AZƏRBAYCANLI FƏALLAR ACLIQ AKSİYASINI DAVAM ETDİRİR
2010-03-18 - 14:30:00
source: http://www.mediaforum.az/articles.php?lang=az&page=03&article_id=20100318022959301
“Media forum” saytı xəbər verir ki, Azərbaycan milli kimliyi uğrunda apardıqları dinc mübarizəyə görə tutulan və Ərdəbil zindanında saxlanan azərbaycanlı fəallar Vədud Səadəti, Behruz Əlizadə, Əli Abbasi və Rəhim Qulami martın 13-dən başladıqları aclıq aksiyasını davam etdirirlər.
Aazərbaycanlı fəallar aclıq aksiyasına zindandakı acınacaqlı şəraitə və təzyiqlərə, təhqirlərə etiraz olaraq başlayıblar.
ETTELAAT-ın Ərdəbil şöbəsi əməkdaşlarının bir neçə gün əvvəl zindana gələrək V.Səadəti, B.Əlizadə, Ə.Abbasi və R.Qulamiyə xəbərdarlıq etdikləri bildirilir. Məlumatlara görə, məhbuslara deyiblər ki, onlar azad olmaq istəyirlərsə tövbə etməli və yazılı şəkildə əfv olunmalarını istəməlidirlər.
Ərdəbilli fəallara ailələri ilə telefon əlaqəsi saxlamağa icazə verilmədiyi, bəzən onların təhlükəli məhbuslarla eyni kameraya salındığı və digər təzyiqlərin göstərildiyi vurğulanır.
Əvvəlki məqalə: “MEDİA FORUM” SAYTI HÜCUMA MƏRUZ QALIB
Sonrakı məqalə: İnkişaf edən ölkədə 700 min ac olmur
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/5049
