Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Türkiyə Böyük Birlik Partiyasının Baş Katibi mərhum Möhsin Yazıçıoğlu martın 31-də Ankarada dəfn ediləcək

Mirzə Xəzər 27 Mar 2009

no comments

mohsin

 

 

 

 


Möhsin Yazıçıoğlu və vertolyotda yanında olan daha 4 nəfərin faciəli ölümü Türkiyəni sarsıtmışdır. Şənbə günkü qəzetlər "Türkiyə ağlayır" manşeti ilə çıxmışdır. Son məlumata görə, Möhsin Yazıçıoğlu martın 31-də Ankarada dəfn ediləcək. Möhsin Yazıçıoğlu kimdir?


Böyük Birlik Partiyasının Baş Katibi mərhum Möhsin Yazıçıoğlu 1954-cü ildə Sivasın Sarqışla ilçəsinin Almalı kəndində kəndli ailəsində anadan olub. İbtidai və orta təhsilini Şarqışlada alan Yazıçıoğlu 1972-ci ildə Ankaraya gedib və Ankara Üniversitetinin baytarlıq fakultəsində təhsilini başa vurub. 1968-ci ildə Sarqışlada Gənç Ülküçülər Hərəkatına qoşulan mərhum Yazıçıoğlu. Ankarada Ülkü Ocaqları Baş Mərkəzində başqan müavini, başqan olub, daha sonra Ülküçü Gənçlik Dərnəyini qurub. 1980-ci ilə qədər Milliyətçi Hərəkat Partiyasında başqan müşaviri postunu tutub. 1980-ci il hərbi çevrilişindən sonra 7 il 5 ay həbsdə yatıb. Möhsin Yazıçıoğlu vətənini "böyük məhəbbət və təəssüblə sevdiyi" üçün həbsdə yatdığını bildirmişdir. Mərhumun silahdaşı olmuş Mehdi Çətindaş qəzetlərdə çıxan xatirələrində Möhsin Yazıçıoğlunun həbsxanada uzun zaman işgəncəyə məruz qaldığını qeyd edir. Həbsxanadan çıxandan sonra ülküçülərə və onların ailələrinə yardım niyyətiylə qurulan Sosial Müdafiə və Təhsil Vəqfinə başçılıq edib.1987-ci ildə silahdaşlarıyla birgə Milliyətçi Çalışma Partiyasını yaradıb. 1991-ci ildə bu partiyadan Böyük Millət Məclisinə seçilən M.Yazıçıoğlu bir il sonra fikir ayrılıqları üzündən MÇP-ni tərk edib. 1993-cü ildə Böyük Birlik Partiyasını yaradaraq bu quruma liderlik etməyə başlayıb. 1995-98-ci illərdə də parlamentin üzvü olan M.Yazıçıoğlu 2007-ci ildə təkrar Sivasdan müstəqil millət vəkili seçilib.


Möhsin Yazıçıoğlu, evli ve iki övlad atası idi...


Allah rəhmət eləsin, mərhumun əzizlərinə səbr versin...

Məlahət Ağacanqızı: DONUZLAR VƏ EŞŞƏKLƏR DİYARINA GEDƏN YOL

Mirzə Xəzər 26 Mar 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

Son vaxtlar münəccim olmaq, fala baxmaq, ürək oxumaq...dəbdədir. Amma bütün ekstrasenslərin, falçıların enerjisi insanların İTƏN BAŞLARının axtarışına sərf edildiyindən, HEYVANların falına baxan, ürəklərini oxuyan, bəxtlərini açan yoxdur .

 

 


Yazıq HEYVANLAR! Ətlərini yeyirik, südlərini içrik, yunlarını qırxıb, tüklərini yolub, dərilərini soyub, lazım gələndə bellərinə minib kef edirik, amma heç vaxt onlardan müsahibə götürmürük. Çünki HEYVANLARın dilini başa düşən, ürəklərini oxuyan jurnalistlər yoxdur. Hər il müğənnilər və milyonçular üçün müxtəlif çeşiddə jurnalist istehsal edən Universitetlər bu barədə ciddi düşünməlidir. Ayıbdır! Biz HEYVANLARI sevməliyik! HEYVANlar iqtisadiyyatımızın gələcəyidir. Nə olsun ki, heyvanlar müğənnilər kimi soyunub qalmaqal yaratmırlar, harın milyonçuların məşuqələri ola bilmirlər, PARTİYA lideri deyillər. Və ya od qiymətinə sığortalanmış dodaqları, döşləri, qabırğaları ... yoxdur. Eh,indi heyvanlarla ünsiyyət qurmaq, onlardan müsahibə almaq- bir “məşhur”MÜĞƏNNİ, “tanınmış” LİDER ilə ünsiyyətdən daha maraqlıdır.

 

 

Bayram günlərində HEYVANlar çox aktual mövzulardan söhbət edirlər. Sayı günü-gündən çoxalan, yeri günü-gündən azalan ZİBİLLİKlərə yığılan İNƏK, İT, PİŞİK, TOYUQ, SİÇOVUL... bir-birlərinə elə maraqlı fikir mesajları yollayırlar ki, adam saatlarla ZİBİLLİKdə dayanıb onların fikirlərini oxumaq istəyir. Bu səhər, məhəlləmizdə olan ZİBİLLİKdə basabas idi. Amma heç bir heyvan daha çox qida əldə etmək , LİDER olmaq üçün bir-birini minmirdi, ayağını tapdalamırdı, ədəbsiz söz danışmırdı. Bütün heyvanlar çox mədəni şəkildə, mehribanlıqla qida axtarışı əməliyyatında iştirak edirdi. Hərə öz mədəsinin həzm edə biləcəyi qidanı tapdıqdan sonra, bir kənara çəkilib səhər yeməyini yeyirdi. İki inək, bir torba şəkərburanı, qoğalı, paxlavanı götürüb kənara çəkildilər. Torbadakı Novruz şirniyyatlarını, bir kənara atılan səməninin yanında yerə boşaltdılar. Bir dəcəl pişik qırmızı rəngli yumurtanı fırladıb düz inəklərin “bayram xonçasının”yanına saldı. İnəklər pişiyə baxışları ilə “təşəkkür” edib, mesajlaşmağa başladılar. Qara inək qadınların əlindən çox yanıqlı idi:

 


“-Ah, qadınlar,qadınlar! Onlar kişilərə necə də qəddarcasına zülm edirlər! Hər bayramda AİLƏ büdcəsinin altına mina qoyub onu partlatmaqdan xüsusi zövq alırlar. Görməmiş kimi o qədər şirniyyat bişirirlər ki,kifləndirib gətirib zibilliyə tökürlər. Heç olmasa səliqə ilə bir kənara qoymaq mədəniyyətləri də yoxdur. İylənmiş it-pişik leşlərinin içindən qida axtarmaq ürəyimi bulandırır...”

 

 

Ağ inək Qara inəyin mesajını sona kimi oxumağa imkan vermədi, kişiləri tənqid etməyə başladı: ”Ah,kişilər,kişilər! Onlar qadınlara necə də qəddarcasına zülm edirlər! Anaşa çəkib, damarlarına iynə vurub mətbəxdə yemək axtaranda necə böyürürlərsə, mən inək olmağımdan utanıram.Yaxşı ki, bayram gəldi, yoxsa neçə vaxt idi ac qalırdım. Narkoman sahibim mənim üçün hazırladığı yemin yarısını özü yediyinə görə südüm azalmışdı. Yazıq arvad,elə bilirdi xəstələnmişəm,ya da qocalmışam südüm azalıb. Bax, gözümüzə dəyən bu şprisləri bura hər axşam sahibim tullayır. Arvadının qulağından sırğanı necə dartıbsa, bədbəxtin qulağına tikiş qoyublar. Əclaf bir azdan məni də , qulağımı cıra-cıra aparıb satacaq...” Zibillikdə bir-birinə fikir mesajları yollayan İTlərin, PİŞİKlərin, TOYUQların...dərdlərini dinləməyə daş ürək lazımdır.

 

 

Bir AİLƏnin necə dolandığını öyrənmək üçün soyuducusuna baxıb müəyyən etmək olar. Bir ÖLKƏnin mədəniyyətinin inkişaf səviyyəsini ZİBİLLİKlərinə baxıb öyrənmək olar. Azərbaycanda - həyətlərin hər ÇƏPƏRLƏMƏ əməliyyatından sonra, arxasına bir təpik vurulub düz mərkəzi küçələrin ortasına düşən ZİBİLLİKlərlə JEK müdirləri, bələdiyyələr qürur hissi keçirdirlər. Zarafat deyil, yediyimiz,içdiyimiz, geydiyimiz - ZİBİLLİKLƏRdə aylarla pulsuz-parasız REKLAM olunur. Qadın alt paltarlarının ZİBİLLİK reklamı o qədər güclü təşkil olunur ki, telekanallardakı açıq-saçıq reklamlar onun yanında abırlı görünür. Azərbaycanda insanların necə yaşadığını bilmək istəyən ZİBİLLİYƏ gəlsin!

 


Bir azdan torpaq qıtlığına görə ZİBİLLİKLƏR göydən açılacaq. Göydə saysız-hesabsız bərq vuran ulduzlara qarmaq ilişdirməyi ancaq bizim milyonçularımız bacarar. Yerdəki ULDUZ müğənniləri SOXULCAN olmadan qarmaqlarına elə məharətlə ilişdiriblər ki, ən peşəkar balıqçıları mat qoyurlar. Kosmosa ilk uçan KİŞİ rus balası olsa da,əminliklə deyə bilərəm ki,göydəki ULDUZlara ilk qarmaq ilişdirən Azərbaycan milyonçusu olacaq. Qoy qonşu XANlıqların paxıllıqdan ürəyi çatlasın. Göydəki ulduzlardan ZİBİL yeşiklərini asan kimi, bütün dünya biləcək ki, azğın ERMƏNİlər torpaqlarımızı işğal edib. Başımıza göydən it-pişik leşi, şprislər, qadın alt paltarları, ağac kötükləri, kitab şkafları... töküləcək.

 


Biz analoqu və xilas üçün monoloqu olmayan ÖLKƏ olduğumuzu, ancaq göydən asılan ZİBİL yeşiklərimiz ilə sübut edə bilərik. Daha hündürmərtəbəli binaların eyvanından zibili gecənin bir aləmində “qorxa-qorxa” yerə vızıldatmağa ehtiyac qalmayacaq. Bütün TƏRBİYƏSİZlər gündüz-günorta, qara eynək taxmadan yaşadığı mənzilin eyvanına çıxıb zir-zibilini HAVADAN açılan ZİBİL yeşiyinə ata bilər. Mən qadın tanıyıram, qonşulara acıq vermək üçün yediyi konfet kağızlarını həyətə səpələyir. Qadın, həyəti eybəcər hala salan rəngbərəng konfet kağızlarına, məhəllənin ən nadir çiçəkləri kimi baxıb zövq alır. Amma çalışmaq lazımdır ki, alimlərimiz dəm çaynikinin zibilini tökmək üçün də nəsə kəşf etsinlər. Yoxsa bizdən yuxarıda yaşayan qonşum, hər dəfə dəm çaynikinin zibili ilə mətbəx pəncərəmizə “bəzək”vurmaqdan yorulub. O da Azərbaycan vətəndaşıdır. Problemi həll olunmalıdır. Yoxsa bir də gördüz, acığa düşüb, dəm çaynikini götürüb, üz qoydu DONUZlar və EŞŞƏKlər diyarına...

 

 

 

 

Hörmət görmək üçün, hörmət etməlisən!

Mirzə Xəzər 26 Mar 2009

2 comments

Allahın adı ilə! Hörmət etmək və hörmət görmək çox gözəl şeydir. İnsan xoşhal olur hörmət gördükdə. Hörmət görmək nə qədər gözəl və ürəkaçandırsa, hörmət etmək ondan da, gözəl və ürəkaçandır. Çünki hörmət etmək olmasa, hörmət görmək də, olmaz! Hörmət görmək varsa, deməli, hörmət etmək artıq çoxdandır ki, mövcuddur. Çünki hörmət görmək, hörmət etməkdən qaynaqlanır.


Hər bir şəxs, hörmət görmək diləyindədir. Bəs hörmət görmək üçün, o, nə etməldir? Bəli, düz tapdınız, hörmət etməlidir. Deməli, dediyimizin üzərinə gəlib çıxdıq ki, hörmət görmək üçün, hörmət etməlisən. Hörmət etməlisən ki, özün də, hörmət görəsən.

Biz elə bir dövrdə və məmləkətdə yaşayırıq ki, mütləq hörmət etməliyik. Çünki e lə qədimdən ulu əcdadımız hörmət etməklə hörmət görüblər. Onları bir-birinin yanında hörmətli qılan, bir-birinə hörmət etmələri olub. Hər ailədə tez-tez işlənən kəlmələrdən biridir “hörmət” kəlməsi. Allaha şükürlər olsun ki, azdan-çoxdan agahıq ki, hörmət nədir? Nə üçündür, hörmət etmək?


Ata-anaya, böyüyə, ağsaqqala, ağbirçəyə hörmət bizim boynumuzun borcudur. Çünki biz, Allaha hörmət bəsləyən müsəlman xalqıq. Buna şübhə ola bilməz! Amma, burada qəmlənərək xatırladığım acı bir həqiqəti sizə də, xatırladıram. Bura qədər dediklərimi yəqin ki, hörmətli oxucular hörmətlə qarşılayar. Amma...


Amma, hörmətli oxucular, gəlin etiraf edək ki, aramızda hörmət edən insanların sayı olduqca çoxdur. Həmin insanlar üçün isə, hörmət iki cür olur.


