MÜSAVATIN PİKETİNİ GENERAL DAĞIITDI
Aksiyada xeyli partiya fəalı həbs edilib
Bu gün saat 12-də Müsavat Partyiyasının fəalları “İçərişəhər” metrostansiyasının qarşısında Bakı Şəhər İcra Hakimiyyətinin insanların sərbəst toplaşma hüququnu pozmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya 3-4 dəqiqə çəkib. Piketçilər "Azadlıq" və "Müsavat" şüarları səsləndiriblər. Əvvəlcədən bu məkanda səfərbər olunmuş polis qüvvələri hücum edərək aksiya iştirakçılarını dağıtmağa, həbs etməyə başlayıblar.
Hadisə yerində olan əməkdaşımız Leyla İlqarın sözlərinə görə, polislər piketin qətnaməsini oxumağa imkan verməyiblər və təxminən 47 nəfəri həbs ediblər. Onların arasında qadınlar da olub. Mikroavtobuslara v' patrul maşınlarına mindirilmiş aksiya iştirakçılarının əsasən Səbayel Rayon Polis İdarəsinin 8-ci bölməsinə aparıldığı barədə məlumat var.
Əməkdaşımızın sözlərinə görə, həbs edilənlər arasında Müsavat başqanının müavini Tofiq Yaqublu, eləcə də rayon təşkilatlarının sədri də olub. Müsavatın gənclər təşkilatının üzvüi Əhəd Məmmədli polisləri fiziki təzyiqinə məruz qalıb. Onu döyüblər.
L.İlqarın bildirdiyinə görə, aksiyanın qarşısını almağa gəlmiş polislərə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev başçılıq edib. Daha sonra piketin keçirildiyi nahiyəyə “millət vəkilləri Pənah Hüseyn, İkram İsrafil və Arzu Səmədbəyli gəliblər. Onlar və Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı Yaşar Əliyevlə danışaraq, həbs olunanların tezliklə azad olunmasının vacib olduğunu bildiriblər.
A.Hacılı “Media forum” saytına bildirib ki, onların qarşısını Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis general-mayoru Yaşar Əliyev özü kəsib.
Danışıqlardan sonra Y.Əliyev hadisə yerinə toplaşan jurnalistlərə açıqlamasında Müsavat deputat qrupu üzvlərinin və partiyanın Mərkəzi İcra Aparatı rəhbərinin saxlanılaraq meriyanın binası istiqamətinə buraxılmadığını təkzib edib. “Media forum” saytının məlumatına görə, Y.Əliyev jurnalistlərə bildirib ki, o, sözügedən şəxslərlə sadəcə söhbət aparıb və həmin söhbət zamanı partiyanın piketlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi cavabı xatırladıb: “Mən izah etdim ki, Bakının 11 rayonunda kütləvi aksiyalar üçün yerlər ayrılıb. İstənilən vaxt müraciət edib orda aksiya keçirə bilərlər”.
Tutulanlara gəlincə, Y.Əliyev 6-7 nəfərin polisin tələbinə tabe olmadığına görə saxlandığını bildirib və tutulanların sayının 46 nəfər olması barədə deyilənləri təkzib edib: “Burda heç 46 nəfər vardı ki... Yalanı heç olmasa bu boyda etməyin!”
Y.Əliyev saxlanılanların Səbail rayon 8-ci polis bölməsinə aparıldığını, onlarla bağlı bölmədə araşdırma getdiyini söyləyib.
Hadisə yerinə polislərin əksərinin nəyə görə mülki geyimdə gəlməsinə dair suala cavab olaraq Y.Əliev deyib ki, polisin hamısı uniformada olmamalıdır.
Mülki geyimli polislərin jurnalistlərin çəkiliş aparmasına mane olması, həm də bu zaman özlərini təqdim etməmələri məsələsinə reaksiya verərkən Y.Əliyev jurnalistlərə mane olunduğunu qəti inkar edib. Onun sözlərinə görə, əgər hansısa jurnalist məhdudiyyətlə qarşılaşıbsa, bu yəqin ki, jurnalistin öz günahı ucbatından olub.
Mülki geyimli polislərin özlərini təqdim etməməsinə gəldikdə, Y.Əliyev qeyd edib ki, adam çox olan yerdə bəzən belə
Müsavat yetkililəri aksiyanın prinsipcə baş tutduğunu, partiyanın qarşısına qoyduğu məqsədə çatdığını, BŞİH-ə etirazın öz ünvanına çatdığını bildirirlər.
musavat.com http://www.musavat.com/new/Son_xəbər/74563-MÜSAVATIN_PİKETİNİ_GENERAL_DAĞIITDI
Əvvəlki məqalə: İKİ BEYNƏLXALQ QURUM AZƏRBAYCANDAKI ÜÇ MƏHBUSLA BAĞLI BƏYANATLAR VERİB
Sonrakı məqalə: Neft Akademiyasındakı terrorun iştirakçıları, yoxsa qurbanları?
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5077
