Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Media Forum: MİRZƏ XƏZƏR MÜALİCƏSİNİ EVDƏ DAVAM ETDİRİR

Mirzə Xəzər 30 Mar 2010

no comments




“Yazı-pozu adamları üçün sakit, işsiz dayanmaq çox çətindir. Xüsusən də beyində mövzular bir-birini qovursa... Amma öz yazılarımla oxucularımın görüşünə gələcəm”. “Azadlıq” və “Amerikanın səsi” radiolarının Azərbaycan bürolarının keçmiş rəhbəri Mirzə Xəzər “Media forum”a açıqlamasında 2009-cu ilin sonlarından səhhətində baş vermiş nasazlığın hələ də qaldığını, hazırda müalicəsini evdə davam etdirdiyini deyib.


Astma xəstəliyinin kəskinləşməsi səbəbindən 2009-cu il dekabrın 10-da Münhen xəstəxanasına yerləşdirilən M.Xəzər yanvarın 20-də burda əməliyyat olunub. Onun öd kisəsi götürülüb. Həmin gündən M.Xəzər süni tənəffüs aparatı vasitəsilə nəfəs alıb və yatılı vəziyyətdə olub. O, fevral ayında müalicəsini Almaniyada sanatoriyada davam etdirib.


M.Xəzər evdə fizioterapiya müalicəsi aldığını deyib: “Mütəxəssis evə gəlir. Yəqin ki, iki-üç həftəyə enerjimi tam bərpa edəcəyəm”.


O, fevral ayının sonlarında sanatoriyadan döndükdən sonra “Mirzexezerinsesi.net” ünvanlı saytının işləmədiyini bildirib: “Sayt tamamilə açılmırdı. Bunu araşdırmaq məqsədilə server xidmətinə müraciət elədim. Bundan sonra saytın fəaliyyəti bərpa olundu”.


M.Xəzər saytla bağlı texniki problemin hələ ona izah edilmədiyini deyib: “Mən bilmirəm, bu müddət ərzində sayt niyə işləməyib. Amma arxivə heç bir ziyan dəyməyib. Martın 5-dən yenidən saytın fəaliyyətini bərpa edə bildim”.


Mirzə Xəzər (Mikayılov Mirzə Kərim oğlu) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində doğulub. 1974-cü ildə SSRİ-dən İsrailə mühacirət edib. 1985-87-ci illərdə “Amerikanın səsi” radiosunun, 1987-2003-cü illərdə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına rəhbərlik edib. Hazırda Almaniyada yaşayır.

«Media forum»

Əvvəlki məqalə: Sultan Laçın: DAVAM EDİR SOYQIRIM!..

Sonrakı məqalə: Eziz Mirze bey

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5067

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin