Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

HİKMƏT HACIZADƏ: “SÖZÜN DÜZÜ, MƏN NƏYƏSƏ ÜMİD EDİRDİM”

Mirzə Xəzər 10 Mar 2010

no comments

bloq_1


“Sözün düzü, mən nəyəsə ümid edirdim. Amma görünür, mən ətraf mühiti yaxşı başa düşmürəm. Olmadı, nə edə bilərəm?.. Ədalətsizlik oldu”. Gənc bloqçu Adnan Hacızadənin atası Hikmət Hacızadə Bakı Apellyasiya Məhkəməsinin martın 10-da çıxardığı qərara münasibətini “Media forum” saytına açıqlayarkən belə deyib.

Bakı Apellyasiya Məhkəməsi 2009-cu il iyulunda paytaxtın “Livan” restoranında baş verən insidentdən sonra tutulan, qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirli bilinən, Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə azadlıqdan məhrum edilən gənc bloqçular Emin Milli və Adnan Hacızadə barəsində çıxarılan hökmü qüvvədə saxlayıb. Səbail məhkəməsi E.Millini 2 il 6 ay, A.Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib.

“Media forum”a açıqlamasında H.Hacızadə deyib ki, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəklər. Eyni zamanda gənclərin hüquqlarının müdafiəsi üçün bütün lazımı addımlar atılacaq: “Avropa İnsan Haqları Məhkəməsinə qədər müraciət edəcəyik”.

H.Hacızadə bloqçuların həbsinə etiraz edən yerli və xarici təşkilatların müraciətlərinin təsirsiz qalmasını belə izah edib: “O müraciətlərin heç bir real gücü yoxdur. Onların arxasında hər hansı sanksiya dayanmır. Sözdən ibarət olan o müraciətlərin yalnız insanların qəlbinə, vicdanına təsir etməyə iqtidarı çatır. Ona görə də təsiri yoxdur”.

H.Hacızadə təsir göstərə biləcək vacib işləri xalqdan gözləmək lazım olduğunu da vurğulayıb.


http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20100310055830966

«Media forum»

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: Güldəstə hökumət

Sonrakı məqalə: VƏKİLLƏR EYNULLA FƏTULLAYEVİN İŞİ ÜZRƏ İSTİNTAQ MATERİALLARI İLƏ TANIŞ OLMAĞA BAŞLAYIRLAR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4706

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin