Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Dünya mediası Əliyevlərin Dubaydakı mülklərindən yazır

Mirzə Xəzər 07 Mar 2010

no comments

dubay-12

“Washington Post”un ifşa məqaləsi hər yerdə – Rusiyadan Yaponiyaya, İngiltərədən Vyetnama, Türkiyədən İndoneziyaya qədər…

Xəbər verildiyi kimi , “Washington Post” qəzetinin son sayında Əliyevlərin Dubayda ümumi dəyəri 75 milyon manat olan mülklər aldıqları haqda baş məqalə dərc olunub. Məqalədə neft pullarının hakimiyyət tərəfindən mənimsənildiyi qeyd edilir və həmin mülklərin İlham Əliyevin 11 yaşlı oğlunun və digər övladlarının adına rəsmiləşdirildiyi göstərilir.


Dünən dünyanın əksər KİV-i, eləcədə Rusiya mətbuatbu məqama xeyli yer ayırıb. Onlardan bir neçəsini təqdim edirik.
“Qazeta.ru” məqaləni bu ad altinda təqdim edib: «İlham Əliyev 11 yaşlı oğluna Dubayda bir neçə villa alıb».
«Azərbaycan dövlət başçısının oğlu 11 yaşlı Heydər Əliyevin Dubayda ümümi dəyəri 44 milyon olan 9 villası var. Azərbayjan prezidentinin illik ümumi maaşı 228 min dollardır. Bu qədər imkanın hardan qaynaqlandığ bilinmir, bunu heç prezidentin mətbuat xidmətini rəisi Azər Qasımov da şərh etmək istəmir», - deyə sayt yazır.

“Lenta.ru” isə yazır ki, 11 yaşlı Azərbaycanlı uşağın Dubayda 9 malikənayə malik olması şübhəlidir. «Bu malikənaləin ümumilikdə 44 milyn dollar qiyməti var. Dubayın elit Palm Jumeirah rayonunda yerləşən bu malikənələrin qonşuluğunda dünya ulduzlar özlərinə ev alıblar». Saytın yazdığına görə, Əliyevlərin təkcə Dubayda 75 milyon dollar həcmində mülkləri var. «Yeri gəlmişkən, Əliyevlər həmin məhəllədə bir sıra rus milyarderlərlə qonşudurlar» deyə sayt yazır.


“Foreks.ru” yazır ki, İngiltərənin məhşur Intermark Savills şikəti təkcə Əliyevlərə yox, dünyanını ən varlı adamlarına Dubayda elit məkanlarda ev və malikanə almaqda köməkliki göstərir. Saytın məlumatına görə, bu məhəllədə elit evlrəin qiymətləri 9 milyon dollardan başlayır. “Bu məhəllədə təkcə Əliyevlər yox, bir sıra məmrular da malikəna əldə ediblər», – deyə sayt yazır.


Türkiyə mətbuatı da «Washington Post”un məqaləsinə xeyli yer ayırıb. “Milliyet” qəzeti yazıb ki, 11 yaşlı bir uşağın 44 milyon dollara lüks malikənələr almağı ağlasığmazdır. «Bu onun atası prezident İlham Əliyevin illik maaşındandan 288 dəfə çoxdur. Bəs bu nə?», – deyə qəzet yazır.
«11 yaşlı cocuğun bu qədər parasınıın olması barədə rəsmi Bakı bir açıqlma yaymadı. Azərbayjan vətəndaşının 10 min illik gəlirinə bərabər bu qədər para hardan?». Bunu isə «Hürriyət» qəzeti yazıb.


«Vətən» qəzeti də mövzu ilə bağlı yazısına maraqlı başlıq qoyub: «Qardaş, bu nə?».
«11 yaşlı Heydər Əliyevin Palmiyyə adasında bu qədər lüks evə sahib olması bir yana, qızları Arzu və Leyla Əliyevaların da burda malikənələrinin olması üzə çıxdı. Əliyevlər ailəsinin təkcə Dubaydakı toplam varidatının həcmi 75 milyon dollardır», - deyə «Vətən” yazır.
«Washington Post”un məqaləsini “Times Online” , “Dubay Telegraph”, “New York Daily News” , “Today”, “Newstrack India”, “The Dallas Morning News”, “Newsvine”, “Huffington Post”, “MSNBC” kimi bir sıra ingilisdilli media orqanları, həmçinin Rumıniya, İndoneziya, Vyetnam, İtaliya, Norveç, Polşa, Yaponiya, İspaniya və b. ölkələrin KİV-i də işıqlandırıb.


Ervin Mirzə (Azadlıq qəzeti) http://azadliq.az/?p=50218

Əvvəlki məqalə: Mehman Əliyev: «Baş verənlər göstərir ki, müəyyən adamlar Eynulla Fətullayevin azadlığa çıxmasından qorxurlar»

Sonrakı məqalə: Məlahət Ağacanqızı: Güldəstə hökumət

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4662

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin