb. RATİ-nin məlumatına görə, təşkilatlar 2009-cu ilin dekabrında Eynulla Fətullayevə qarşı sürülən yeni ittihamları dayandırmağa çağırır: “Biz inanırıq ki, bu ittihamların hamısı jurnalisti susdurmaq üçün ortaya atılan saxta ittihamlardır. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin bir üzvü kimi məhkəmənin son qərarlarına riayət etmək öhdəliyi götürüb. Bu, Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinin tələbidir”.


Məhbus jurnalist hazırda Qaradağ Rayon Məhkəməsində mühakimə olunur. 2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. Eynulla Fətullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.


Xocalıları təhqir etməkdə, terrorçuluqla hədələməkdə, milli, etnik, dini ədavəti qızışdırmaqda və vergidən yayınmaqda ittiham olunan Eynulla Fətullayev 2007-ci ildə Azərbaycan məhkəmələrinin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi bu il aprelin 22-də jurnalistin dərhal azadlığa buraxılması və ona 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan dövləti qərarla razılaşmır və məhkəmənin Böyük Palatasına şikayət verib.

"Media forum"

Əvvəlki məqalə: Etibar Əliyev: İTİRDİYİMİZ MƏKTƏB

Sonrakı məqalə: Məlahət Ağacanqızı: “NİDAQ LİZA”-“ƏZİLƏN QADIN”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5144

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin