Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Dünya Azərbaycanlıları Konqresinin Konstitusiyaya bir sira dəyişikliklər edilməsi məqsədi ilə nəzərdə tutulan referendumla bağlı müraciəti

Mirzə Xəzər 23 Fev 2009

no comments

 

 

 

 

 

 

Dünya Azərbaycanlıları Konqresinin
Azərbaycan Respublikasında Konstitusiyaya(Anayasa) bir sira dəyişikliklər edilməsi məqsədi ilə mart ayında keçirilməsi nəzərdə tutulan referendumla bağlı

Azərbaycan xalqına!
Müraciəti.

 


Hörmətli Azərbaycan xalqı!

 


Bildiyiniz kimi Dünya Azərbaycanlıları Konqresinin( DAK) məramnaməsində öz əksini tapmış əsas məqsədlərindən biri Azərbaycan Respublikasında insan haqlarının qorunması və ılkəmizdə demokratiyanın inkişafına hər vasitə ilə yardımçı olmaqdır. Əsasən, Azərbaycandan kənarda yaşayan diaspor nümayəndələrini öz ətrafında birləşdirən bir təşkilat olaraq bu vaxtadək bu məqsədlə bacardığımız qədər fəaliyət göstərməyə, ölkəmizi yaşadığımız yerlərdə layiqincə təbliğ və təmsil etməyə çalışmışıq.

 

 

Bununla belə, doğma Azərbaycanımızda gedən proseslərə heç bir zaman biganə qalmadığımızdan mart ayında keçiriləcək referendumla Azərbaycan Respublikası ana yasasında dəyişdirilməsinə cəhd olunan ölkə başçısının iki dəfədən daha artıq müddətə seçilə bilməsini demokratiyaya zidd, yanlış bir addım olduğunu hesab edirik. Hətta bu bəndin dəyişdirilməsinin hakimiyət mənsubları tərəfindən təbliğatı zamanı bir sıra Avropa ölkələrinin praktikasına istinad edilməsi də hesab edirik ki, absurd bir məsələdir. Çünki, nəzərdə tutulan bəzi Avropa ölkələrində, çoxluğun iradısini təmsil edən parlamentli idarəetmə sistemi mövcud olduğundan prezident və ya şah vəzifəsi simvolik xarakter daşıyır. Bu da bu ölkələrdə hakimiyətin bir əldə cəmləşməsi mexanizminin tətbiq olunmasına imkan vermir. Azərbaycanda isə tamamilə başqa bir idarəetmə, prezident idarəetməsi olduğundan bu məsələdə Avropa praktikasına istinad edilməsi doğu deyildir.

 

 

Demokratiya bəşəriyyətin uzun tarixinin ən istəkli və sınaqdan çıxmış bir məhsuludur. On beşinci əsrdən başlayaraq, kilisənin iqtidarina son qoyulduqdan sonra, dünyada demokratiya inkişaf etməyə başlamış, hazırda isə böyük bir təcrubəyə malikdir. Bu təcrubənin təsirini nisbi də olsa indiki bir sıra Avropa ölkələrində, quzey Amerikada, Hindustanda, Yaponiya kimi inkişaf etmiş ölkələrdə görür və Azərbaycanda da belə bir demokratik gəlişmənin olmasını arzu edirik.

 

 

Yaxın keçmişə baş vursaq görərik ki, hətta Hindistan kimi bir yerdə partiyasi ilə birlikdə seçimlərə qatılmış keçmiş baş nazir Qandinin qız nəvəsi hamıdan çox səs gətirmiş olsa belə, göstərdikləri etimada görə xalqa təşəkkür edərək "mən monarxiyanı qəbul edə bilmərəm" deyərək sülalə rejimi yaratmaqdan imtina etdi, ölkəsinin gələcəyi naminə böyük bir cəsarət göstərərək baş nazir kimi yüksək postdan, məqamdan və rəhbərlikdən geri çəkildi.
Hazırda demokratiyanın beşiyi sayılan ABŞ-da belə gələcəkdə prezidentin iki dəfə deyil, bir dəfədən artıq olmadan seçilməsi haqqında ictimaiyətdə və siyasi dairələrdə rəy formalaşmaqdadır.

 

 

Bununla da hesab edirik ki, hamımızın ana vətənimiz olan Azərbaycan Respublikasında hazırkı iqtidar tərəfindən ana yasada bu kimi dəyişiklik aparılmasına cəhd göstərilməsi tamamilə demokratiyaya ziddir. Bu hal hakimiyətin bir əldə cəmləşəcəyi üçün ölkədə onsuz da çox cüzi miqdarda olan demokratiyanın tam boğulmasına gətirib çıxaracağı şübhəsizdir. Bu isə bizim hamımızı çox ciddi narahat etməkdədir.
Buna görə də, xalqımızı bu işdə aktivlik nümayiş etdirməyə, hazırkı Azərbaycan iqtidarını və parlamentini bu əməlindən çəkinməyə, dövlət başçısını humanizm nümayiş etdirərək, vətənimiz və millətimiz naminə geç olmadan, ölkəmizin imicinə xələl gətirən, düşmənlərimizi sevindirəcək, millətimizi isə Azərbaycanımızın gələcəyi ilə bağlı ümidsizliyə aparan bu bəndin əvvəlki qaydada qalması üçün səy etməyə çağırırıq.
Yaşasın 50 milyonluq millətimizin ümid yeri olan demokratik Azərbaycan Respublikası!

 


Dünya Azərbaycanlıları Konqresinin
İdarə Heyəti
23 fevral 2009 il

İsa Qəmbər: “Bir adamın hakimiyyətinə yönəlmiş addımlar Azərbaycanın köklü maraqlarına dəhşətli zərbədir”

Mirzə Xəzər 21 Fev 2009

no comments

isa

 

 

 

 

 

İSA QƏMBƏR CANLI YAYIMDA SƏRT DANIŞDI

 

Dünən 18 mart referendumu ilə bağlı yaradılmış təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin İctimai Televiziyada ilk debatı təşkil olunub. Qeyd edək ki, cəmi 9 təşviqat qrupu qeydə alınıb. Onlardan yeddisi - “Zəka”, “Tərəqqi”, “Vətəndaş Cəmiyyəti”, “Davamlı İnkişaf Naminə”, “Hüquq və Demokratiya”, “Şəhər” və “Yeni Azərbaycan” təşviqat qrupları hakimiyyətin nəzarətindədir. Cəmi iki təşviqat qrupu - “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qrupu isə demokratik düşərgəni təmsil edir.

 

 

Ötən gün təşkil olunan debatda “Respublikaçılar” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi kimi Müsavat Partiyasının başqanı İsa Qəmbər, “Qarabağ və Respublika Uğrunda Hərəkat”ın səlahiyyətli nümayəndəsi kimi isə ADP sədri Sərdar Cəlaloğlu çıxış etdilər.
S.Cəlaloğlu konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin referenduma çıxarılmasının qəti şəkildə əleyhinə olduqlarını dedi. O, referendumun özünün də hüquqi bazası olmadığını dedi və bunu sübut edən dəlilləri göstərdi.

 


Debat məqsədli şəkildə əhalinin böyük hissəsinin tamaşa edə bilməyəcəyi saatda efirə verildiyindən İsa Qəmbərin çıxışlarını qısa ixtisarla oxuculara təqdim edirik.
- Hakimiyyət öz maraqlarını təmin etmək üçün referendum keçirərək, konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər etmək istəyir. Bunlar barədə danışmaq üçün bizlərə - hər təşviqat qrupuna 40 dəqiqə vaxt ayrılır. Belə çıxır ki, hər əlavə və dəyişiklik barədə fikir bildirmək üçün bizim cəmisi bir dəqiqə vaxtımız var. Belə ciddi məsələlərin müzakirəsi üçün bu qədər az vaxt ayrılması absurddur. Mən təbii ki, həmkarım, müttəfiqim Sərdar Cəlaloğlu ilə razıyam. Biz hər ikimiz Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını təmsil edirik. Bu hərəkatın səyləri, tərəfdarlarının fədakarlığı nəticəsində hakimiyyətin bütün müqavimətinə baxmayaraq, müxalifətin iki təşviqat qrupu - Sərdar bəyin və mənim təmsil etdiyim təşviqat qrupları qeydə alınıb. “Respublikaçılar” təşviqat qrupu müsavatçıların təşəbbüsü ilə yaradılıb. Təbii ki, böyük Məhəmməd Əmin Rəsulzadənin qurduğu partiyanın üzvləri onun qurduğu cümhuriyyətin taleyinə biganə qala bilməz. Bu cümhuriyyəti, onun dəyərlərini qorumaq bizim müqəddəs vəzifəmizdir. Referendum barədə danışılası çox məsələlər var. Zamanımızın məhdud olmasını nəzərə alaraq əvvəlcədən üç əsas fikrimi ifadə eləmək istəyirəm. Bu referendum qətiyyən xalqın sifarişi deyil. Bu, Əliyev rejiminin maraqlarına xidmət edən, onların sifarişi ilə həyata keçirilən bir referendumdur. Konstitusiyanın 29-cu - mülkiyyət hüquqlarını nəzərdə tutan maddəsinə dəyişiklik təklif olunur. Maddə elə onunla başlayır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Burada bir-iki söz maddədən çıxarılır. Xalqdan soruşun, xalqı bu maddədən bir-iki sözün çıxarılması və ya saxlanılmısı narahat edir, yoxsa bu gün düşdüyü vəziyyət? Gedin Qanlıgöl ətrafında məcburi köçkünlərdən, didərginlərdən, qaçqınlardan soruşun ki, onları qanları ilə, dırnaqları ilə, axırıncı qəpikləri ilə tikdikləri evləri hansısa məmurun, hansısa hakimiyyət oliqarxının öz maraqlarını təmin etmək məqsədilə söküb-dağıtması narahat edir, yoxsa konstitusiyadan hansısa bir-iki maddənin çıxarılması? Bu proses təkcə Qanlıgöldə deyil, Sulutəpə yaşayış massivində də eyni xətt üzrə aparılır. Ölkə üzrə yüzlərlə belə məsələlər var. Xalqın bu ağır vəziyyətində, torpaqlarımızın önəmli bir hissəsi işğal altındaykən, iqtisadi vəziyyət həddindən artıq mürəkkəb olarkən, ölkədə rüşvət və korrupsiya, inhisarlaşma baş alıb gedərkən və dünyadakı iqtisadi böhranın Azərbaycana çox ciddi problemlər yaratdığı bir dövrdə hakimiyyətin özünün maraqlarını təmin edən konstitusiya dəyişikliklərini önə çəkməsi, təbii ki, xalqın və dövlətin maraqlarına ziddir.
İkincisi, bu referendum Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Bu referendum Azərbaycanı geriyə, feodal dövrünə aparır və ölkənin irəliyə doğru hərəkətinə ciddi maneə yaradır. Azərbaycanın nüfuzuna, beynəlxalq aləmdəki mövqeyinə sarsıdıcı zərbələr vurur. Bu da Azərbaycanın bütün problemlərinin, o cümlədən də Qarabağ münaqişəsinin həllinə ciddi əngəllər yaradır və yaradacaq.Üçüncüsü, bu referendumun qeyri-qanuni olmasıdır. Bunlar gün kimi aydın olan məsələlərdir. Biz hesab edirik ki, bu referendum dayandırılmalıdır. Əgər kiminsə referendum keçirmək fikri varsa, qanunun, konstitusiyanın tələblərinə uyğun şəkildə yenidən başlamalıdır.

 


***

 


İqtidarın nəzarətində olan təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin çıxışlarından sonra söz alan İsa Qəmbər “mən çox təəssüf edirəm ki, burada çox yanlış, məntiqsiz fikirlər eşitdik,” deyə çıxışına davam etdi:

 


- Xüsusilə də bu sahədə Mübariz Qurbanlı rekordçu oldu. Bizim irəli sürdüyümüz məsələlərin - xüsusən də təklif edilən əlavə və dəyişikliklərin konstitusiyanın mahiyyətinə, maddələrinə zidd olması ilə bağlı müzakirələrə gələn debatlarda yaxşı hazırlaşmağınızı xahiş edirəm. 90 dəqiqəlik zamanın 70 dəqiqəsi sizindir, 20 dəqiqəsi bizim. Ona görə də biz sizin dediyiniz yanlış fikirlərə cavab verməyə vaxt sərf etmək istəmirik. Mən yalnız bir məqama diqqət cəlb etmək istəyirəm. 7 təşviqat qrupunun heç biri bir şəxsin iki dəfədən artıq prezident ola bilməməsi ilə bağlı məhdudiyyətin aradan götürülməsi məsələsinə toxunmadı. Elə bil ki, bu məsələ yoxdur. Halbuki referendum məhz bunun üçün edilir. 40 ildir biz Əliyevlər dövründə yaşayırıq. Bu 40 il Azərbaycana zərbədən başqa bir şey olmayıb. İndi bu rejimi uzatmaq istəyirlər. Referendum məhz buna xidmət edir. Bu məqsədlə referendum keçirirlər. Baxın ki, hansı ölkələrin qanunlarında bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə şərait yaradan müddəa var? Suriya, Şimali Koreya, Belorus, Zimbabve, Kuba və bu kimi ölkələrdə belə qayda var. İndi İlham Əliyev Azərbaycanı həmin ölkələrin sırasına aparır. Bu 19-cu əsrə, bəlkə daha keçmiş zamanlara qayıtmaqdır. Biz isə hesab edirik ki, Azərbaycan keçmişə yox, məhz gələcəyə yönəlməlidir. Bir adamın, bir ailənin hakimiyyətinə yönəlmiş addımlar Azərbaycanın köklü maraqlarına dəhşətli zərbədir və bu zərbənin vurulmasına yol verməmək lazımdır. Burada söhbət Azərbaycanın, insanlarımızın, övladlarımızın taleyindən gedir.
Təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin bəzilərini əvvəlcədən tanıyıram, bəziləri ilə burada tanış oldum. Görürəm hamınız savadlı adamlarsınız. Ancaq şərait bəzilərinizi məcbur edir ki, hüquq fakültəsinin birinci kurs tələbəsi səviyyəsində söhbət edəsiniz. Mən çox istərdim ki, bura Səfa Mirzəyevlə Şahin Əliyev gəlsin. Onlar 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın əsas müəllifləridir. Bu şəxslər də mövqelərini təqdim etsinlər. Çağdaş dünyada tendensiya icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması və parlamentin səlahiyyətlərinin artmasıdır, eyni şəxsin uzun müddət vəzifə tutmasını məhdudlaşdırmaqdır. Bu, normal dünyada belədir. Görünür, 19-cu əsrə getmək istəyənlər üçün başqa tendensiya var. Kim ora getmək istəyirsə, buyurun, etiraz etmirəm.

 

 

 

Hazırladı: Elşad MƏMMƏDLİ ("Yeni Musavat" qəzeti)

 

http://www.musavat.com/site/shownews.php?news_id=48504

Məlahət Ağacanqızı: VƏTƏNİN MƏĞRUR və YETİM ÖVLADLARI!

Mirzə Xəzər 20 Fev 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

Qürbətdə yaşayan,VƏTƏN həsrəti ilə ürəyi döyünən hörmətli Elman bəy Mustafazadə “Qürbətin yağmurlu havasından, soyuq baxışlarından Canım -Azərbaycana, onun məğrur övladlarına Salam olsun!” başlığı ilə mənə məktub yazanda, bilmədim gülüm, yoxsa ağlayım. Niyə? Necə olur ki, VƏTƏNdə yaşayan YETİM ÖVLADLAR qürbətdə yaşayan soydaşlarımıza MƏĞRUR ğörünür? Mənə elə gəlirdi ki, kənardan bizi seyr edənlərin gözünə BAŞSIZ BƏDƏNlər kimi görünürük.
Öncə yaşadığım binanın beşinci mərtəbəsindən,sonra isə QIZ QALASIndan VƏTƏN övladlarını müşahidə etdim. Uşaqların binoklunu da özümlə götürmüşdüm. Diqqətlə ÖVLADLARIMIZA baxdım, baxdım...və Elman bəyin yanılmadığına inandım. Hətta ,dilənçilərin də məğrur-məğrur diləndiyini gördüm.

Kütləvi işsizlik, bahaçılıq, savadsızlıq, əxlaqsızlıq, saxtakarlıq...heç kəsin başını, belini əyməmişdi. Hərə öz kefindən, əyləncəsindən, arsızlığından bir cür qidalanıb başını dik tutaraq gəzirdi.


Sanki bu məmləkətdə 20 YANVAR faciəsi, Xocalı soyqırımı baş verməyib. Cənnət Qarabağ düşmən tapdağı altında deyil. Generalı şəhərin ortasında öldürülməyib. Jurnalisti evinin qabağında güllələnməyib. Günahsız jurnalistlər həbs olunmayıb. Nə özünü öldürən var, nə kimi isə öldürtdürən. Əsl CƏNNƏT! Şair dahicəsinə boş yerə yazmayıb ki: ”Cənnət görmək istəyən Azərbaycana gəlsin!”


Mən yaxından vətəndaşlarımızı elə kefi kök, damağı çağ, məğrur addımlarla irəlilədiyini görürəmsə,qürbətdə yaşayanlar mələklər kimi uçmağımızı görməli idilər. Qürbətin yağmurlu havası, soyuq baxışları mane olub yəqin.


Sovet illərində bir məşhur lətifə var idi. Bir dəfə qeybdən səs gəlir: ”Dünya beş günə dağılacaq, kef edin!” Və xəbərdarlıq edənlər başlayırlar bir-bir bütün ölkələrin üstü ilə uçub müşahidə aparırlar. Hansı ölkəyə baxırlar, görürlər hamı yeyb-içir, şənlənir, rəqs edir. SSRİ-i tərəfə uçurlar. Görürlər burda da hamı şənlənir, amma bir yeri tüstü basıb. “Tarelkalarını” bir az aşağı endirirlər ki, görsünlər YER kürəsinin tüstü çıxan ərazisi haradır. Diqqətlə baxıb görürlər ki, hər yerə iri hərflərlə yazılıb:”AZƏRBAYCAN XALQI! BEŞİLLİYİ- BEŞ GÜNƏ YERİNƏ YETİRİN!”


Qeybdən səs gəlməsə də, son vaxtlar baş verən hadisələr dünyanın dağılacağına işarə verir.Və bütün ölkələrdən “TÜSTÜ”çıxır, təkcə Azərbaycandan başqa. Hamı ölkəsini bəladan, böhrandan qorumaq üçün “tüstülənir”, biz isə şənlənirik. Toylarda “İran təranələri” rəqsini sifariş verənlərin sayı getdikcə artır. “Toylar Kralı” boğazına , alnına SMS döydürüb Şadlıq saraylarında mayallaq aşır. Uşaqlar kitablardan tonqal yandırıb, qulaqlarına telefonun qulaqcığını keçirdib, anqıra-anqıra tonqalın üstündən hoppanıb ”Ağırlığım, uğurluğum- kitablara,oxumağa” deyirlər. Nəinki qürbətdən , hətta kosmosdan bizə baxanlar “Ah”çəkirlər. Mən Azərbaycanda yaşamağımla fəxr edirəm! Zarafat deyil, mollalar ölülərə mobil telefonlarının musiqili zəngləri ilə fatihə oxuyurlar. Biz ölüləri də gülə-gülə dəfn edirik. Kişilər arvadlarını əvvəlcə qəşəng-qəşəng döyüb, sonra da qəşəng-qəşəng öpüb-əzizləyirlər. Qürbətdə isə kişilər səhərdən axşama kimi arvadlarının nazını çəkir. Ona görə də boşanma halları oralarda daha çoxdur. Müsəlman kişilərinin şüarı: ”ARVAD nə qədər çox döyülsə, əzab çəksə - qudurmaz!”


Biz ARSIZLIĞA peyvənd olunmuşuq. Dünya –aləm vecimizə deyil. Ən yaxşı SOYUNAN bizdə, ən yaxşı SOYUNDURAN bizdə! Ən yaxşı QAZANAN bizdə, ən yaxşı QAZANDIRAN bizdə! Məğrur-məğrur iri addımlarla toylara, konsertlərə, əylənməyə...doğru irəliləyirik. Dost baxıb sevinir, düşmənin paxıllıqdan gözü çıxır.


Qadınlar avtobus-avtobus xaricə əxlaqsızlıq üçün göndərilir. Qazanılan çirkli paraları yığmaq üçün məmurlar Hava limanında növbəyə durur. Yeni BEYNƏLXALQ AVTOVAĞZAL qollarını açıb qəşəng qurbanlarının ovunu həsrətlə gözləyir.


Hörmətli Elman bəy! Qısa da olsa VƏTƏNdə baş verən hadisələr haqqında yazdım. Hardasa oxumuşam: ”Dan ulduzundan soruşurlar:-Niyə elə gözəlsən? -Uzaqdayam, ona görə...-deyir”.
VƏTƏN –VƏTƏN ÖVLADLARI uzaqdan gözəl görünür. Əslində isə ağız deyəni qulaq eşitmir. Mənə də qürbətdən VƏTƏNƏ baxmaq qismət olub. Amma mən VƏTƏNİN-VƏTƏN ÖVLADLARININ başından tüstü çıxdığını gördüyümə görə VƏTƏNƏ döndüm. İndi mənim və övladlarımın başından tüstü çıxa-çıxa yaşayırıq. Çünki VƏTƏNSİZ yaşamaq mümkün deyil.VƏTƏNİN tüstülü havası QÜRBƏTİN boz üzündən çox, çox...əzizdir.


Bura qürbətdir oğlum!
Qürbət-
Özgədən alıb mindiyin
Gözəl bir at.
Canında bir qorxu,
İçində min həyəcan,
Hər an-
Kimsə gəlib deyəcək:
“Düş atımdan, SƏN yabançısan!”
Bura qürbətdir oğlum!
Qürbətdə mən heç kiməm...
Körpəsini böyüdən, körpəsini qoruyan
Adicə bir qadınam.
Burda yüz il qalsaq da
Kənardan hər sözünə,
Hər işinə göz qoyulan qonağıq.
Qürbətdə ÖZÜN olmaq yasaq!
VƏTƏNDƏ isə
Mən sənə Azərbaycan adlı bir MEYDANam!
Sən isə - MEYDANın heç vaxt enməyən
ÜÇRƏNGLİ bayrağısan!

Əvvəlki məqalələr

Sonrakı məqalələr