Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

MİRZƏ XƏZƏRİN MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

Mirzə Xəzər 03 May 2010

1 comment

arzu

Arzu Səmədbəyli

 

 

Source: Yeni Musavat

 

 

 

 

 

 

 

Arzu Səmədbəyli: “Azərbaycan üçün böyük işlər görmüş bir adama qarşı bu cür haqsızlıq yolverilməzdir”

 

 


Bir müddət Almaniyanın Münhen şəhərində müalicə olunan “Azadlıq” və “Amerikanın səsi” radioları Azərbaycan bürolarının keçmiş rəhbəri Mirzə Xəzər Azərbaycandan küsüb. Onun “Mediaforim”a son müsahibəsi bu qənaətə gəlməyə əsas verir. M.Xəzər deyib ki, bir neçə jurnalistdən başqa Azərbaycandan onunla maraqlanan olmayıb.

 

 

 

Sonuncu dəfə 2004-cü ilin yanvarında Bakıya gəldiyini, fevralın 13-də qayıtdığını deyən M.Xəzər Azərbaycana gəlməyi planlaşdırmadığını da etiraf edib: “Nə üçün gəlim? O vaxt orda olanda qəzet açmışdım, onun buraxılışı ilə məşğul idim. Bir gün gəlib dedilər ki, qəzeti bağla, özün də Azərbaycanı tərk elə. Düzü, bilmədim bu mesaj kimdən gəlib, amma sonra mənə dedilər ki, bu, ciddi xəbərdarlıq imiş. Ona görə də çıxıb getdim. İndi qayıdıb nə edəcəm? 2004-cü ildə gələndə bir ayın içində dörd dəfə yatmağa yer dəyişdim. İndi gəlib orda 8-9 yerdə yatmayacam ki...”
Maraqlıdır, M.Xəzərdən Azərbaycanı tərk etməyi tələb edən kim olub? XİN-in mətbuat katibi Elxan Poluxov dedi ki, bu barədə onda hər hansı məlumat yoxdur.
Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəyli M.Xəzərin səhhətindəki problemlərə biganə olmadığını deyib ona Allahdan şəfa dilədi: “Təbii ki, biz Mirzə Xəzərin fəaliyyətini yüksək qiymətləndiririk. Onun Azərbaycanda tanınmasının ən pik nöqtəsi 90-cı illərdə oldu. O zaman bütün xalq ən doğru xəbərləri yalnız “Azadlıq” radiosundan alırdı. Mirzə o dövrdən bu xalqın sevimlisinə çevrildi. Xalqın səsinin boğulduğu günlərdə o, həmişə Azərbaycan xalqının haqq səsini dünyaya yayıb. Azərbaycanın dövlətçiliyinin qorunmasında da böyük xidmətləri olub”.

 

 

 

A.Səmədbəyli M.Xəzərin incik salınmasını hakimiyyətin davranışları ilə izah edir: “Təbii ki, onu hakimiyyət ölkədən çıxarıb. O, ölkədəki narazılıq dalğasını efir vasitəsilə dünyaya yayırdı. Sonra da qəzet açmaq istəyib ki, buna da imkan verməyiblər. Əslində bu həqiqətləri 6 il əvvəl açsaydı, daha yaxşı olardı. Görünür, indi lazım bilib və deyib. Ancaq bu məsələyə laqeyd qala bilmərik. Bu, azad sözün boğulmasıdır. Azərbaycan üçün böyük işlər görmüş bir adama qarşı bu cür haqsızlıq yolverilməzdir və təbii ki, bunun izahatı verilməlidir. Biz bu məsələni parlamentdə qaldıracağıq”.

 

 


1990-cı ildə AXC fəallarından olmuş Etibar Məmmədovun həbsini daim gündəmdə saxlayan M.Xəzər AMİP liderinin yadına düşübmü? Bununla bağlı müraciət etdikdə E.Məmmədov dedi ki, M.Xəzərin səhhətindəki problemlərdən xəbərsiz olub: “Ona münasibətim çox yaxşıdır. Amma vəziyyətindən xəbərsiz olduğum üçün əlaqə saxlamamışam. Koordinatlarını tapıb onu axtaracağam”.

 

 


ELŞAD

 

Əvvəlki məqalə: Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...

Sonrakı məqalə: Mirze salam!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5098

Şərhlər

(Cavab formasına keç)

  1. huseyn 648 gün bundan əvvəl dedi

    Menim ucun 5 nefer eziz ve hormetlidirse onlardan biri Mirze Xezerdir. Mirze Xezere hormetim o qeder boyukdur ki,onun adi cekilende demeye soz tapa bilmirem. Allah Mirze Xezeri onu sevenlere cox gormesin.

Fikrinizi bildirin