Hatəm Əsədov: Ağır otur, batman gəl"! Atalar kəlamı və gül bayramı
Hatəm Əsədov Azərbaycanda Demokratiya ugrunda siyasi cəmiyyətin idarə heyyətinin üzvüdür.
Düz üç gün zəhmətkeşlərimiz kef çəkdilər. Bir YAP-çının dediyi kimi: Dünya bizə həsəd apardı. Nə az-nə çox düz 1,5 milyon gül gətirildi Bakıya. Keçmiş Lenin-indiki Heydər Əliyev sarayının qarşısında Ginnesin Rekordlar kitabına növbəti imzamızı atdıq. Növbəti ona görə ki, ötən il 650 min təzə iş yeri açmaqla ilk rekordumuzu yazmışdıq. Dünyada analoqu olmayan birinciliklər əldə etməkdəyik. Əslində biz birinci olmağa, rekordlar təzələməyə lap çoxdan adət etmişik. Yadınıza salın, Heydər Əliyev birinci katib olarkən,
Azərbaycan dalbadal Moskvadan keçici bayraqlar alırdı.
15 müttəfiq respublikanın arasında birinci olmağımız üçün zəhmətkeşlərimiz səhərdən-axşama tarlalarda, plantasiyalarda, zavod və fabriklərdə heyvan kimi işlədilirdi. Az qala hər bir zəhmətkeşimizin yaxasında "Sosializm yarışının qalibi" və ya "Kommunist əməyi zərbəçisi" döş nişanı parlayırdı. Bu bayraqlar, nişanlar və orden-medallar Azərbaycanı guya qabaqcıl ölkəyə çevirirdi. Sözdə hikmətə fikir verin: "Qabaqcıl Azərbaycan"! "Qabaqcıl Azərbaycan"da insanlar İnsan kimi yaşamaq haqqından məhrum olmuşdu. Zəruri
qida maddələri belə əldə etmək üçün zəhmətkeşlərimiz qabaqcıl yox, keçici bayraqlarının sayı bizimkindən az olan, obrazlı ifadə etsək "dalcıl" Ermənistanın, Gürcüstanın və Rusiyanın mağazalarının qapılarını kəsdirirdilər.
Yadınızdadır da, hər dəfə Kremlin keçici bayrağına layiq görüləndə, Lenin sarayında təntənəli mərasim və möhtəşəm bayram konserti düzənlənirdi. Kommunizmi, Lenini tərənnüm edən nitqlər, şeirlər, mahnılar biri-birini əvəzləyirdi... Bunlar keçmişdə qaldı. İndi müstəqil Azərbaycanın sükanı oğul Əliyevin əlindədir və etiraf etmək gərəkdir ki, onun imkanları bütün aspektlərdən atasının imkanlarından qat-qat artıqdır. Ata Əliyevin başının üzərində daim Kreml qılıncı dururdu. Oğul Əliyevsə tam sərbəstdir. Nə Moskvaya
hesabat verir, nə də başqa birisinə. Könlündən keçəni gerçəkləşdirir.
Bir qaydadır, neftin fontan vurduğu ölkələrin padşahları xəzinəyə sel kimi axan milyardları insan ağlına yerləşməyən işlərə sərf edirlər. İçərisində hovuzu, hərəmxanası olan milyard dollarlıq təyyarələr sifariş verirlər, 7 ulduz otellər, 40 otaqlı villalar tikdirirlər.Varis də onlardan biri kimi rekordlar yazmaqdadır. Bu yaxinlarda ,Vashinqton Post , qazetinin yazdigina gore Ilham Eliyev Dubayda oglu ücün 74 milyon dollar deyerinde emlak almishdir. Körpülərin inşasına ayrılan astronomik miqdarlar, yolların çəkilişinə
və təmirinə sərf olunan pullar rekordlar kitabının qızıl səhifələridir. Keçdiyi yolların sağ-solundakı yaşayış evlərinin, inzibati binaların eksteryerinin bahalı üzlüklərlə bəzədilməsinə ayrılmış vəsaitləri də rekord hesab etməyə dəyər. Bir-iki il əvvəl AZAL konserni üçün alınmış yanğınsöndürənə az qala bir təyyarənin dəyəri qədər para ödəmişdilər. Bu da özünəməxsus bir rekord idi.
"Heydər Əliyev Fondu" üçün nəzərdə tutulmuş vəsait, "ulu öndər"in ölkə boyu ucaldılmış heykəllərinə sərf edilmiş milyonlar, əcnəbi gimnastlar, voleybolçular, futbolçular üçün ayrılmış pullar, daha nələr, nələr... Mayda gül bayramı da keçirdik, üstəlik "ellər atası"nın 86 illiyinə 1,5 milyon gül gətizdirdik. Xalqın cibindən oğurlanan pulların hesabına milyonlarla dolları, manatı gül alınmasına sərf etdik. Seher icra hakimiyyeti tekce Hollandiyadan 450,000 qizil zanbaq növleri alib, müxtəlif ölkələrdən ən bahalı
gül növləri gətirdik. Hətta Heydar Əliyev adina qizili bənövsheyi gülde yetishdirdik. Atəşfəşanlıq da etdik, səhərə kimi oxuyub-oynadıq da.
Nəticəsi nə oldu? Nə dəyişdi? Ağlımız artdımı, ehtiyac içində yaşayanlarımızın qarınları doydumu, yetim uşaqların başına sığal çəkildimi? Biri yüngüllük edəndə, özünü gözə soxanda, yersiz bir hərəkət sərgiləyəndə "maygülü olma" deyə irad tuturlar. Utanmaq hissindən məhrumlar barədə daha çox işlədirlər maygülü sözünü. Maygülü, yəni may gülü kimi qısa ömürlü. Televiziyadan gül bayramlarındakı mənzərələri seyr etdikcə, maygülü diaqnozunun nə qədər dəqiq qoyulduğuna heyran oldum.
Hansı günümüzə bayram edirik, deyin biz də bilək. Stepanakerti Xankəndini azad etdikmi? Xocalınınn intiqamını aldıqmı? Erməni əsirliyindəki torpaqlarımızı, qız-gəlinimizi qurtardıqmı? Bəlkə İrəvana bayraq sancmışıq? Nədir bunun adı? Nədir bu ucuz şouların anlamı?
Bu sırf maygülülükdür ki var, qardaş. Biz vətəni və dövləti yaralanmış bir millətik. Bizə maygülülük yaraşmır, bizə hərb yaraşır. Bu milləti gül bayramlarından, şoulardan əvvəl vətənin yaralarını sağaltmalıdır. Axı hər bir azərbaycanlının qəlbində vətən nisgili var. Nisgilli kişi də qol götürüb oynayanda maygülü olur. Bəlkə belə deyil? Bəlkə başqa bir adı var bunun? Varsa, deyin. Yoxdursa, düşünün. Kim razılaşmasa, bir hava çaldırıb oynasın.
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: MÜHARİBƏYƏ HƏRBSİZ HAZIRLIQ
Sonrakı məqalə: QALX AYAĞA, VƏTƏNDAŞ, DÜŞMƏN ƏLİNDƏ ŞUŞA!..
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5109

Bu yazida yazilanlarla tam raziyam. Ne yazig ki,bizler buraxdigimiz sehvlerden netice cixara bilmirik. Hemishe xalgin adindan danishiblar. Amma xalgdan hec ne sorushmayiblar. Bu gun Sovet dovrundeki kimi idare olunur Azerbayacan. Gonshumuz Gurcuistan geder de ola bilmirik. Amma umudlu olag ki, bunun da bir sonu olacag. Teki xalgin mubarizlik ezmi girilmasin. Bu yazinin muellifleri Mirze Xezer ve Hatem Esedova TSK bildirirem. Yorulmayasiniz.
Bu yazida yazilanlarla tam raziyam. Ne yazig ki,bizler buraxdigimiz sehvlerden netice cixara bilmirik. Hemishe xalgin adindan danishiblar. Amma xalgdan hec ne sorushmayiblar. Bu gun Sovet dovrundeki kimi idare olunur Azerbayacan. Gonshumuz Gurcuistan geder de ola bilmirik. Amma umudlu olag ki, bunun da bir sonu olacag. Teki xalgin mubarizlik ezmi girilmasin. Bu yazinin muellifleri Mirze Xezer ve Hatem Esedova TSK bildirirem. Yorulmayasiniz.