Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

VAŞİNQTONDA AZƏRBAYCANLA BAĞLI FORUM: “İLHAM ƏLİYEVƏ TƏZYİQ GÖSTƏRMƏKDƏ DAVAM ETMƏLİYİK”

Mirzə Xəzər 17 Apr 2010

no comments


Vaşinqtonda “Çatlamış dayaq: Amerika-Azərbaycan münasibətlərində demokratiya” mövzusunda forum keçirilib. “Turan”ın məlumatına görə, aprelin 16-da Con Hopkins Universiteti və “Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” (AZAD) təşkilatının düzənlədiyi forumda keçmiş rəsmilər, analitiklər, ekspertlər və jurnalistlər iştirak edib. Forum iştirakçıları ABŞ xarici siyasətinin prioritet istiqaməti kimi Azərbaycanda demokratiyanın dəstəklənməsi məsələsini qaldırıblar.


“Azərbaycanda demokratiya və söz azadlığı bundan sonra da təzyiq altında qalsa, vəziyyət nəzarətdən çıxa və xoşagəlməz istiqamətdə inkişaf edə bilər”. ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer çıxışında belə deyib.


Kramerin fikrincə, Azərbaycan hakimiyyəti beynəlxalq ictimaiyyətin azadlıq və demokratiya məsələləri ilə bağlı çağırışlarına məhəl qoymur: “Biz QHT-lər haqqında qanunun ləğvi, həbsdə saxlanılan jurnalistlərin azad edilməsi və bağlanmış radiostansiyaların yayımının bərpası məqsədilə İlham Əliyevə təzyiq göstərməkdə davam etməliyik. Mən Buş administrasiyasında Dövlət Departamentinin nümayəndəsi qismində Bakıda olarkən bunu edirdim. Hər dəfə demokratiya haqqında məsələ qaldırılanda Azərbaycan hakimiyyəti Qarabağ mövzusundan istifadə edərək beynəlxalq ictimaiyyəti ikili standartlarda günahlandırırdı. Bu, normal deyil. Azərbaycanda demokratik mətbuatın dəstəklənməsi və inkişafı davam etməlidir”.


“Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatının Vaşinqtondakı nümayəndəsi Klotild De Kloz deyib ki, 2007-ci ildən sonra Azərbaycan hakimiyyəti mətbuatın vəziyyəti ilə bağlı hər hansı dialoqdan imtina edir: “Bizim nümayəndələrimiz gedəndə rəsmilərdən heç kim onlarla görüşmək istəmir”.


De Kloz Azərbaycanın mətbuat azadlığının vəziyyətinə görə dünyanın 155 ölkəsi arasında 148-ci yeri tutduğunu bildirib. Həbsdə olan jurnalist Eynulla Fətullayev və bloqçular Adnan Hacızadə ilə Emin Millinin işinə toxunan təşkilat nümayəndəsi onlara qarşı ittihamları “nonsens” adlandırıb: “Onlara qarşı ittihamlar, xüsusən Fətullayevə qarşı yeni ittiham - narkotik saxlamaq ittihamı uydurmadır”.

“Sərhədsiz reportyorlar”ın nümayəndəsi hakimiyyəti jurnalist Elmar Hüseynovun 2005-ci ildə törədilmiş qətli ilə bağlı araşdırma aparmamaqda günahlandırıb.

Forum iştirakçıları Azərbaycan mətbuatına yardım göstərilməsi yolları haqqında məsələni müzakirə ediblər. De Kloz təklif edib ki, ABŞ öz radiostansiyalarının yayımının bərpası üzrə səylərlə kifayətlənməsin, yerli KİV-lərə və vətəndaş cəmiyyətinə yardımı da gücləndirsin.

AZAD nümayəndələri ABŞ-ı Azərbaycanda demokratiya məsələlərinə münasibətdə daha sərt mövqe tutmağa çağırıblar. Azərbaycan rəsmilərinə qarşı sanksiyalar çıxarmaq, onların ABŞ-dakı bank hesablarını dondurmaq təklif olunub.


"Media Forum"

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Deputat olmaq 10 yaşdan olsun!

Sonrakı məqalə: MÜSAVATÇI GƏNCLƏR 2 MİN NƏFƏRİN İŞTİRAKI İLƏ MİTİNQ KEÇİRMƏK QƏRARINA GƏLİBLƏR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5080

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin