Azərbaycan xalqına və Azərbaycanda fəaliyyət göstərən bütün muxalif siyasi və sosial qurumlara müraciət
Əziz Həmvətənlər,
Demokratik Azerbaycanimizin var olacagina umidini itirmeyen, meqsedli umidsizliye qapilma tebligatina uymayan,- deyerli ve qiymetli Qardash ve Bacilarimiz,
Avropada təsis edilən Azərbaycanın Demokratik Konturları Komitəsi (CODA) Azərbaycan xalqına və Azərbaycanda fəaliyyət göstərən bütün muxalif siyasi və sosial qurumlara müraciət edərək, təəssüflə bildirir ki, son 17 il, bütün parameterlərə görə ölkəmiz facievi duruma salinmaqla, tariximize qara hərflərlə yazılıb. Ölkədə siyasi və sosial azadlıqlar faktiki olaraq yasaqlanıb, hətta vətəndaşların ilahi istedadına da amansizcasina məhdudiyyələr qoyulub.
Muasir dunyada xalqina mehebbet ve hormetle yanashan hökümətlər,- demokratiyanin; azad ,edaletli,şəffaf və həqiqi seçkilərin təminatı, əhali məşğulluğu və əmək şəraitinin yaxşılaşdırılması, lazımi sosial mudafiə, elm və təhsilin inkişafı, insanların ictimai həyatda fəal iştiraka cəlb edilməsi və stabil bir cəmiyyətin formalaşması istiqamətində fəaliyyət göstərir. Bundan əlavə demokratiyanin inkişafı və əhalinin siyasi fəallagının artırılmasınin dəstəklənməsi, dövlət idarəçiliyində hakimiyyət bölgüsü, müstəqil
məhkəmə hakimiyyetiin təşəkkülü, yerli özünüidarənin bərqərar olması, vətəndaşların faktiki olaraq geniş siyasi və iqtisadi hüqüq və azadlıqlara malik olması - müasir mutereqqi cəmiyyətlərin elementar atributlarıdır. Butun bunlar Azərbaycan ücün isə ,hazirda, əlçatmaz olaraq qalır.
Ölkəni korrupsioner hakimiyyət idarə edir. En dəhşətlisi odur ki, bu hakimiyyətin qurdugu total nəzarət şəbəkəsi nəticəsində Azərbaycan xalqi mövcüd hakimiyyətin bütün cinayətlərinin qebul etdirilməsinə məhküm edilmiş, xalq normal yaşamaq ugrunda mübarizə aparmaq kimi vacib haqqini tamamilə itirmək zoru ilə üz-üzə qalmışdır. Bu günkü reallıga etiraz edənlər dərhal vəhşilik texnaloqiyasının ən son nəaliyyətlərinin müşayəti ilə susdurulur, menevi ve fiziki mehve, en yaxşı halda isə, həbsxanalara atılır.
Ölkəmizin sosial və mənəvi varidati katostrofik dərəcədə itirilmiş, on illər ərzində fasiləsiz geriləməklə ugursuzluğa və məhrumiyyətlərə düçar olmuşdur. Bu gün həmvətənlərimizin yarısına qederi Vətəni, dozulmez səbəblərdən tərk etmiş, ölkə ziyalısi yaxşı halda xarici bazarlarda piçtaxta arxsında durmaga məhkum edilmiş, diger qismi movcud rejimn terifi ile meshgul olan xidmetchilerine chevrilmishdir.
Bizi daha çox həyacanlandıran isə ölkədəki mövcüd diktator rejiminə qarşı əhalimizin sakit tərzdə nümayiş etdirdiyi dozum, bigenalik ve ruh dushgunluyudur. Belə münasibət olkəmizin gələcəyini şübhə altına qoyur, gələcək nəsillərimizi yoxsulluq, xaos, digər ölkələrdən iqtisadi, maliyə və siyasi asılılığa sürükləyir.
2009-cu ilin payizında Azərbaycan Demokratik Cebhesi nezdinde Azerbaycanin Konturları Komitəsi ve Azerbaycanimizin geleceyine xidmete hazirlanan Kolge kabineti tesis edilmişdir. Azərbaycanda dayanmadan geniş, həqiqi demokratik islahatların vacibliyinı önə çəkən komitemiz, Qərbin demokratik dairələri tərəfindən dəstəklənir. CODA-nin İdarə Şurasında 5 nəfər təmsil olunur. Amsterdam Universitetinin professoru Mient-Jan Фабер, Belqiya Federal Palatasinin fəxri uzvü Жорж Клерфейт, İsveçrə Parlamentinin üzvu, Azərbaycanda
yaxşı tanınan Андреас Qросс, seçki məsələləri uzrə tanınmış beynəlxalq müşahidəçi Hanneke Gelderblom teshkilatimizda məsləhətçi statusuna malikdir. Butovlukde Nederland Kralliginin Klingendael Beynelxalq elaqeler inistitu ,teshkilatimiza elmi, praktik, menevi yardimda ishtirakchi olmaga hazir oldugunu beyan etmishdir. CODA Azərbaycanın demokratik ruhlu aparici siyasətchiləri və ekspertləri ilə əməkdaşlıga üstünlük verir. Bu gün CODA Avropada məskunlaşan və burada təhsil alan çoxsaylı Azərbaycanlilarin nümayəndələri
ilə əhatə olunmuşdur.
CODA bu ilin payizinda Nederland kralliginin Haaqa sheherinde, Ümumdünya Forumu Konqres-Mərkəzində keçiriləcək “Azərbaycanin demokratiya konturları” mövzusunda beynəlxalq konfransinin teshkili istiqametinde qerarini heyata kechirtmekdedir.
Biz, Azərbaycanın demokratik gələcəyi ilə bağlı siyasi partiyalarin liderlerini, jurnalistleri ,vetendash cemiyyetinin numayendelerini, bu sahelerde ekspertleri, diskusiya ve debatlara ozunu hazır sayan heqiqi veten ve xalq severleri konfransda iştirak etməkdən ötrü qeydiyyatdan keçməyə dəvət edirik. Yuxarida deyilenleri nezere alaraq, CODA -Azərbaycanda demokratik islahatların keçirilməsində maraqlı olan bütün qüvvələri əməkdaşlığa chagirir.
CODA-nin idare heyyeti adindan,
CODA-nin sedri, Tjeerd Bandringa
DAC-in icrachi katibi Ali Hacili
Haaqa 14 april 2010
Əvvəlki məqalə: “Çağrılmamış qonaqlar” “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının təqdimat mərasimi
Sonrakı məqalə: Azərbaycanın mutərəqqi gəncliyinə Muraciət
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5132
