Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“AMNESTY İNTERNATİONAL” EYNULLA FƏTULLAYEVİN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMƏYƏ ÇAĞIRIB

Mirzə Xəzər 25 Mar 2010

no comments

eynulla hebs


“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı müraciət yayaraq həbsdə olan jurnalist Eynulla Fətullayevin həyatına təhlükə olduğunu vurğulayıb. Açıqlamada martın 17-də jurnalistin atasına anonim zəng daxil olduğu, mətbuata açıqlamalarını dayandırmayacağı halda oğlunun öldürüləcəyi xəbərdarlığı edildiyi əksini tapır: “Bu, jurnalistin həmkarı Elmar Hüseynovun qətlində hakimiyyətin əli olması haqda bəyanatından sonra Fətullayevlər ailəsinə daxil olan ilk telefon hədəsi deyil”.

“Turan”ın məlumatına görə, təşkilat beynəlxalq ictimaiyyəti prezident İlham Əliyevdən, daxili işlər nazirindən, Azərbaycan ombudsmanından jurnalisitn özünün və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını tələb etməyə çağırıb.


“Amnesty İnternational” hesab edir ki, Eynulla Fətullayev 2007-ci ildə saxta ittihamlar əsasında həbs edilib: “Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin şikayətinə baxmalı olduğu ərəfədə Fətullayevə qarşı təxribat törədilib. Həbsxanada jurnalistin əşyaları içində heroin aşkarlanıb və ona qarşı yeni cinayət işi başlanıb. Jurnalistin yaxınları əmindirlər ki, bu təxribat Avropa məhkəməsinin qərarı ilə Fətullayevin azad edilməsinə imkan verməmək üçün bilərəkdən törədilib”.


«Media forum»

Əvvəlki məqalə: Axhsaminiz xeyir olsun eziz Mirza muallim!

Sonrakı məqalə: Mirze muellim

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5061

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin