GƏNCLƏR ŞÜAR SƏSLƏNDİRİR, HİMN OXUYUR və 28 MAY KÜÇƏSİ İLƏ YÜRÜŞ KEÇİRİRLƏR
2010-04-30 - 14:15:00
“Media forum” saytı xəbər verir ki, paytaxtın Cəfər Cabbarlı meydanından Azərbaycan Dövlət Neft Akademiyasının binasına doğru yürüş etməyə cəhd göstərən, ancaq buna nail olmayan gənclərin bir hissəsi Səməd Vurğun bağında toplaşıb.
Onlar “Terrora yox!”, “30 aprel anılsın!” şüarlarını səsləndirməyə, Azərbaycanın dövlət himnini oxumağa və 28 May küçəsi ilə (metronun “Sahil” stansiyası istiqamətində) yürüşə çıxmağa başlayıblar. Polis gənclərin 28 May küçəsindən yuxarı, Dövlət Neft Akademiyasının binasına tərəf dönməsinə imkan vermir.
Azərbaycan Dövlət Neft Akademiyasının binası önünə düzmək istədikləri qərənfillərin bəzisini gənclər təmirə dayanan “Bakı” mehmanxanasının önünə qoyublar.
Polis Dövlət Neft Akademiyasına gedən bütün yolları bağlayıb.
«Media forum»
Əvvəlki məqalə: NEFT AKADEMİYASI ƏTRAFINDA GƏNCLƏRLƏ POLİS ARASINDA GƏRGİNLİK YAŞANIR
Sonrakı məqalə: TURAL ABBASLIYA 10 SUTKA HƏBS VERİLİB
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5093
