Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

DİN və Baş Prokurorluq rəsmi məlumat yaydı: Neft Akademiyasında törədilən terror nəticəsində 13 nəfər ölüb, 13 nəfər yaralanıb

Mirzə Xəzər 30 Apr 2009

no comments

Neft Akademiyasinda hadise 2

15:07 30-04-2009




Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı məlumat yayıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2009-cu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.


Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib.


Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq, götürülüb.


İlkin məlumatlara görə, cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olub, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıblar.


Həlak olan digər 2 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.


Cinayət işinin istintaqı Azərbaycan Respublikası Prezidentinin nəzarəti altındadır. Hadisə ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Neft Akademiyasının ikinci korpusunda qərargah yaradılıb Eyni zamanda, Daxili İşlər Nazirliyində və Baş Prokurluqda «Qaynar xətt» əlaqə mərkəzi fəaliyyət göstərir.


Əlaqə telefonlarını nəzərinizə çatdırırıq:

Qərargah - 498-73-34
«Qaynar xətt» - 498 – 20 -25
590-91-15
590-96-15

LENT.AZ

Səhiyyə Nazirliyi: Azərbaycan Neft Akademiyasına terror hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, 10 yaralı var

Mirzə Xəzər 29 Apr 2009

1 comment

Neft Akademiyasinda hadise 2

[ 30 Aprel 2009 13:23 ]


Azərbaycan Neft Akademiyasına terror hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, 10 nəfər isə yaralıdır.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O, ölən və yaralananlar arasında müəllim, laborant və tələbələrin olduğunu bildirib: “Yaralılar arasında ağır və yüngül olanlar var”.

Bakı. Laçın Sultanova - APA.

Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində ölənlərin sayı 22-yə çatıb, yaralıların sayı məlum deyil

Mirzə Xəzər 29 Apr 2009

76 comments

akade

[ 30 Aprel 2009 12:24 ]


Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində ölənlərin sayı 22-yə çatıb. APA-nın əməkdaşının məlumatına görə, hadisə nəticəsində yaralanan iki nəfər 4 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

4 saylı Şəhər Klinik Xəstəxanasına 3 yaralı da gətirilib. Onlardan ikisinin ərəb millətindən olan şəxslər olduğu bildirilib. Məlumata görə, digər yaralı isə Azərbaycan Dövlət Neft Akademiyasının laborantı Zemfira Hüseynovadır. Yaralılardan ikisinin xəstəxanada əməliyyat olunduğu, digərinin isə Neyrocərrahiyyə Xəstəxanasına göndərildiyi açıqlanıb. Respublika Klinik Xəstəxanasına isə 13 meyit aparılıb.

Neft Akademiyasinda hadise 2


Azərbaycan Neft Akademiyasında baş verən terror hadisəsi nəticəsində yaralananların yerləşdirildiyi Klinik Tibbi Mərkəzə isə heç kim buraxılmır. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, xəstəxananın giriş-çıxışı tam nəzarətə götürülüb, jurnalistlər binaya buraxılmır, hətta valideynlər də çox çətinliklə içəri girə bilirlər.
Azərbaycan Tibb Universitetinin dosenti İbrahim Qafarlı jurnalistlərə açıqlamasında mərkəzdə 7 meyit olduğunu deyib. Onlardan 5-i tələbədir. Ölənlərdən birinin adı açıqlanıb. Bu Ceyhun Aslanovdur. Xəstəxanada olan 6 yaralının isə vəziyyətlərinin ağır olduğu bildirilib. Yaralıların hamısı başından güllələnib. Yaralılardan biri isə Orxan Sadıxovdur.
Hadisənin baş verdiyi Neft Akademiyasının II tələbəsi Rəşad Allahverdiyev jurnalistlərə bildirib ki, atışma birdən-birə baş verib: “İki nəfər binaya daxil olaraq qabağına keçəni güllələməyə başladı. Terrorçular qaradərili olmayıblar. İki müəllimimi gözümün qabağında vurdular. Hadisəyə müdaxilə edənləri güllələyirdilər. Pəncərədən çıxıb qaçdıq”.

Onu da əlavə edək ki, hadisəni törədən iki terrorçudan birinin Suriya vətəndaşı olduğu və artıq özünü güllələdiyi barədə məlumat var.

Bakı-APA

Əvvəlki məqalələr

Sonrakı məqalələr