Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Siyasi partiyalar: Terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmağa, ölkədə terror xofu yaratmaq məqsədi güdür

Mirzə Xəzər 30 Apr 2009

no comments

Neft Akademiyasinda hadise 2


APA-nın məlumatına görə, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Aydınlar Partiyasının ayrı-ayrılıqda qəbul etdikləri bəyanatda müvafiq hakimiyyət qurumlarına müraciət edərək hadisə ilə əlaqədar həlak olanların xatirəsinin əziz tutulması üçün respublikada bir günlük matəm elan etməyə, ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyə, habelə xalqa televiziya vasitəsi ilə mütəmadi və dəqiq məlumat verilməsini təmin etməyə çağırıb.

AMİP rəhbərliyi bu hadisənin təsadüf olmadığını, arxasında daha çirkin məqsədlər dayana biləcəyini güman edir. Buna görə də partiya əhalini sayıq olmağa, mənfur niyyətlərə qarşı mübarizədə səylərini artırmağa çağırıb.

Aydınlar Partiyası isə hesab edir ki, terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmaq, ölkədə terror xofu yaratmaq məqsədi güdürlər. Buna görə də partiya hüquq-mühafizə orqanlarının ölkənin milli təhlükəsizliyini təmin etmək üçün bütün qüvvələrini səfərbər etməsini vacib sayıb.


Məlahət Ağacanqızı: AZƏRBAYCAN NEFT VƏ QAN AKADEMİYASI

Mirzə Xəzər 30 Apr 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 


QARA NEFT DİVlərinin məclislərdə şəraba QAN, GÖZ YAŞI qarışdırıb içdiklərini bilirdik. Amma NEFT sözü yazılan təhsil ocağında QANLI terror törədiləcəyi nə Təhsil Naziri Misir Mərdanovun, nə də tələbələrin ağlına gəlməzdi. Çünki NAZİR 2009-2010 –cu tədris ili üçün satdığı gündəlik pullarını yığmaqla, tələbələr isə imtahanlara verəcəkləri rüşvəti hesablamaqla məşğul idilər.

 

 

 

Azərbaycan Neft Akademiyasında baş verən qanlı terror nəticəsində ölənlərin şəxsiyyəti müəyyən edilməmiş, rəhmətə gedənlər məsciddə yuyulub kəfənlənməmiş Azərbaycan telekanallarının QAYNAR QAZAN verilişləri yas halvası yeyib ”Allah rəhmət etsin” deyirdilər.

 

 

 

Faciələri HALVA ilə unutmağı bacardığımıza görə başqa Dövlətlər bizə RAHATLUKUM kimi baxır.
Telekanalda halva bişirən aşpazlar “Allah qismətlərini elə yazıb” deməyə də utanmırdılar. Ölkədə meydan sulayan rəzaləti, haqsızlığı, əclaflığı ... Allahın üstünə yıxmaq ən azından ən böyük əxlaqsızlıqdır. Vətən borcunu yerinə yetirən ƏSGƏRİ öldürüb “Allahın qisməti belədir ”, işə getmək üçün evdən çıxan GENERALın boynun ardından güllə vurub “Allahın alın yazısıdır”, körpəsini görmək üçün evə tələsən JURNALİSTİ qapısı ağzında güllələyib “Allah belə buyurub” deməklə nə demək istəyirsiz, ey TANRItanımazlar?! Allahın günahsız bəndələrini öldürüb xatanı Allahın üstünə yıxdıqdan sonra, nə əcəb Allahı həbs etmirsiz?! Axı, ölənlərin hamısı odlu silahla qətlə yetirilib. Bəlkə Allahın göydə yeri vuran snayperi var? Evindən çıxıb işə, dərsə tələsəni nişan alıb öldürür və QEYB olur.

 

 

 

Sanki ŞƏR ruhlu adamlar XEYİRXAH insanların ovuna çıxıb. Bu yaxınlarda qonşuluqda olan bir əsgərin cənazəsini evlərinə gətirəndə qohumları hərbiçiləri döyüb yola salmışdılar. Min əzab-əziyyətlə övlad böyüt, Vətən xidmətinə göndər, sənə meyitini gətirsinlər. Səbəb isə bir damcı su olsun. Hansısa başdan xarab əsgər yoldaşı ona su gətirməsini əmr edib. Əsgər etiraz etdikdə, başdan xarab onu güllələyib. Bəyəm , Hərbi hissə xarabanın bir böyüyü yoxdur?! Əsgərini qoruya bilməyən DÖVLƏT tələbəsini, jurnalistini, hətta, generalını da qoruya bilmədiyini sübut etdi.

 

 

 

Rəhmətlik general Rail Rzayev ölümündən bir xeyli əvvəl böyüyüb təhsil aldığı H.Z.Tağıyev qəsəbəsinə gəlib. Bir-iki dükana girib və adamların nisyə dəftərlərində olan borclarını ödəyib. Dükan sahibləri isə borcları ödənmiş olan adamları tutduqları nisyə dəftərinə yenidən yazıblar.

 

 


Vallah adam elə söhbətləri eşidəndə ADAM olmağından utanıb yerə girmək istəyir.Yer də tərslikdən nə aralanır,nə də silkələnir. General Rail Rzayevin xaricdən yeni təyyarələr almaq üçün bağladığı müqavilələr ölümündən sonra eləcə kağız üstə qaldığından , AVİA zavodun işçiləri öz hesabına məzuniyyətə buraxılıb. Hərbi uşaq bağçası da işləmir. Azərbaycanda xeyirli bir iş görmək istəyəni ya boynun ardından , ya da sinəsindən vurmaq adət halını alıb.

 

 

Neft pullarından sərxoş olanlar acgözlüyün, insafsızlığın kulminasiya nöqtəsinə qalxıb at kimi kişnəyirlər. Amma onlar at kimi kişnəsələr də ot yemirlər, adam qanı içmək üçün min hoqqadan çıxırlar.

 

 

Cəlilabaddan bizimlə bir oğlan oxuyurdu. Kəndlərinin adı “Üstüaçıq” idi. Əslində indi bütün Azərbaycan vətəndaşları ÜSTÜAÇIQ məmləkətdə yaşadığını anlamalıdır. Nə həbsxana divarları kimi hündür hasarlar tikmək lazımdır, nə kodlu seyf qapıları salmaq. Çünki yaşadığımız MƏMLƏKƏTİN üstü də, qapısı da daim açıqdır. Kim nə vaxt istəyir üzünə bir maska taxıb Azərbaycanın qapısından girib, damından çıxır. Peşəkar canilər qeyb olur, Fərda Qədirov kimi tapança tutmağı bacarmayan fağırların meyitini cani kimi araşdırırlar.


Biz də donuz qripi olmasa da, havayı yerə maaş almaq qripi var. O da çox qorxulu sağalmaz xəstəlikdir. Bütün millət tənbəllik qripinə yoluxmaq üzrədir. Metroya girəndə polislər yuxulu-yuxulu, oturduqları yerdən bir qara plastması adama elə yaxınlaşdırırlar ki, düşünürsən əşyalarının yox, hisslərinin təhlükəli olub-olmadığını yoxlayırlar. Məktəblər də, müəssisələr də elə yarı yuxulu polislər tərəfindən qorunur.

 

 

Yol ilə gedərkən kürəyimizdə İNSAN baxışlarını yox, HEYVAN baxışlarını hiss etməyimizin günahı kimdədirsə -CANİ də odur.


URL: http://mirzexezerinsesi.net/articles/2009/05/01/melahet-agacanqizi-azerbaycan-neft-ve-qan-akademiyasi

MHP lideri Dövlət Bağçalı "Bakıda Neft Akademiyasına qarşı mənfur terror basqınını" qınadığını bildirib

Mirzə Xəzər 30 Apr 2009

no comments

bagcali

Dövlət Bağçalı

 

"İnternethaber" portalının məlumatına əsasən, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bağçalı aprelin 30-da Bakıda Neft Akademiyasında baş verən terror hadisəsi ilə əlaqədar bəyanat yaymışdır. Bağçalı "bu dəhşətli hadisənin əminamanlıq və sülh içində yaşayan Azərbaycanın ictimai" asayişinə zərər verməməsini arzu etdiyini qeyd edir. MHP lideri "mənfur terror basqınında çox sayda insanın həyatını itirməsini və yaralandığını" öyrənəndə böyük üzüntü keçirtdiyini bildirir. Dövlət Bağçalı, xüsusilə, "bu dəhşətli hadisənin" həssas müvazinətin hökm sürdüyü Qafqazda yaşanan gərginliyin artmasına gətirib çıxartmayacağını arzu etdiyini bəyan edir. Dövlət Bağçalı terror basqınını şiddətlə lənətlədiyini, həyatını itirənlərə Allahdan rəhmət dilədiyini və azərbaycanlı soydaşlarıa mətanət arzu etdiyini dilə gətirir.

 

("Mirzə Xəzərin Səsi")

Əvvəlki məqalələr