MÜSAVATÇI GƏNCLƏR 2 MİN NƏFƏRİN İŞTİRAKI İLƏ MİTİNQ KEÇİRMƏK QƏRARINA GƏLİBLƏR
Müsavat Partiyasının Gənclər Təşkilatı Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktının ildönümü ilə əlaqədar aprelin 30-da saat 13.00-dan 15.00-dək Cəfər Cabbarlı meydanında mitinq keçirmək qərarına gəlib.
Müsavat Partiyasından verilən “Media forum” saytına məlumata görə, mitinqdə 2 min nəfərin iştirakı nəzərdə tutulur və “30 aprel tələbələr günü elan edilsin!”, “ADNA-da terror qurbanlarına xatirə abidəsi ucaldılsın!” şüarlarını səsləndirmək planlaşdırılır.
Aksiyanın təşkilatçıları məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova xəbərdarlıq məktubu göndəriblər.
«Media forum»
Əvvəlki məqalə: VAŞİNQTONDA AZƏRBAYCANLA BAĞLI FORUM: “İLHAM ƏLİYEVƏ TƏZYİQ GÖSTƏRMƏKDƏ DAVAM ETMƏLİYİK”
Sonrakı məqalə: Məlahət Ağacanqızı: PREZİDENTİN SON NƏFƏSİNDƏ DEDİYİ SÖZ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5081
