“Çağrılmamış qonaqlar” “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının təqdimat mərasimi
“Çağrılmamış qonaqlar” “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının təqdimat mərasimində
və ya: Soros fondunun maliyyələşdirdiyi “Milli Azlıqlar (MA) barədə tolerant nağıllar”
6 may 2010-ci il tarixdə, saat 12-oo – 13-oo-də Media Mərkəzində Azərbaycanın tanınmış alim-jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dosenti Nəsiman Yaqublunun müəllifliyi və redaktorluğu ilə “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının (Bakı, 96 səh.) təqdimat mərasimi keçirildi.
“Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin məsul redaktoru kimi, mən, və tanınmış Azərbaycan və Talış şairi, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Əli Nasir bu tədbirdə iştirak etməyə qərar verdik. Zala daxil olarkən orada (sonradan öyrəndiyimiz kimi) BDU-nun Jurnalistika fakültəsinin bir qrup tələbələrinin olduğunu müşahidə etdik.
Təxminən 12-10-də, N.Yaqublu BDU-nun bir neçə alim-müəllimi ilə birgə zala daxil oldular. Müəllif və qonaqlar bir neçə dəqiqə bu yeni mövzu və ölkəmizdə Milli Azlıqlara olan tolerant münasibətlər barədə danışdılar. Bir xanım-dosent isə bildirdi ki, “bu gün ölkəmizdə hamının yalnız Qarabağ probleminin həlli barədə düşünməyinin vacibliyi məqamında müəllifin Milli Azlıqlar barədə belə kitabı ərsəyə gətirməsi ölkəmizdə bu azlıqlara necə yüksək tolerant münasibətlərin bəsləndiyini bir daha sübut edir”.
Nəsiman müəllimin təxminən 20 dəqiqə davam edən bu təqdimat mərasiminə yekun vermək qərarını görüb, şair Əli Nasir ondan söz istədi və müəllifin izniylə nitqinə başladı: Nəsiman bəy, bu gün ölkəmizin mövcud mürəkkəb ictimai-siyasi dövründə Milli Azlıqlar barədə belə bir kitabı ərsəyə gətirməyiniz doğrudan da boyük “risq” olub, alqışlanmalıdır. Amma, biz çalışmalıyıq ki, kitabda yazılan və burada deyilən “tolerantlıq” sözdə yox, əməldə özünü göstərsin. Nəzərə alaraq ki burada tələbələr də iştirak edir, bilavasitə belə “tolerantlıqla” bağlı başıma gələn bir hadisəni Sizə də nəql etmək istəyirəm. Bir neçə il öncə, 50 illik yubileyim münasibətilə AzTV-də mənə həsr edilmiş bir saatlıq verlişi hazırlayan rejisoru öz doğma ana dilinə and verdim ki, o proqramda talışca bəstələdiyim və sözlərinin də müəllifi olduğum mahnının bir bəndinin ifası üçün mənə heç olmasa iki dəqiqəlik vaxt versin. Həmin verlişə 1000 $ pulu da sərf etməyimin bir məqsıdi o iki dəqiqəlik məqamı görmək arzusu idi. Rejissor söz verdi. Amma verliş efirə gedərkən, o iki dəqiqə efirdən silinmişdi. Yubiley gecəmdə xeyli məyus oldum: yəni, öz ana diliylə yanaşı, 5 kitabı da Azərbaycan tükcəsində nəşr etdirmiş və Qarabağ faciəsi barədə ürək ağrısıyla böyük bir poemanı qələmə alan şairin öz ana dilində Azərbaycan televiziyasında iki dəqiqə danışmağa mənəvi haqqı yox idi?!”
Nəsiman Yaqublu şairin sözünü kəsdi. O, bu kəlmələrlə nitqini yekunlaşdırdı: əziz tələbələr, əziz övladlarım, ilk öncə Sizə müraciət edirəm ki, gələcəkdə öz müəlliminizin işini davam etdirərkən, formal, nəyinsə xətrinə deyil, ixlasla, real və obyektiv əsaslarla bu xalqların dərd-sərlərindən yazasınız, axı biz hamımız yalnız bu halda birgə və gücli olarıq”.
N.Yaqublu Əli Nasirə minnətdarlıq edib getmək istəyərkən, mən də ondan 2 dəqiqəlik söz istədim. Zalda yığışan tələbələrin də xaişini nəzərə alaraq, mənə söz verildi. Əvəlla müəllifə mən də minnətdarlığımı bildirməklə yanaşı, bəzi qeyd və iradlarımı də bildirdim: Nəsiman müəllim, təssüflənirəm ki, bu kitaba Milli Azlıqlarla bağlı çox cüzi və bəzi qeyri-korrekt məlumatlar daxil edilib. Axı, Milli azlıqların mətbuatı 1992-nə qədər də - 1930-1939, 1988-1992 illərdə də nəşr edilib. Halbuki kitabınızda məsələn, “Tolışi Sədo”nun yalnız 1992 və 1993-ci ildəki bəzi nüsxələri barədə məlumatlar verilb. Oxucu da elə düşünər ki, 1993-dən sonra bu qəzet nəşr edilməyib. Axı, hamınız yaxşı bilirsiniz ki, haqsız olaraq zindana atılmış və orada min bir zülmlə şəhid olmuş prof. Novruzəli müəllim bu qəzetin redaktoru olub. Heç olmasa onun redaktorluğu ilə nəşr edilən qəzetlərdən bir-ikisini də kitaba daxil etmək olardı...”.
Nəsiman müəllim vaxtımın bitdiyini bildirsə də, nitqimi bu sözlərlə yekunlaşdırdım: Siz Milli Azlıqlar barədə kitabın təqdimaq mərasimini keşirdirsiniz, amma “çağrılmamış qonaq” kimi təsadüfən buraya gələn biz- talışlardan başqa, digər xalqların nümayəndələrindən heç biri iştirak etmirlər. Kitabınızda ləzgilərin “Samur” qəzeti barədə “gen-bol” yazılır, amma, uzun illərdən bəri onun redaktoru olan Sədaqət Kərimovanı heç üzdən belə tanımadığınızı bildirirsiniz...Belə də “tolerantlıq” olar?!”
Təxminən 12-45-də tədbir yekunlaşdı. Şəhid Novruzəli müəllimin vəfatından sonra nəşr etdirdiyimiz “Tolışi Sədo”nun növbəti nüsxələrini müəllifə və qonaqlara payladıq və onlara tövsiyyə etdik ki, gələcəkdə belə kitabları yalnız Sorosun maliyyə yardımına görə yox, jurnalist peşələrinə, vətəndaşlıq borclarına müvafiq olaraq yazsınlar.
Dr. Hilal Məmmədov., hüquq müdafiəçisi.
Əvvəlki məqalə: Seymur Həziyev: İlham Əliyevin “Gül bayramı” və qanlı matəm
Sonrakı məqalə: Azərbaycan xalqına və Azərbaycanda fəaliyyət göstərən bütün muxalif siyasi və sosial qurumlara müraciət
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5116