Novruzəli Məmmədovun səhhətinin kəskin şəkildə ağırlaşması ilə əlaqədar olaraq Beynəlxalq İctimaiyyətə MURACİƏT
30 iyul 2009-cu il., Baki şəhəri.
Azərbaycan CM-nin 274-ci (“Dövlətə Xəyanət”) maddəsiylə mühakimə edilmiş “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiyə Komitəsi
Sədr: Hilal Məmmədov
tel.:050-559-40-63, 012-423-21-22
e-mail: hilalmamedov@yandex.ru
Artiq 3-ci gündir ki, N.Məmmədov xəstəxanadadır. Bu gün – 30 iyul 2009-də onunla görüşən ailəsinin və vəkilinin sözlərinə istinadən, xəstəxanaya köcürüldükdən sonra alimin səhhəti daha da ağırlaşmışdir. O, minimal həyat şəraiti belə olmayan (antisanitar, yataq vasitəsiz) ümumi palataya yerləşdirilmişdir. Sərbəst hərəkət edə bilmir, yeyib-içmir, ağrılardan və təngnəfəslikdən əzab çəkir. Hələ də heç bir təcili yardım almamışdır. Ailəsinin – “nə ücun bu dözülməz ağrılarına qarşı ilk tibbi
yardım etmirsiniz?” sualına geyri-insani şəkildə - “analizlərinin nəticələrindən sonra həkim müalicəni təyin edəcəkdir” cavabını verirlər.
Ailəsindən ayrılan 68 yaşli agsaqqal alim-jurnalist dəhşətli ağrılarından bükülərək, əlindən tutan köməkcinin vasitəsiylə asta-asta pilləkənlə yuxarı - “palatasına” gedir...
N.Məmmədovun hüquqlarını Müdafiə Komitəsinə bəlli olduğu kimi, dünən – 29 iyul 2009-cu ildə Ombudsman Elmira Süleymanova N. Məmmədova baş çəkmişdir. Xəstəxananın rəhbərliyi ilə görüşüb xəstənin vəziyyəti ilə bağli bəzi məsələləri müzakirə etsə də, onun heç bir tapşırığı yerinə yetirilməmişdir.
Komitə N.Məmmədovun MTN tərəfindən oğulanması və həbsinin ilk günlərindən
(2 fevral 2007-ci ildən) başlayaraq verdiyi byənat və müraciətlərində ona və ailəsinə qarşi göstərilən mənəvi-psixoloji və fiziki təsirlər barədə dəfələrlə məlumatlar yaymışdir.
6 iyun 2007-ci ildə N.Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətində “oğlanları – Kamran və Emil Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçiləri tərəfindən zorakılığa məruz qalmaları barədə” məlumatı bildirmişdi /1/. Bu kimi təsirlərə tab gətirməyən Kamran Məmmədov 8 sentyabr 2007-ci ildə 35 yaşında ikən ürək çatışmamazlığından qəflətən vəfat etmişdir /2/. Dəfələrlə döyülmüş /3/ 33 yaşlı ruhi xəstə olan Emil Məmmədov isə 16 iyul
2008-ci ildə polis işçiləri tərəfindən oğurlanmış, 3 ay zindanda saxlanılmış və müəmmalı şəkildə də məhkəməsi keçirdilərək 1 il şərti olaraq azadlıqdan məhrum edilmişdi /4-8/.
Yuxarıda deyilənləri əsas tutaraq, N.Məmmədovun hüquqlarını müdafiə Komitəsi belə hesab edir ki, öz ana - taliş dilinin dünyada yeganə elmi tədqiqatçısı olan alim-lingivist, sayı milyondan artiq olan bir xalqın yeganə mətbu orqanı olan “Tolışi Sədo”-nun təsisçisi və baş redaktoru olan Novruzəli Məmmədova və onun ailəsinə qarşı səngimiyən və onların fiziki məhvinə yönəldilmiş mənəvi-psixoloji təzyiq davam etməkdədir...
Bilavasitə bu səbədən, bir daha bütün beynəlxalq ictimai-siyasi və hüquq-müdafiə təşkilatlarına, “Qırmızı Xaç” və “Sərhəsiz Həkimlərər” cəmiyyətlərinə, alim və jurnalistlərə, insan taleyinə biganə qalmayan hər bir şəxsə müraciət edərək, hamıni İNSANLIGA qarşı yönəldilmiş bu kimi özbaşınalıqlara son qoyulmasında bizə mənəvi dəstək və yardımçı olmağa çağırırıq.
MƏHİN SALEHİ: “BU XALQ ÇƏPİK ÇALMAQ ÖYRƏNİR HƏLƏ...”
MƏHİN SALEHİ
“KƏPƏNƏK OLMAĞA ÜMİDİM ARTIB
QƏLBİMDƏ NƏYİM VAR ÜMİDDƏN ARTIQ…”
“SÖYLƏSƏM TƏSİRİ YOX, SUSSAM KÖNÜL RAZI DEYİL”.
Hamı beş illik həyatı müzakirə edir bu günlərdə. Ötən və qarşıdakı beş ilidən kimi tənqidlə, kimi təriflə, kimi ümidlə, kimi də ümidsizliklə danışır.
Bəlkə mən də bir beş ildən, keçmişdə qalan 1988-1993-cü illər kəsimindən söz açım.
... O illərdə "Gənclik" və "Ulduz" jurnalları dərc olunurdu. Həmin jurnallarda beləcə şeirlər vardı.
...Bu nəğmə hər ürəyin
Yarasını sarımaz
Sevib yarımayanlar
Nəğmədən heç yarımaz...
(S.Yusifoğlu)
***
...Nəsimi kəpənək olsaydı
Dərisini soyarmıydılar
Kəpənəyi
Nəsimi olmağa qoyarmıydılar...
...Kəpənək olmağa ümidim artıb
Qəlbimdə nəyim var ümiddən artıq...
(R.Rövşən)
O beş ildə gördüyüm məktəblilərin də, tələbə gənclərin də, müəllimlərin də SEVGİsinin İNAMının və ÜMİDinin böyüklüyünün şahidi olmuşam.
Hamı gələcəkdə müsqtəqil və güclü olacaq VƏTƏNi sevirdi, şəhidlərimizin qanının yerdə qalmayacağına, müharibədən QALİB MİLLƏT kimi çıxıb başımızı dik tutacağımıza İNAM, gələn nəsillərin Azərbaycanda gözəl həyat yaşayacağına ÜMİD vardı.
Bir qism öyrəncilər evdən verilən cib xərcliyini qısıb "Azərbaycan", "Azadlıq" qəzeti alırdılar. Və daha az qism müəllimlər də dərslərin son 15 dəqiqəsini bu qəzetlərdə yazılanları və gedən prosesləri müzakirəyə eləməyə izn verərdilər.
Musiqi dinləməyi sevənlərin də zövqü başqaydı. Çox qism gənclər Cavanşir Quliyevin "Vətən bizi yetişdirib bu ellərə yolladı" nəğməsini dinləyərdi, milli himnimizi eşidib qürurlanardı...
Üçrəngli bayrağımız masaların üstünə fəxrlə qoyulardı, kirildən haçan can qurtarıb milli əlifbamızla yazaca bilmək xiffəti vardı. Öz ana dilində danışmağa çalışan rusdillilərin kövrək ləhcəsi də şirin gəlirdi. Alminiumdan hazırlanan ilk milli qəpiklərimiz də doğmaydı, və yenə inam vardı, qızılın qarası - neftin ölkəni ağ günə çıxaracağına, bizim də samballı qara qəpiklərimizin olacağına, bu qara qəpiklər dövriyyədə qaldıqca milli manatın tez-tez dəyərdən düşməyəcəyinə...
*** *** ***
Amerikada yaşayan dostumun qızı yay tətilində Toronto şəhərindəki nənəsinin yanında qalıb, evə qayıdanda anasına belə deyib. –“ Nənə ingiliscə danışanda səsi çox pis çıxır, rusca və azərbaycanca danışanda səsi düz çıxır”.
Anası 6 yaşlı uşağa başa salmağa cəhd edib ki, nənələr ingiliscə danışanda sözlərin tələffüzü düz çıxmır, nənənin səsi pis deyil əslində.
Qızcığaz bu il birinci sinifə gedib. Təbii ki doğulub böyüdüyü Amerikada ingilis dilində daha səlis danışır. Ana-atasının səyilə azərbaycan və rus dillərinidə öyrənib. Ama uşaq hələ qavramır ki, nənə ingiliscə təmiz danışa bilmir, bu səsin əyri və düz çıxması deyil.
Və...bu nənə düz 28 il Bakıdakı məktəblərin birində ingilis dili fənnini tədris edib. Sonra isə Amerikada yaşamaq eşqinə düşüb. Ordakı oğlundan viza alan kimi ...burda bütün sənədlərini "hazırlayıb". Həmin daşdan keçən sənədlərə görə pedaqoq nənə dönüb erməni olub və azərbaycanlıların təhqirinə məruz qalıb və bu səbəbdən Azərbaycanda yaşaya bilməyərək qaçqın kimi sığınacaq alıb.
Burda bir pedaqoqun öz fənnini necə bilməsindən, bir azərbaycanlının mənəvi aşınmasından danışmaq niyyətim yoxdu.
Sadəcə onu demək istəyirəm ki, o nənə Amerikada axtardığını Azərbaycanda tapsaydı, dönüb erməni olmazdı, öz xalqına “milli azlıqları yola verməyən qəddarlar” damğası vurmazdı. (Cavanşır Quliyev də yaşamaq üçün Kiprə getdi.)
Bəli, artıq bu Vətəndə yaşanılmır.
Həmin kəsimdə yaşayan nəsil yarımadı... Haçansa bu Vətəni sevənlər, bu sevgidən, onun himnindən kövrələnlər bu musiqidən də yarımadılar.
Bu yazını yazmama səbəb Ruzigarımın bloqunda oxuduğum yazıda bir zamanlar yaşanmış Vətən sevgisinin işartılarını görməm və bir də 8-9 yaşlı bir uşağın torpaq sevgisindən təsirlənməm oldu.
Ev sahibi mənzilini satdığı üçün kirayədə yaşayan tanış ailəyə təcili çıxın deyib. Yalnızca məvaciblə dolanan, halal-harama ciddi önəm verən bu gənc ailənin 8-9 yaşlı oğlu bir gün sərasər ağlayıb. Və deyib ki, gülü əkirsən, dibçək onun evi olur, niyə bizim evimiz yoxdu, niyə bacımın öz otağı yoxdu? Mən həyət evi istəyirəm, torpaqlı ev istəyirəm, həyətimizdə gül əkmək istəyirəm....
Bu uşaq da hələ ki öz körpə qəlbində bu torpağın, bü vətənin sevgisini daşıyır və hər səhər himn oxuyur.
Heç olmazsa bu nəsil öz sevgisindən, nəğməsindən yarısaydı.
Görürsüz də, yenə iş ümidə qaldı...
P.S. Prezidentimizin andiçmə mərasimində himn səsləndi. Zaldakıların 80 faizi himnimizi oxumadılar, heç dodaqları da tərpənmədi. Sonradan-əl çalanda hamı öz çəpiyinin yanındakından daha gur çıxmasına çalışırdı.
P.P.S. Pərviz bəy deyirdi ki susma.
Budur, oktyabrın 8-dən bəri, uzun fasilədən sonra yazdım, bir faydası varmı?
Füzuli demişkən: "Söyləsəm təsiri yox, sussam könül razı deyil".
Novruzəli Məmmədovun vəkilinin beynəlxalq ictimaiyyətə müraciəti
28 iyul 2009-cu il., Baki şəhəri.
Azərbaycan CM-nin 274-ci (“Dövlətə Xəyanət”) maddəsiylə mühakimə edilmiş “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiyə Komitəsi
Sədr: Hilal Məmmədov
tel.:050-559-40-63, 012-423-21-22
e-mail: hilalmamedov@yandex.ru
Beynəlxalq ictimaiyyətə müraciət
Hörmətli cənablar və xanımlar!
Hüquqlarını müdafiə etdiyim, siyasi məhbus, cənab Novruzəli Məmmədovun həbs edildiyi ilk gündən (3 fevral 2007-ci il) və bu ilin əvvəlindən 15 saylı Cəza Çəkmə Müəssisəsində (bundan sonra CÇM) işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldalan rəftara məruz qalması ilə əlaqədar göstərilən operativ münasibətlərə görə bütün müvafiq təşkilatlat və şəxlərə minnətdarlığımı bildirməklə yanaşı, son günlərdə onun səhhəti ilə əlaqədar yaranmış kritik vəziyyət məni
bir daha Sizə müraciət etməyə məcbur etdi.
Bildiyiniz kimi Nizami rayon məhkəməsi 06 mart 2009-cu il tarixli qərarı ilə cənab Novruzəli Məmmədovun müayinə və müalicə olunması üçün 15 saylı CÇM-nin üzərinə vəzifə qoymuşdur. Belə ki, cənab Novruzəli Məmmədov ağır formada yüksək arterial qan təzyiqi və kotaraktadan, aşağı nahiyələrinin şişkinliyindən, zob (qalxanabənzər vəzi), prostat vəzinin iltihabı xəstəliklərindən əziyyət çəksə də müayinə və müalicə olunmadı, onun xəstəlikləri barədə məlumatlar verməkdən imtina edildi.
25 iyul 2009-cu il tarixdə, günün ikinci yarısında ailə üzvlərinin mənə açdıqları telefon zəngindən sonra məlum oldu ki,cənab Novruzəli Məmmədovun səhhəti kəskin şəkildə pisləşdiyindən o, təcili olaraq 15 saylı CÇM-nin səhiyyə şöbəsinə yerləşdirilib. Məlumatı yoxlamaq üçün mən İşgəncələrəı qarşı mübarizə Komitəsinin sədri cənab Elçin Behbudovla bərabər 15 saylı CÇM-də olduq, lakin iş vaxtının qurtarması ilə əlaqədar biz
müəssisənin inzibati ərazisinə buraxılmadıq. Ona görə də mən 27 iyul 2009-cu il tarixdə yenidən həmin müəssisədə oldum və Novruzəli Məmmədovla görüşə bildim. Cənab N.Məmmədov yeriyə bilmədiyindən vəkili ilə görüşə həkimin müşayiəti ilə gətirildi və o, oturmaq iqtidarında olmadığından uzanmış vəziyyətdə qısa söhbət etmək məcburiyyətində qaldı. Həkimin verdiyi məlumatlardan aydın oldu ki, Novruzəli Məmmədovun vəziyyəti kritikdir, onu müayinə etmək üçün müəssisəyə nevropotoloq çağırılmış və xəstəxanaya yerləşdirilməsi
məsləhət bilinib. Həkim N.Məmmədovun onurğa sütununda problemlərin olmasını bildirdi.
Mənim müşahidə etdiklərim bunlardır:- Cənab N.Məmmədovun sağ qolu və sol ayağı tamam keyiyib, onun hərəkət etmək, oturub-durmaq imkanları çətinləşib, fikirlərini zorla çatdırır, sürətlə arıqlayır, hər iki gözlərinin altı qaralıb, rəngi sapsarıdır, omba və onurğa sütununda olan şiddətli ağrılardan şikayət edir. O, son bir ayda bir neçə dəfə burnundan qan açildiğini, huşunu itirdiyini mənə bildirdi. N.Məmmədov kömək olmadan hərəkət edə bilmir.O dünyanin heç bir ölkəsində
insanların milli-etnik mənsubiyyətinə görə adını xəyanət qoymaqla bu cür amansiz təqib olunduğunu, cəzaya məruz qaldığını təsəvvür emədiyini və həyatdan gedəcəyi təqdirdə vəsiyyətini ailə üzvlərinə çatdırmağı xahiş etdi.
Mən N.Məmmədovun hansı xəstəliklərdən əziyyət çəkməsi barədə məlumatlar əldə etmək üçün növbəti dəfə müəssisə rəisinə yazılı müraciət etdim. Yaxın günlərdə mənə cavab veriləcəyi bildirildi. Lakin ölkədə siyasi məhkumlara olan münasibəti nəzərə alaraq mən operativ və dəqiq məlumatlar alacağıma inanmıram .
Hörmətli cənablar və xanımlar! Novruzəli Məmmədovun həyatı ciddi təhlükə qarşısında olduğundan mən Sizə müraciət etməklə səlahiyyətli nümayəndələrin iştirakı ilə verdiyim bu məlumatı yoxlamağınızı, milli-etnik mənsubiyyətinə görə talış olan, talış dilinin tədqiqi ilə məşğul olduğuna görə təqib olunan, siyasi məhbus N.Məmmədovun ağır durumu barədə bütün müvafiq beynəlxalq tşkilatlara - Avropa Şurasına, Avropa Məhkəməsinə, cənab Baş Katibə, siyasi məhbuslar üzrə məruzəçiyə, Avropa Şurası
Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisinə, respublika rəhbərliyinə təxirə salınmadan məlumat verməyinizi və agir xəstə vəziyyətində olan günahsız bir alimin və jurnalistin azad olunmasında əlinizdən gələn qanuni imkanlarınızdan istifadə etməyinizi xahiş edirəm.
Hörmətlə: Vəkil Ramiz Məmmədov.
27 iyul 2009-cu il.


