ESKUDERONUN İŞİNİ NARDARAN BƏLƏDİYYƏSİ ARAŞDIRACAQ
source: http://www.musavat.com/new/Ölkə/71913-ESKUDERONUN_İŞİNİ_NARDARAN_BƏLƏDİYYƏSİ_ARAŞDIRACAQ
“Şəfixani” deyilən yerdə sakinlər keşik çəkir
Mülkiyyət hüquqları pozulmuş Nardaran sakinləri torpaqlarının ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskudero tərəfindən qanunsuz zəbt edilməsi ilə bağlı yeni formalaşan bələdiyyəyə müraciət edəcək. Bu barədə “Yeni müsavat”a Bakı və Bakı ətrafı Kəndlərin Hüquqlarını Müdafiə komitəsinin sədri Rasim Əlizadə bildirib. Onun sözlərinə görə, kənd sakinlərinin S. Eskuderonun əməlləri ilə əlaqədar məhkəmələrə etdikləri çox saylı müraciətləri bu günədək baxılmamış qalıb.
“Məlum olduğu kimi, amerikanın Azərbaycandakı keçmiş səfiri Stenli Eskudero qəsəbə sakinlərinə məxsus ”Səfixani" deyilən, dəniz kənarındakı 30 hektar torpaq sahəsini saxta yollarla ələ keçirib. Buna etiraz edən sakinlər üzləşdiyi problemlə bağlı 10 ildir müraciət etmədikləri dövlət qurumları qalmayıb. Ancaq nəticə yoxdur. Camaat ata-babalarına məxsus torpaq sahəsini bir kimsəyə vermək niyyətində deyil. Bu məqsədlə ərazidə dəfələrlə etiraz aksiyası keçirilib. Ərazidə sakinlər indi də keşik çəkir. Adı çəkilən torpaq
sahəsində hansısa bir tikilinin aparılmasına icazə verilməyəcək".
R. Əlizadənin fikrincə, adı çəkilən torpaq sahəsi qanunsuz olaraq S. Eskuderonun gəlininin adına sənədləşdirilib: “Maraqlı burasıdır ki, həmin vaxtlar Nardaranda bələdiyyə olmadığından, bu işlər Maştağa bələdiyyəsinin verdiyi arayış əsasında sənədləşdirilib. Artıq nardaranda bələdiyyə formalaşdırılıb. Odur ki, sakinlər mübahisəli məsələnin araşdırılması üçün yerli bələdiyyəyə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, keçmiş səfir dəniz sahilində yerləşən sözü gedən torpaq sahəsində turizm şəhərciyi tikdirmək niyyətindədir. Şəhərcikdə çoxmərtəbəli otellərin də inşaası nəzərdə tutulub. Hətta bu məqsədlə 30 milyon dollar vəsait yatırılıb. Amma sonradan maliyyə böhranı ilə əlaqədar tikinti işləri müvəqqəti təxirə salınıb.
MƏHƏBBƏT
Əvvəlki məqalə: Mehman Əliyev: «Baş verənlər göstərir ki, müəyyən adamlar Eynulla Fətullayevin azadlığa çıxmasından qorxurlar»
Sonrakı məqalə: Mehman Əliyev: «Baş verənlər göstərir ki, müəyyən adamlar Eynulla Fətullayevin azadlığa çıxmasından qorxurlar»
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4658
