Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

MÜSAVAT PREZİDENTİN İSTEFASINI TƏLƏB ETDİ

Mirzə Xəzər 11 Mar 2010

no comments

musavat

Partiya mitinqlərə qərar verdi; Divan “Washington Post”un yazısı ilə bağlı israrla açıqlama tələb edir

Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. İclasda “Washington Post” qəzetinin 05 mart 2010-cu il tarixli sayında Dubayda ölkə başçısının ailə üzvlərinin adına 44 milyon ABŞ dolları məbləğində mülk alınması haqda getmiş yazı ciddi müzakirə olunub.

Bildirilib ki, həmin məqalə dərc olunandan dərhal sonra Müsavat Partiyası bəyanat verərək bu məsələ ilə bağlı izahat tələb etmişdi. İqtidar düşərgəsindən bu məsələ ilə bağlı yalnız Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlaması olub ki, həmin açıqlamada “Washington Post” qəzetində haqqında yazı getmiş fakt dolayısı ilə təsdiq edilsə də, adıçəkilən mülkün alınması üçün xərclənmiş pulların mənbəyi haqda heç nə bildirilmir. Müsavat Partiyası ölkə başçısı İlham Əliyevdən bu məsələyə aydınlıq gətirməsini, əks təqdirdə, istefa verməsini tələb edir.
Müsavat deputat qrupuna həvalə edilib ki, hökumətin illik hesabatının Milli Məclisdə təqdim edilməsi ilə əlaqədar müzakirələrdə prinsipial mövqe ortaya qoyulsun və bu məsələ də qaldırılsın.

source: Yeni Musavat - http://www.musavat.com/new/Siyasət/72287-MÜSAVAT_PREZİDENTİN_İSTEFASINI_TƏLƏB_ETDİXəbər xidməti

Əvvəlki məqalə: Xaliq Bahadır: Rədd olsun Amerika, rədd olsun “Vaşinqton Post”, yaşasın Əliyevlər diktaturası!

Sonrakı məqalə: “Azadlıq” bloku İlham Əliyevi istefaya çağırdı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4769

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin