Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

HAKİMİYYƏTƏ ÇAĞIRIŞ: “EYNULLA FƏTULLAYEVİN HƏBSDƏ KEÇİRDİYİ HƏR GÜN BAKININ NÜFUZUNU DAHA DA SARSIDIR”

Mirzə Xəzər 15 May 2010

no comments

eynulla hebsxanada_1

Mərkəzi ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini məhbus jurnalist Eynulla Fətullayevi azadlığa buraxmağa çağırıb. “Turan”ın məlumatına görə, komitənin Avrasiya proqramının koordinatoru Nina Oqnyanova deyib: “Biz Azərbaycan hakimiyyətini Eynulla Fətullayevə qarşı yeni ittihamlara, Avropa İnsan Hüquqları Məhkəməsinin icrası məcburi olan qərarına qarşı etinasızlığa son qoymağa və jurnalisti birdəfəlik azad etməyə çağırırıq. Artıq bütün dünya bilir ki, bu proses jurnalistin həbsdə saxlanması məqsədi ilə təşkil edilmiş tamaşadır. Eynulla Fətullayevin həbsdə keçirdiyi hər gün Bakının beynəlxalq tərəfdaş kimi çoxdan korlanmış nüfuzunu daha da sarsıdır”.


Məhbus jurnalist hazırda Qaradağ Rayon Məhkəməsində mühakimə olunur. 2009-cu il dekabrın 29-da saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Ona Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) iş açılıb. Eynulla Fətullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.


Xocalıları təhqir etməkdə, terrorçuluqla hədələməkdə, milli, etnik, dini ədavəti qızışdırmaqda və vergidən yayınmaqda ittiham olunan Eynulla Fətullayev 2007-ci ildə Azərbaycan məhkəmələrinin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi bu il aprelin 22-də jurnalistin dərhal azadlığa buraxılması və ona 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan dövləti qərarla razılaşmır və məhkəmənin Böyük Palatasına şikayət verib.

"Media forum"

Əvvəlki məqalə: DAHA 3 AKSİYAÇI HƏBS CƏZASI ALDI

Sonrakı məqalə: Erling Borgenə DAK adından qılınc hədiyyə verildi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5140

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin