Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İnkişaf edən ölkədə 700 min ac olmur

Mirzə Xəzər 18 Mar 2010

no comments

Hökumətin 2009-cu il hesabatı absurddur

Azərbaycan hökuməti 2009-cu ilin yekunlarıyla bağlı parlamentə hesabat təqdim edib. Sadə dillə desək, hesabatda ölkədə mövcud durumun qənaətbəxş və sosial-iqtisadi vəziyyətin yaxşı olduğu bildirilib. Əslində, Azərbaycanda hər hansı yöndə müsbət durumdan danışmaq yanlışlıqdır. Bunun bariz nümunəsi insanların hazırkı yaşam səviyyəsidir. Aydın şəkildə bunu görmək üçünsə uzağa getməyib kağızlardan, quru-standart hesabatlardan ayrılmaq və təğyiri-libas olub xalqın içinə girmək kifayətdir.
Ölkənin müxalifət düşərgəsinə mesaj olan sözügedən hesabatı qarşı tərəfin necə qəbul etdiyini öyrənmək istədik. Öncə üz tutduğumuz Nurəddin Məmmədli (AXCP sədrinin müavini) oldu.
Nurəddin bəyin fikrincə, baş nazir quru rəqəmlərlə, reallığı əks etdirməyən, əksəriyyəti pripiska xarakterli faktlar sadalamaqla hökumətin hesabatını təqdim etməyə çalışıb. Bunları Azərbaycan idarəçiliyinə xas olan xüsusiyyətlər adlandıran həmsöhbətimiz reallığın tamamilə kənarda qaldığını dedi: “Azərbaycanda işsizliyin çox olduğu, makroiqtisadi göstəricilərin arxasında reallığın dayanmadığı bir vəziyyətdə əhalinin mövcud sosial durumuna diqqət edək. Bütün bunları nəzərdən keçirəndə hökumətin təqdimatını normal hesabat kimi qəbul etmək mümkün deyil”.
Əvəz Temirxanın (ALP sədr əvəzi) məsələyə münasibəti isə çox konkret oldu. Əvəz bəy sualımızı yerindəcə sualla qarşıladı: “Vəziyyət yaxşıdırsa, niyə BMT 700 min nəfərə yaxın aclıq çəkən azərbaycanlıya ərzaq yardımı etmək proqramını həyata keçirməyi planlaşdırır?”. Müsahibimizin fikrincə, inkişaf edən ölkədə 700 min nəfər ac olmur. Yəni bu say ölkədə olan əhalinin 15-16 faizidir: “Azərbaycan əhalisinin yarısı ölkəni tərk edib, 4 milyon insan ölkədə deyil. Əgər bu qədər azərbaycanlı aclıq çəkirsə, dırnaqarası inkişaf kağız üzərindədir”.
Billur Hümbətov (VIP sədrinin müavini) hesab edir ki, siyasətçi kimi deyil, Azərbaycan vətəndaşı olaraq ölkədəki həyat səviyyəsinin normallığı barədə müsbət danışa bilməz. Əksinə, əhalinin onsuz da çətin olan həyat tərzi 2009-cu ildə daha da aşağı düşüb: “Çünki büdcədən maliyyələşən və təqaüd alan insanların gəlirində artım hiss olunmadı. Qiymətlər isə əhalinin əməkhaqqı və təqaüdlərinə rəğmən qalxdı. Buna görə də əhalinin həyat səviyyəsinin normal olduğu fikriylə razılaşa bilmərəm”. B.Hümbətov söylədi ki, Azərbaycan hökuməti öz vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsi barədə ciddi düşünmür. Bunun əksinə olaraq onların düşüncəsi yalnız şəxsi büdcələri və vəsaitlərinin artımı barədədir: “Buna həm öz, həm də xarici mətbuatdan oxuduqlarımız əsasında şahid oluruq”.


Nigar Vaqifqızı (Azadlıq qəzeti) http://azadliq.az/?p=51394

Əvvəlki məqalə: AZƏRBAYCANLI FƏALLAR ACLIQ AKSİYASINI DAVAM ETDİRİR

Sonrakı məqalə: Məlahət Ağacanqızı: Ramiz Mehdiyevin nənəsinin yun çubuğu

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5050

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin