"Mirzə Xəzərin Səsi" internet qəzetini bu ölkələrdə oxuyurlar
Azerbaijan
Germany
Russian Federation
United States
Czech Republic
Ukraine
Canada
Turkey
Sweden
Europe
Iran, Islamic Republic Of
Switzerland
Netherlands
United Arab Emirates
Armenia
Lebanon
Costa Rica
Israel
Denmark
Austria
Portugal
Moldova, Republic Of
Ireland
Kazakhstan
Cyprus
Georgia
United Kingdom
Serbia
MAKARON DEŞİYİNDƏN “BONAQUA” ÖLKƏSİNƏ GEDƏN YOL
Məlahət Ağacanqızı
Məlahət Ağacanqızı
Dəqiq yadımdadır, insanlıq duyğularından uzaq olan, azğınlaşan rus ordusu Bakıda QANLI 20 YANVAR terrorunu törədəndən hardasa bir ay sonra “Gənclik” jurnalının poçtuna “Makarondan deşik necə açılır” başlığı ilə məktub gəlmişdi. Əməkdaşlardan biri məktub ilə tanış olandan sonra əsəbi halda “Biz nə bilək makorondan deşik necə açılır...” mızıldandı.
Bu, elə bir vaxt idi ki, AZADLIQ tələb edən əliyalın insanların BƏDƏNləri sovet tanklarının tırtılları altında qalıb yerə yapışmışdı. Bu, elə bir vaxt idi ki, qudurmuş sovet əsgərləri körpələrin, qadınların, qocaların BƏDƏNini odlu silahlarla deşik –deşik etməyindən heç qırx gün keçməmişdi. Mənə elə gəlir ki,o vaxtlar “Makaronda deşik necə açılır?” sualını verən şəxs VƏTƏNdə açılan deşiklərin başında olanlardan biri oldu. Əvvəlcə, ələk kimi deşilən VƏTƏN, sonradan xəlbir kimi göydə fırlanıb ərazilərini itirdi.
Bir vaxtlar xəritədə fəxrlə uçan qartala bənzəyən Azərbaycan ərazisi bu gün yəqin ki, deşik dəmir boru formasındadır.O elə bir borudur ki, İÇİ ilə bütün yeraltı-yerüstü sərvətlərimiz xaricə axıdılıb satılır. Qəsdən ciblərini deşənlərin nə cibləri dolur,nə də gözləri.
Deyirlər, gündə bir yeni xəbər eşitməsən qulaqların böyüyər. Mən gündə o qədər yeni xəbər eşidirəm ki, qulaqlarım bapbalaca olub, yox olma təhlükəsi var. Bu gün “XALQ” bazarında iki kişinin söhbətinə qulaq asmaqdan özümü saxlaya bilmədim:
-Səncə ,qaz niyə yenə bahalaşdı?
- Eh, onu bilməyə nə var ?!Acgözlərin villaları yarımçıq qalıb tamamlamaq lazımdır. Harın balalarının xaricdə təhsilinə para çatmır. “İmportnı” futbolçu almaq lazımdır...
“XALQ” bazarının xəbərləri qulaqlarımı, internet xəbərləri isə gözlərimi yox edəcək. Nə qədər əcaib yeni xəbər olar?!
O gün internetdə oxudum ki, bir turist xanımın selikonlu döşləri partlayıb, mayası batıb. Yəqin, hansısa kurort ölkəyə para qazanmağa gedibmiş saxtakar bədbəxt. Xaricdə fahişədən tutmuş prezidentə kimi hər kəs para qazanmaq üçün tər tökür, zülm çəkir. Lazım gələndə dərisini soymaqdan, soyunmaqdan çəkinmir. Uzağa getmək lazım deyil, qaradərili Maykl Cekson para üçün dərisini soysa da yenə borc içində can verdi. Bizdə isə nazirlər hava limanına əllərini yelləmək üçün gedəndə, dərilərinə bir damcı günəş şüası dəyən kimi əsəbiləşib camaatın dərisini soyurlar-qiymətləri qaldırırlar.
Məşhur futbolçu Bekhem arvadı Viktoriya ilə alt paltarlarını reklam üçün şəkil çəkdirməkdən əldən düşüblər. Neyləsinlər yazıqlar! Neft quyuları yoxdu ki, başlarının altına yastıq qoyub mışıl-mışıl yatsınlar. Bekhem də paraları ütüləyib seyfə qoyan kişilərdən deyil. Evliliklərinin on ilinə Viktoriya üçün sürpriz hazırlayıb. İstirahət etmədən işləyib para qazandıqlarına görə böyük bir adada onu Bazar yox, açıqca Çərşənbə etmək istəyir. Bizdə isə hələ əmək kitabçası olmayan nazir balalarının Bazarertəsi, Çərşənbəaxşamısı, Çərşənbəsi ,Cüməaxşamısı, Cüməsi, Şənbəsi- Bazarı onları lap əldən salıb. ”NEDELKA” dakı “iş” rejimlərinin qrafikini yeni HADİSƏlərlə dəyişmək istəyirdilər, alınmadı.
Fransanın prezidenti isə arvadının model işlədiyi vaxtlarda çəkilən çılpaq şəkillərinin satışını təbəssümlə qarşılayıb. Deyib ki, o şəkillər peşəkarcasına çəkilib, qoy insanlar baxıb zövq alsın. Mən də qovluğuma bir-ikisini atmışam. Qoluqısa paltarlarıma görə üzüm danlanan kimi əlimi çənəmin altına qoyub o fotolara baxıram və düşünürəm: ”Əcaba, Fransa prezidenti arvadını çox sevir, ya üzümü danalayan EVimin prezidenti məni çox istəyir ?”
Hələ bu harasıdır?! Bakıda su qıtlığı belə yezid qanunları ilə davam etsə, bir azdan qoluqısa paltarlar şkaflarda çürüyəcək. Qadınlı-kişili hamı əncir yarpağı “geyinəcək”. Artıq mən şeytan hiyləsinə uyanlara yeni bir şeir də yazmışam:”... Bizi yoldan çıxaran Şeytan, dolanır ətrafımızda. Ey, Şeytan rədd ol get! Bizə heç nə lazım deyil-heç ƏNCİR yarpağı da...”.
O gün bir tanışımın evinə qonaq getmişdim. Sudan gen-bol istifadə edəndən sonra, gördüm ev sahibi “ah-uf” edir. Səbəbini soruşdum. Dedi ki “Səhər yatıb qaldığımdan, su yığa bilməmişəm. Gedib “Bonaqua” alıb vedrələri doldurmuşdum ki, kişi gəlib məni döyməsin. Sən də işlətdin. Pul da yoxdu gedim yenə alım...”.
Mən bir xeyli güldüm. Sonra o da güldü. Biz “Bonaqua” alıb vedrələri doldurduq. Kaş əl-üzümü yuyanda suyun “Bonaqua” olduğunu biləydim. Heç olmasa özümü bir anlıq BONAQUA ölkəsinin kraliçası kimi hiss edərdim. Çox gözəl HİSS xəbərim olmadan kanalizasiya borusu ilə axıb çirkab sulara qarışmışdı...
Ağlı olan elə indidən əncir ağacları əksin. Çünki biz Bonaqua ölkəsində deyil, Azərbaycan adlı susuz bir məmləkətdə yaşayırıq. Bir azdan ən defisit “mal” əncir yarpağı olacaq. Susuzluqdan hamı paltardan, sabundan, corabdan...imtina edəcək. Yudaşkinin, Fəxriyyə Xələfovanın MODA bazarı bağlanacaq. Qadınlar dörd dənə, kişilər iki dənə əncir yarpağı alıb şad-xürrəm yeni gətirilən iri avtobuslara doluşacaqlar. Düşəndə isə gediş haqqını küknar ağacının iynəyarpaqları ilə ödəyəcəklər. Küknar ilin bütün fəsillərində yaşıl olduğuna görə yarpaqlar həmişə dövriyyəyədə olacaq .Amma xuliqan xasiyyətli sərnişinlərin paraları ilə, lənət şeytana, iynəyarpaqlı biletləri ilə sərnişinləri incidəcəklərindən əminəm. Heç olmasa avtobuslara təhlükəsizlik kameraları qoyulsun....Axı, biz deşiksevərlər və əzabverənlər ölkəsində yaşayırıq...
Eziz Mirze muellim, salam!
Eziz Mirze muellim, salam!
Her vaxtiniz xeyir olsun! Sizi, 22 iyul Milli Metbuat gunu munasibetile tebrik edirem. Du$unurem ki, milli metbuat gunu munasibetile tebrik edilmeye Sizin hamidan artiq haqqiniz var! Xoşbextem ki, heyatimin 6 ilini Sizinle birlikde "Azadliq" radiosunda kecirmişem. O illeri heyatimin en mubariz. en mehsuldar, en menali illeri hesab edirem. Sizin adiniz do]ma azerbaycan;n adi ile birge cekilir.BU ise sebebsiz deyil. Oten XX esrde Azerbaycanin ictimai-siyasi, medeni heyatinda 3 boyuk Mirzenin misilsiz
xidmetleri olub - MIrze Elekber Sabir, Mirze Celil ve sonuncu mogikan hesab oluna bilecek MIze Xezer! BU barede yazmaga başladiqim kitabda boyuk fesil olacaq Inşallah!
Ezizimiz Mirze muellim Sizi urekden tebrik edir yeni yaradiciliq ugurlari arzulayiram:
Hormet ve ehtiramla: "Azadliq" radiosunun Mirze Xezer epoxasinin muxbiri Celal Yaquboglu
