“MEDİA FORUM” SAYTI HÜCUMA MƏRUZ QALIB
2010-03-18 - 15:51:00
Hörmətli oxucular!
Martın 17-də və 18-də “Media forum” saytına kəskin haker hücumu olub. Nəticədə saytda bir sıra problemlər yaranıb, saytın strukturuna və materiallara müdaxilələr edilib. Sayt bölmələrinin ana səhifəsinin sağ küncündəki düzümü dəyişdirilib, “Müzakirə” adlı qara rəngdə naməlum bölmə yaradılıb. Martın 18-də günorta saatlarında isə saytın əsas hissəsi olan “Xəbərlər” bölməsi tamamilə dağıdılıb. Nəticədə “Media forum” saytının “Xəbərlər” bölməsi tamamilə yoxa çıxıb, bir müddət bu bölməyə material yerləşdirmək, bölmənin arxivinə daxil olmaq mümkün olmayıb. “Xəbərlər” bölməsi dağıdılanadək ana səhifədə yerləşdirilmiş xəbərlərə isə toxunulmayıb.
Hazırda haker hücumunun qarşısını almaq üçün təcili tədbirlər görülür. Saat 15:30 radələrində “Xəbərlər” bölməsi bərpa edilib, bundan bir qədər əvvəl isə “Müzakirə” adlı qara rəngli naməlum bölmə götürülüb. Hazırda bir sıra problemlər qalmaqdadır, onların həllinə cəhdlər göstərilir.
Oxuculardan “Media forum” saytında, onun materiallarında hər hansı şübhəli, qəribə dəyişikliklər müşahidə etdikdə bu barədə saytın elektron poçtuna (info@mediaforum.az) yazmalarını və ya redaksiyaya zəng etməklə məlumat vermələrini (+994 12 434 71 02 / 03 / 04 / 05) xahiş edirik.
Media Forum
Əvvəlki məqalə: Müxalifət İlham Əliyevi istefaya çağırır
Sonrakı məqalə: AZƏRBAYCANLI FƏALLAR ACLIQ AKSİYASINI DAVAM ETDİRİR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5048