ABŞ Dövlət Departamenti Neft Akademiyasındakı faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
ABŞ Dövlət Departamentinin nümayəndəsi Robert Vud Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsi ilə əlaqədar verdiyi bəyanatda hadisə zamanı həlak olanların və yaralananların əzizlərinə başsağlığı vermişdir. Robert Vud bu kədərli anda ABŞ-ın öz dostu və strateji tərəfdaşı Azərbaycanla həmrəy olduğunu bildirmişdir. Nümayəndə basqın nəticəsində həlak olan və yaralananlar arasında ABŞ vətəndaşlarının olmadığını qeyd etmişdir.
("Mirzə Xəzərin Səsi")
Türk tələbəsi "CNNTürk"ə: "6 mərtəbəli binanın hər mərtəbəsində cəsədlər var idi"
Azərbaycan Neft Akademiyasında təhsil alan Türkiyə vətəndaşı İbrahim Kar CNNTürk kanalına verdiyi müsahibəsində basqın zamanı imtahanda olduqlarını bildirmişdir. Tələbənin sözlərinə görə, sinifdən çıxanda 6 mərtəbəli binanın hər mərtəbəsində meyitlər sərilmişdi. "Hürriyet" adlı türk qəzeti isə öz məlumatında Azərbaycanda universitet qətliamında 17 nəfərin həlak olduğunu və ən az 15 nəfərin yaralandığını yazır.
("Mirzə Xəzərin Səsi")
Allah rəhmət eləsin!
Aprelin 30-da Azərbaycan Neft Akademiyasında baş vermiş terror hadisəsi zamanı həlak olanlara Allah rəhmət eləsin!
("Mirzə Xəzərin Səsi")