Deyəcəksiniz ki; “bilirik də, bir hörmət var ki, Allahadır. Bir hörmət də, var ki, bəndəyə!” Amma, mənim qəsdim bu deyil! Zira, bəndəyə hörmət də, elə Allaha hörmətdən irəli gəlir. Allaha hörmət etdiyimiz üçün, Allahın “hörmət et!” buyurduğu bəndələrə hörmət edirik.Yoxsa, hər kəsə hörmət edilməz ki! Mənim nəzərdə tutduğum birinci hörmətin nə olduğu məlumdur. Amma...

Amma, ikinci hörmətə gəldikdə isə, nə qədər acı olsa da, deməliyəm. Bilirsiniz də, bir vaxt var idi ağsaqqal gələndə ayağa durub ona yer vermək hörmət sayılırdı. Onun üçün, ayağa qalxmaq bir hörmət, ona yer vermək başqa bir hörmət. Belə etməklə, sən də, ağsaqqalın, ən əsas da, Allahın yanında hörmətli olurdun. Hörmət edirdin, amma, özün hörmətli olurdun. İndi isə...

İndi isə, vəziyyət bir qədər fərqlidir. Sən demə indi ağsaqqal üçün ayağa qalxıb ona yer vermək hörmət yox, sadəcə “ayağa qalxıb ağsaqqala yer vermək” sayılır. Bəs hörmə t nədir? Bu gün hörmət, bu günün insanı üçün, ən zəhlətökən bir şeyə çevrilib. Buna bais olanlar düşünüb-daşınsın!


Əvvəllər könüllü olaraq hörmət edirdin. İndi isə, məcbursan “hörmət” etməyə. Yoxsa işin keçməz. “Hörmət” etməlisən ki, işin keçsin. Hər işi “hörmət”ə bağlayanlar da, elə bu minvalla “hörmət”ə minir. Mən deyim, sən də, gör haqlıyam, yoxsa yox! Ev alırsan? Buyur, “hörmət” edib al! İşə düzəlirsən? Buyur, “hörmət” et, işin düzəlsin! Məktəblisən, qiymət almaq istəyirsən? Buyur, “hörmət” edib qiymət al! Ürəyin istəmir hərbi xidmətə gedib vətəninə, xalqına xidmət edəsən? Buyur “hörmət” et! “Hörmət” etdiyin şəxslər bir adam taparlar vətənin, xalqın xidməti üçün. Səni yolda polis saxlayıb? Buyur “hörmətini et, səni azad buraxsın!...


Bu gün məmləkətimizdə “hörmət” edənlə “hörmət”&nbs p; görənlərin sayı günbəgün artmaqdadır. Bir-birinə hörmətsizlik edən iki şəxsdən hansı biri “hörmət” etsə, o biri “hörmət” etməyib deyə, adı yazılmalıdır “hörmətsizlər siyahisi”nə. Zəhmət çək, sən də, “hörmət” elə! Bu “hörmət” elə bir gücə malikdir ki, səni “hörmətsizlər siyahisi”ndən adını da, sildirər.


Bəli, əziz oxucular! Bu gün bu məmləkətdə “hörmət” etmirsənsə, özün də, hörmətsizin biri olacaqsan. “Hörmət” etməyi bacarmayan fəqir vətəndaşın sınıq-salxaq bir maşını, daha doğrusu “çörək ağacı” var idi. “Hörmətli” bir BMW bu maşına bir balaca toxunmaqla, maşının sağlam yerlərini də, sındırıb-dağıtdı. Gündüz-günorta vaxtı, həm də, onlarla insanın gözü önündə. Hamı bilir ki, günah “hörmətli” BMW-də olub. Amma...


Amma, nə fayda? “Hörmətli” BMW “hörmətli” və aidiyyatı orqanlara � ��hörmət” etməklə, yazıq zərərçəkmiş vətəndaşı o ki var hörmətdən saldı. Niyə???


Ona görə ki, “hörmətli” BMW kimə lazımdırsa “hörmət” edib və bu “hörmət”in qarşılığında da, hörmət görüb. Yazıq zərərçəkmiş isə, cibindən “hörmət” çıxara bilmədiyi üçün, “hörmət” də, görmədi. İndi gördünüz ki, hörmət görmək üçün, “hörmət” etməlisən???


Hörmətli olun!
Allah amanında!


P.S. “Hörmət” edib “hörmətli” olmaq asan olsa da, hörmət edib hörmətli olmaq şərəflidir.

Hörmətlə: Q. Səfərov.


Əvvəlki məqalələr

Sonrakı məqalələr