“Azadlıq”ın mitinqi: polis zorakılığı və həbslər
“Azadlıq” blokunun mitinqi başa çatıb. Nərimanov kinoteatrının qarşısına təyin olunan mitinq polis zorakılığı ilə dağıdılıb. Bununla belə aksiya baş tutub.
Yüzlərlə mitinq iştirakçısı “Azadlıq” və “İstefa” şüarları ilə aksiya yerinə doğru irəliləyib. Bu zaman polislər və mülki geyimli qoçular mitinqçilərə hücum edib. Polislə mitinqçilər arasında toqquşmalar baş verib.
Polis dəyənəklərdən istifadə edib, mitinqçilərdən bir neçəsinə xəsarət yetirib. Hətta qadınlara qarşı da kobud polis zorakılığı olub, polislər onları hadisə yerindən sürüyərək uzaqlaşdırıblar.
Toqquşmalar zamanı 100-dən çox saxlanılan olub. Onlardan bir çoxu ərazidən uzaqlaşdırıldıqdan sonra sərbəst buraxılıblar. 30 nəfərə yaxın mitinqçi isə polis bölmələrinə aparılıb. Onlardan 11 nəfəri məhkəməyə aparılıb, qalanları isə xəbərdarlıq edilərək sərbəst buraxılıblar.
source:"Azadlıq" qəzeti http://azadliq.info/sonanda/627.html
Əvvəlki məqalə: Aynur İmanova: TARİXİN YOL DAŞI
Sonrakı məqalə: DAHA 3 AKSİYAÇI HƏBS CƏZASI ALDI
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5138
