Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

NEFT AKADEMİYASI ƏTRAFINDA GƏNCLƏRLƏ POLİS ARASINDA GƏRGİNLİK YAŞANIR

Mirzə Xəzər 30 Apr 2010

1 comment

ADNA%201

“Media forum” saytı xəbər verir ki, aprelin 30-u səhər tezdən polis qüvvələri Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasını tam nəzarətə götürüb. Məqsəd gənclərin burda keçirmək istədiyi anım mərasiminin qarşısını almaqdır.


Məlum olduğu kimi, ölkənin bəzi gənclər qurumu, müstəqil gənclər 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorun ildönümünü yad edəcəklərini açıqlayıblar. 30 Aprel Terror Qurbanlarını Anım Komitəsi aprelin 29-da bəyan edib ki, gənclər aprelin 30-da metronun “28 May” stansiyasının qarşısında toplaşacaqlar və Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasının qarşısınadək dinc yürüş keçirəcəklər. Gənclər bildiriblər ki, onlar anım mərasiminin siyasiləşdirilməsinin əleyhinədirlər, ona görə də mərasimdə heç bir şüar, plakat olmayacaq.

“Media forum”un məlumatına görə, 2010-cu il aprelin 30-u səhər saatlarından Azərbaycan Dövlət Neft Akademiyasının, başqa ali təhsil müəssisələrinin tələbələri əllərində gül, əklil akademiyanın 2-ci tədris binasına yaxınlaşmaq istəyir. Ancaq əksəri mülki geyimdə olan polis qüvvələri buna imkan vermir. Gənclər polislərə bildirirlər ki, onlar hər hansı etiraz aksiyası keçirmirlər, sadəcə olaraq vaxtilə terrorun baş verdiyi tədris binasının önünə gül dəstələri, əklillər qoymaq fikrindədirlər. Ancaq polis bu arqumentləri qəbul etmir, hətta polisin tələbi ilə yaxınlıqdakı bir sıra mağazaların da qapısı bağlanıb. Hazırda vəziyyət elə bu qaydada davam edir, gənclərlə polis arasında mübahisələr səngimir.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da “Makarov” tipli tapanca və külli miqdarda patronlarla silahlanmış Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olub, birinci mərtəbədən 6-cı mərtəbəyədək qalxaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan Fərda Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.



"Media Forum"

Əvvəlki məqalə: 30 Aprel Terror Qurbanlarını Anım Komitəsi vətəndaşları bir il əvvəl baş vermiş terror qurbanlarının xatirəsini yad etməyə çağırır

Sonrakı məqalə: GƏNCLƏR ŞÜAR SƏSLƏNDİRİR, HİMN OXUYUR və 28 MAY KÜÇƏSİ İLƏ YÜRÜŞ KEÇİRİRLƏR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5092

Şərhlər

(Cavab formasına keç)

  1. hüseynəli 752 gün bundan əvvəl dedi

    Mülki geyimdə “polis” funksiyasını yerinə yetirənlər əslində gənclərə qarşı terror edənlərlə əlbir olanlar, o terrorçuların müdafiəçiləridir.. Ölənlərimizin ruhunu yad etməyə qoymayanlar insanlıqdan uzaq vəhşi heyvanlardır. Allah onlara lənət etsin! Köklərini kəssin! O cürə namussuz yolla qazandıqları pul, yedikləri azərbaycan çörəyi gözlərindən gəlsin! Amin!

Fikrinizi bildirin