Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Xalqı günahkar saymaq olarmı... ?

Mirzə Xəzər 25 Apr 2010

no comments

Intiqam


Intiqam Məmmədov

Xalqı günahkar saymaq olarmı... ?
Heç eşitmisiniz ki sadə insanlar şöhrətin dalıyca qaçsınlar ?
Və yaxutda düymuşsunuzmuki, mürəkkəb təbiətli vəzifə insanları hanşısa bir yaxşılıgı təmannasız etsinlər ?
Bes heç görmüşsünüzki, sadə insanlar mürəkkəb vasitələrlə qazanc əldə edə bilsinlər ? Əlbətdə heç vaxt ola bilməz, çünki onların acizliyindən deyil sadəcə həyata təbii baxışlarindan irəli gəlmələrindəndir.
İndi cəmiyyətimizdə baş verən bu və, bu kimi məsələlərlə baglı fikirlərimi açıq şəkildə sizə bildirməyə qərarlıyam.
Çox istərdim ki, baş verən bu kimi hadisələrin çözümü cəmiyyətin gündəmdə olsun .
Məsələn : TV ekranlarından yayımlanan bir çox verlişlər bir növ milləti şöhrətə dogru aparmaqdadir desəm yanılmaram. İstər siyasətdə və mədəniyyətdə, istərsə də idmanda, eləcə də başqa sahələrdə şöhrətpərəstliyin mürəkkəb izləri, artıq bütün ölkəni, vəzifə məmurlarınadan tutmuş özlərini tanıtmaq meyilləri olanlara qədər bir çox vasitələrlə iri addımlarla irəliləyir.
Sizcə bu, cəmiyyətin Avtoretarlaşmasından totalitarlaşmasına gedən bir yolda demokratikləşmənin qarşısını almaga olan cəhd deyilmi ? Məncə bu kimi hadisələr, cəmiyyətdə kütləni acizləşməyə dogru aparan bir yoldur və eləcədə milləti passiv kütlə olaraq kölələşməyə gətirib çixarır .
Sadə kütlə indiki zamanda aktiv mübarizədən ona görə çəkinir ki, önündə mürəkkəb, eləcə də hiyləgər rejim dayanır və milləti hər bir yolla istər fiziki, istərsə də polis, prakrorluq, məhkəmə yolu ilə qorxudur. Bu gün Azərbaycan TV-efirlərini özlərinə yaraşan təzdə ekranlaşmaları və aktual problemlərin çözülməsinə yer ayırmamalarının milləti daha da kütləşməyə dogru apardığını hamımız görür və duyuruq. Dogrusunu desəm millətin bütün bu neqativ hallara, gedən bütün bu proseslərə dözməsinə, bunları qəbul etməsinə sadəcə olaraq çaşqınlıq deyərdim. Ona görə ki millət sosial durumunun hayındadır. Ancaq sabah ailəsini neçə dolandıracağını düşünür, çörək pulunu haradan və necə tapacağını
fikirləşir.
Elə indiki hakimiyyətin istədiyi də budur. Yəni millət lal, kar,kor olsun.

Ancaq bizim olkədən kənar Avropada mərkəzi ölkələrindən biri Alman dovləti və xalqı, öz ölkələrində yarana biləcək problemləri öncədən hiss edir və onu tez bir zamanda çözməyə çalışırlar. Ona görə ki ölkələrini o qədər dərin məhəbbətlə sevərək qulluq edirlər ki, hətta gələcək nəsillərinə eyni tərzi öyrədir, cənnət yaradır və başqa olkələrə nümunə göstərirlər.

Bizim olkədə isə hakimiyyət nəinki bu problemlərin qarşısını almaqla, , hətta problemlərin günü – gündən daha da çoxalması ilə məşğul olduğunu desəm heç də yanılmaram.
Bu iki olkələrin insanları arasındakı sadə və mürəkkb xüsusiyyətlərin fərqinə baxdıgıqda cox böyük məsafənin oldugunu aydın şəkildə görə bilərik.
Burada insanlar sadə olduqları qədər mürəkkəb görünsələr də təbii xüsusiyyətlərilə, şöhrətə də sadə yanaşırlar. Əsasetibarilə ölkələrində əmək və zəkanı üstün tutuqlarına görə xalq xəşbəxtliyin dadını duyur. Məncə Milləti və Dövləti gözəlləşdirən də elə budur, onların sadə və səmimi olmalarıdır.
Bu arada əsasən onu qeyd etmək istərdim, bizim millətin qanından və canından gələn bir çox isti münasibətlər vardır ki, bəlkə də o, bir cox millətlərdə yox dərəcəsindədir. Amma onun səmərəliyi ölkəyə və xalqa o zaman dəyə bilər ki, millətin milli idialogiyası olmaqla bərabər, qanunun aliliyinə əməl olunsun. Eləcə də vəzifəsindən asılı olmayaraq rejim xalqın hörmət və etimadını qazansın.
Amma nə yazıq ki bunlar yoxdur.
Ölkədə qanunların aliliyinin həyata keçirilməsinin çərçivəsində yaşayışın olmaması, sadə kütləni zorla kölə halına salmaqa xidmət edir, eləcə də təbii yaşamaga deyil, yaltaqlıga, məddaqlıga, satqnlıga və bu kimi üzdəniraq hallara gətirib çıxarır .
Cəmiyyətdə insanlara qarşı qarayaxmaları, bohtanları, sayı bilinməyən yalanları, müxtəlif cinayətləri öyrədən və onu həyata keçirməyə məcbur edənlər, görən kimlərdir ? Və sayca nüfüzü böyük olmayan Quzey Azərbaycanın gələcəyinə qarşı edilən bu kimi mənfi əməllərin haradan və kimlər tərəfindən heyata kecirmələrinin məqsədləri görən nədən ibarətdir ? Bu nadürüstlərə imkan verənlərin günahkarı sizlər deyil, bizlər də deylık . O zaman kim və ya da kimlərdir ? Bu sorguya cavab tapmaq çətin oldugu qədər də asandır. Bu çətinliklə asanliq, xeirlə şər qardaş oldugu qədər yaxındır. Məncə 1 il oncə Neft Akademyasında baş verən hadisəilə, bu il tekrar gül bayramının keşirilməsi eyni vaxtda qeyd olunması arasında, müammalı suala, xeyirlə şərin qardaş oldugu qədərini, yaxın günlərdə xalqın nəticə çıxalmasını isterdim.

Əvvəlki məqalə: Pərviz Cəbrayıl: İLHAM ƏMİ, UŞAQLARI İTƏLƏMƏ!

Sonrakı məqalə: “AZADLIQ” BLOKUNUN PİKETİ: TUTULANLAR VAR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5085

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin