Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Telman İsmayılov Türkiyədə ikinci otelini Erciyes dağında qurmaq istəyir

Mirzə Xəzər 28 May 2009

no comments

telman

Telman İsmayılov

 

 

 

 

 

 


Türkiyənin Qeysəri böyükşəhər bələdiyyə sədri Məhmət Özhasekinin "CİHAN" informasiya agentliyinə verdiyi məlumata əsasən, "AST" şirkətlər qrupunun və Antalyada "Mardan Palace" otelinin sahibi Telman İsmayılov başda olmaqla Birləşmiş Ərəb Əmirlikləri və isveçrəli sərmayədarlar Erciyes dağında Qış Turizm Mərkəzi layihəsi çərçivəsində sərmayə qoymağı planlaşdırırlar. Məhmət Özhasek layihənin 200 milyon dollara başa gələcəyini və xarici sərmayəçilərdən Birləşmiş Ərəb Əmirlikləri, birgə İsveçrə-Almaniya şirkətinin təmsilçiləri və Telman İsmaylovla danışıqlar apardığını bildirib. Telman İsmayılov Erciyes dağında otel inşa etmək istəyir.

 

 

("Mirzə Xəzərin Səsi" qəzeti)

Technorati Tags: , , ,

Novruzəli Məmmədovun kassasiya şikayəti təmin olunmadı

Mirzə Xəzər 27 May 2009

no comments

novruzeli_memmedov

27 may 2009-cu ilde hakim Tapdiq Mahmudovun sedrliyi ile kechirilen Ali Mehkeme prosesinde Azerbaycan Respublikasi CM-nin 274 (“Dovlete Xeyanet”) maddesiyle mehkum edilmish “Tolishi Sado” (“Talishin Sesi”) qazetinin bash redaktoru, Respublika Talish Medeniyyet Merkezinin (RTMM) rehberi Novruzeli Mammadovun vekili Ramiz Mammadovun Baki Apellyasiya Mehkemesinin 27 dekabr 2008-ci il tarixli qerarindan kassasiya shikayetine baxilmishdir.

Saat 10-30 – 17-00 muddeti erzinde kechirilen qapali Mehkeme prosesi ilk once vekilin Novruzeli Memmedovun Mehkemede ishtirakinin temin edilmesiyle bagli vesatetini qebul etmemishdir.

Mehkeme vekilin beynelxalq huquq ve Azerbaycan Respublikasinin qanunlarinin kobud shekilde pozuntularininin achiq-ahkar subutlarina hesr edilmish faktlarina da hech bir mehel qoymadan ilk mehkeme instansiyalarinin hokmunu quvvede saxlamaqla onun kasassiya shikayetini redd etmishdir.

Novruzeli Mammadov Avropa Konvensiyasinda nezerde tutulan huquq pozuntulariyla elaqedar Avropa Mehkemesine shikayet hazirlayir.

Evvel qeyd edildiyi kimi, 10 iyun 2009-cu il saat 11-00-de nezerde tutulan Ali Mehkeme iclasinda ise N.Mammadovla bagli diqer bir ishe – Milli Tehlukesizlik Nazirliyinin (MTN) ishchileri terefinden onun shexsi komputerinin yaddashindan bir sira chap edilmemish elmi eserlerinin mehvine hesr edilmish mehkeme prosesinin kechirileceyi nezerde tutulmushdur.

Novruzeli Mammadovun Huquqlarini Mudafie Komitesi

28 may istiqlal günü münasibətilə hamınızı təbrik edirik!

Mirzə Xəzər 27 May 2009

no comments

Istiqlal

Müstəqil Azərbaycan dövlətinin, Xalq Cümhuriyyətinin qurulmasının 91-ci ildönümü mayın 28-də tamam olur. 28 may 1918-ci ildə qurulan və cəmi 2 il yaşaya bilən Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət olmuşdur. 28 may 1918-ci il Azərbaycan xalqının əsl qurtuluş və istiqlal günü kimi tarixə daxil olmuşdur. Azərbaycan dövlətçiliyinin təməli Məmmədəmin Rəsulzadə və digər milli ziyalılar tərəfindən məhz 1918-ci ildə qoyulmuşdur.


Bayramınız mübarək olsun!


("Mirzə Xəzərin Səsi" qəzeti)

Əvvəlki məqalələr

Sonrakı məqalələr