Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Bu gün 31 mart qırğınlarının ildönümüdür

Mirzə Xəzər 30 Mar 2009

no comments

 


 

1918-ci il martın 30-da erməni-bolşevik dəstələrinin Bakıda və daha sonra Azərbaycanın bir sıra rayonlarında müsəlman əhaliyə qarşı törətdikləri qətliamlarda 50 mindən çox insan həlak olub.

 

Mart qırğınlarına qurban gedənlərə Allahdan rəhmət diləyirik.

 

 

 

"Mirzə Xəzərin Səsi" qəzeti

Hasan Kanbolat: “Rəsmi Bakı Cənubi Qafqazda mövcud dəyişiklikləri doğru qiymətləndirmir, qiymətləndirmək də istəmir”

Mirzə Xəzər 30 Mar 2009

no comments

turkiye az

 

 

 

 

 

 

 

Hasan Kanbolat “Hürriyət” qəzetinin 29 mart nömrəsində çıxan geniş yazısında Türkiyənin bu yaxınlarda Ermənistan ilə münasibətləri normallaşdırmaq prosesinə başlayacağını və bunun nəticəsində iki ölkə arasında diplomatik əlaqələrin qurulacağını, eləcə də sərhədlərin açılacağını qeyd edərək, Azərbaycan rəhbərliyinin hələ də bu mühüm hadisələri kənar müşahidəçi kimi izlədiyini təəssüflə qeyd edir. Hasan Kanbolat yazır: “Ankara, Türkiyə-Ermənistan yaxınlaşmasını addım-addım Bakıya bildirir, lakin Bakı, bu prosesləri sadəcə izləməklə kifayətlənir...” Müəllif gileylənir ki, Azərbaycan müstəqil olandan bəri “Türkiyəyə əhəmiyyət verməsək belə bizə zərər gəlməz” məntiqi ilə siyasət yeridərək və “bir millət, iki dövlət” kimi mahiyyəti boş şüarlarla kifayətlənərək Türkiyəyə lazımınca qayğı ilə yanaşmamışdır. Qarşılıqlı dostluq nitqləri söyləmək dövrünün başa çatdığını yazan Hasan Kanbolat, Türkiyə xarici işlər nazirliyini ən az ziyarət edən diplomatların, Azərbaycan diplomatları olduğunu təəssüflə qeyd edir. Onun sözlərinə görə, “Bakı Rusiya Federasiyası və İrana verdiyi iqtisadi imtiyazları Türkiyəyə vermədi. Rusiya Federasiyasə və İranın Ermənistanla çox yaxın əlaqələrini görməzdən gəldi.”

 

 


(“Mirzə Xəzərin Səsi”)


ANKA: Almaniya Türkiyəni Ermənistanla sərhəddini açmağa çağırır

Mirzə Xəzər 29 Mar 2009

no comments

erler

Gernot Erler

 

 

 

 

Almaniya xarici işlər nazirliyində dövlət naziri vəzifəsini ifa edən Gernot Erler Yerevanda bildirib ki, "iqtisadi böhran şəraitində Ermənistan-Türkiyə sərhəddinin açılması" Almaniyanı "çox məmnun" edərdi. Bu xəbəri Türkiyənin ANKA məlumat agentliyi yaymışdır. Gernot Erler eyni zamanda Almaniya parlamentinin - Bundestagın deputatıdır. Yerevanda səfərdə olan Gernot Erler buradakı mətbuat konfransında Ermənistan ilə Türkiyə arasında başlanan mükaliməni müsbət qarşıladığını qeyd etmişdir.

 

 


("Mirzə Xəzərin Səsi")

 

Əvvəlki məqalələr

Sonrakı məqalələr