Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“AZADLIQ” BLOKUNUN PİKETİ: TUTULANLAR VAR

Mirzə Xəzər 26 Apr 2010

no comments

azad

 

 

 

 

 

 

 


“Azadlıq” blokunun aprelin 26-sı Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirmək istədiyi aksiya başlamamış polis əməkdaşları AXCP sədrinin müavini Nurəddin Məmmədlini və “Bizim yol” qəzetinin müxbiri Əfqan Muxtarlını saxlayıb.

 

 

Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov “Media forum” saytına bildirib ki, bu şəxslərin hara aparıldığı bəlli deyil: “Onların hər ikisini “İçərişəhər” metrostansiyasının qarşısında tutublar. Əldə olunan digər xəbər odur ki, daha dörd nəfər Nəsimi Rayon Polis İdarəsinə aparılıb. Onlardan biri cəbhəçi Ramiz Əhədovdur. O, mobil telefonla zəng vurub özünün və digərlərinin idarəyə gətirildiyini dedi. Digərlərinin adını deməyə polis imkan vermədi”.

 

 


H.Kərimov bu gün saat 11-də Bakı Şəhər Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə görüşdüyünü deyib: “Söhbətimiz 15 dəqiqə çəkdi. Mənə bildirdi ki, Bakıda dünya dini liderlərinin sammiti keçirilir, aksiyanın keçirilməsindən imtina edək. Amma mən aksiya keçirməkdə israrlı olduğumuzu dedim. O da nəyin bahasına olur-olsun aksiyanın qarşısını alacağını dedi. Hər ikimiz mövqelərimizdə qaldıq və ayrıldıq”.

 

 

Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu “Azadlıq” blokunun piketinin əsas tələbi sərbəst toplaşmaq azadlığının təmin olunması və aksiyalara icazə verilməsidir.

 

 


«Media forum»

Əvvəlki məqalə: Xalqı günahkar saymaq olarmı... ?

Sonrakı məqalə: MƏHBUS BLOQÇU EMİN MİLLİNİN ATASI YATAQDAN QALXIB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5087

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin